İngiltərədə ilk dəfə süni insan DNT-si yaradılır
28.06.2025 [09:23]
Dünyada ilk dəfə olaraq insan həyatının əsas quruluş elementlərini sıfırdan yaratmaq məqsədi daşıyan mübahisəli layihəyə start verilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın ən iri tibbi xeyriyyə təşkilatı olan “Wellcome Trust” bu istiqamətdə tədqiqatlara başlamaq üçün ilkin olaraq 10 milyon funt sterlinq maliyyə ayırıb. Təşkilat hesab edir ki, bu layihə müalicəsi mümkün olmayan bir çox xəstəliklər üçün yeni terapiyaların inkişafını sürətləndirərək daha çox fayda gətirə bilər.
Tədqiqatın ilk mərhələsində alimlər getdikcə daha böyük insan DNT blokları yaratmağın yollarını inkişaf etdirməyi planlaşdırırlar. Nəhayət, tamamilə süni yolla hazırlanmış bir insan xromosomu yaratmaq hədəflənir. Xromosomlar insan inkişafını, orqanizmin təmirini və saxlanmasını idarə edən genləri ehtiva edir. Bu süni xromosomlar üzərində aparılacaq tədqiqatlar DNT və genlərin bədənimizdə necə işlədiyini daha yaxşı anlamağa imkan verəcək.
Layihənin iştirakçılarından biri, Kembricdə yerləşən Molekulyar Biologiya üzrə MRC Laboratoriyasının alimi Culian Sale bildirib ki, bu tədqiqat biologiya sahəsində növbəti böyük sıçrayış olacaq: “Sərhəd yoxdur. Biz insan ömrünü sağlam şəkildə uzatmaq, yaşlanma ilə bağlı xəstəlikləri azaltmaq və insan həyatını keyfiyyətli yaşlanma ilə təmin edəcək terapiyalar üzərində işləyirik. Məsələn, zədələnmiş orqanların, qaraciyər, ürək, hətta immun sisteminin regenerasiyası üçün xəstəliyə davamlı hüceyrələr yaratmağı hədəfləyirik”, - deyə o, qeyd edib.
Bu sahədə indiyə qədər tədqiqatlar etik narahatlıqlara, xüsusilə “dizayner körpələr” və gələcək nəsillərdə gözlənilməz genetik dəyişikliklərə yol aça biləcəyi ehtimalına görə tabu hesab olunurdu.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59

