Numan Kurtulmuş: “Çanaqqala savaşında çiyin-çiyinə döyüşənlərin nəvələriyik”
05.08.2025 [17:04]
Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” hədəfi ilə yaradılan xüsusi komissiya bu gün ilk iclasını keçirib. Açılış nitqi ilə çıxış edən TBMM sədri Numan Kurtulmuş, Türkiyənin yarım əsrdən artıq davam edən terrorla mübarizəsində yeni bir mərhələyə qədəm qoyulduğunu bəyan edib.
Kurtulmuş çıxışında komissiyanın əsas missiyasının Türkiyəni terror bəlasından tamamilə xilas etmək və ictimai barışı gücləndirmək olduğunu bildirib. “Silahların tam susması və təşkilatın özünü buraxması heç bir fərdin, qurumun və ya siyasi quruluşun deyil, birbaşa əziz millətimizin iradəsinin nəticəsidir”, – deyə TBMM sədri vurğulayıb.
O, həmçinin qeyd edib ki, terror yalnız insan itkisinə deyil, eyni zamanda böyük iqtisadi və sosial itkilərə səbəb olub: “Əgər illərlə büdcəmizi terrorla mübarizəyə deyil, inkişafa yönəldə bilsəydik, bu gün daha çox məktəb, universitet və xəstəxana tikilmiş olardı. Ən ağır bədəli isə canla ödədik. Şəhidlərimiz və qazilərimiz bu prosesin mənəvi memarlarıdır.”
Numan Kurtulmuşun çıxışında ən diqqətçəkən məqamlardan biri Türk və Kürd xalqları arasındakı qardaşlıq mesajı olub. “Çanaqqala savaşında çiyin-çiyinə döyüşənlərin nəvələriyik. Qardaşlıq yalnız müharibə meydanlarında yox, acıda, ümiddə və alın təərindədir”, – deyə o qeyd edib. O, həmçinin Səlahəddin Eyyubi, Nurəddin Zəngi, Alp Arslan və Kılıcarslan kimi tarixi şəxsiyyətləri xatırladaraq, birgəyaşayış iradəsinin dərin tarixi köklərə dayandığını bildirib.
Kurtulmuş, Ahməd-i Xanəyi, Mehmet Akif Ərsoy və Nazim Hikmətin şeirlərinə istinad edərək, ictimai barış və qardaşlığın mədəni-sivil təməllərinə diqqət çəkib: “Xalqların qəlbi ədalətlə birgə döyünərsə, millət olar. Dil dəyişə bilər, coğrafiya dəyişə bilər, lakin ortaq hisslər qalıcıdır.”
TBMM sədri komissiyanın fəaliyyətinin üç əsas prinsip üzərində qurulacağını açıqlayıb: şəffaflıq, açıqlıq və çoğulçuluq.
“Bu proses həm türkün, həm də kürdün ortaq gələcəyini maraqlandıran bir məsələsidir. Burada aparılan işlər xalqın gözü önündə həyata keçiriləcək. Şəffaflıq – çünki millətimizin hər addımı bilməyə haqqı var. Açıqlıq – çünki gizli gündəmlər ictimai barışa xidmət etmir. Çoğulçuluq – çünki hər kəsin fikri əhəmiyyətlidir,” – deyə Kurtulmuş bildirib.
Komissiyanın işinə cəmiyyətin bütün təbəqələrinin – fikir adamlarının, ali təhsil müəssisələrinin, hüquq mühitinin və QHT-lərin qatılacağı gözlənilir. O, ictimai psixologiyanın düzgün idarə edilməsinin zəruriliyinə diqqət çəkərək deyib: “Kürdün şərəfini qorumayan, türkün qürurunu görməzlikdən gələn dil barışa yox, qırılmalara səbəb olar.”
Kurtulmuş çıxışında prosesin yalnız Türkiyə üçün deyil, region üçün də strateji əhəmiyyət daşıdığını bildirib. “Birinci Dünya Müharibəsindən sonra bir-birindən ayrılan, aralarına tikanlı məftillər çəkilən xalqlar artıq bir-birini yüksək səslə eşitməyi haqq edir. Atılan hər bir addım bu coğrafiyada sülh və qardaşlığı möhkəmləndirməyə yönəlib. Terrorsuz Türkiyə – əslində, terrorsuz bir bölgə deməkdir.”
Komissiyanın fəaliyyəti sadəcə məsləhətləşmələrlə və hesabatlarla məhdudlaşmayacaq. TBMM sədri bildirib ki, komissiya silahların yerə qoyulması prosesini xalq adından izləyəcək, zəruri qanunvericilik təşəbbüsləri hazırlayaraq parlamentin ümumi iradəsinə təqdim edəcək.
Çıxışının sonunda Kurtulmuş bu tarixi prosesi belə yekunlaşdırıb: “Bu masa millətin vicdanı, ağlı və inancı ilə qurulmuşdur. Demokratik, çoğulçu və hər kəsin özünü aid hiss etdiyi bir Türkiyəni birlikdə quracağıq. Allah yardımçımız olsun.”
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49

