Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Misirdəki Britaniya səfirliyi bağlanıb

Misirdəki Britaniya səfirliyi bağlanıb

01.09.2025 [08:51]

Böyük Britaniyanın Qahirədəki səfirliyi müvəqqəti bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya diplomatik missiyasının “Facebook” səhifəsində məlumat verilib.

Buna səbəb Misir hakimiyyətinin səfirliyin mühafizəçilərini geri çağırması olub.

“Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Böyük Britaniyanın Qahirədəki səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda, səfirlik binasının vəziyyət dəyişənə qədər bağlanması qərara alınıb”, - məlumatda deyilir.

Misir rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31