Belçika milli müdafiəyə cəlb olunmanın yeni modelinə keçəcək
24.11.2025 [09:51]
Belçika 2026-cı ilin sentyabrından etibarən milli müdafiəyə cəlb olunmanın yeni modelinə – könüllü hərbi xidmətə başlayacaq. AZƏRTAC xəbər verir ki, 18–25 yaşlı gənclərə açıq olacaq bu birillik proqram Müdafiə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Bu, ölkədə siyasi müzakirələrə səbəb olub.
2025-ci il iyulun 16-da Parlamentin Müdafiə Komissiyasında proqramın əsas konturları açıqlanıb. Müdafiə naziri Teo Frankenin sözlərinə görə, gənclər tam ştatlı ehtiyatda olan hərbçi statusunda bir il xidmət edəcək. Onların yolu aktiv hərbçilərlə eyni olan 10 həftəlik baza hazırlığından başlayacaq. Daha sonra hərbi ehtiyaclara uyğun olaraq logistika, mühəndislik, kibermüdafiə və ya əməliyyat dəstəyi kimi sahələrdə ixtisaslaşma mərhələsi keçiriləcək. Təlimi başa vuran gənclər ordunun müxtəlif bölmələrində gündəlik fəaliyyətə töhfə verəcəklər.
Proqramın gündəlik rejimi barədə detallı məlumat hələ açıqlanmayıb. Nazirliyin sözçüsü Yan Van Kamp əlavə sualları cavablandırmaqdan imtina edib. Könüllülər üçün bu xidmət yalnız vətəndaşlıq borcu deyil, həm də gələcək karyeraya transfer oluna bilən hərbi və texniki bacarıqlar qazandıran ilk ciddi iş təcrübəsi kimi təqdim olunur. Xidmətdən sonra iştirakçılar təhsilə qayıda, mülki karyeraya başlaya və ya orduda xidmətə qəbul üçün müraciət edə biləcəklər.
Nazir qeyd edir ki, illərlə kadr çatışmazlığı yaşayan orduda ehtiyat qüvvələrin sayı 6600-dən 20 minə qədər artırılmalıdır. Artıq 3100-dən çox gənc məlumat sessiyalarına yazılıb. İlk 500 nəfərlik qrupun 2026-cı ilin yayının sonunda xidmətə başlaması gözlənilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52

