Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çexiyanın yeni Baş naziri təyin edilib

Çexiyanın yeni Baş naziri təyin edilib

09.12.2025 [15:40]

Çexiya Prezidenti Pyotr Pavel “Narazı Vətəndaşlar Hərəkatı”nın sədri Andrey Babişi Baş nazir təyin edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Praqa qəsrində keçirilən mərasim “TK” xəbər agentliyi tərəfindən yayımlanıb.

TASS-ın məlumatına görə, A. Babiş “Narazı Vətəndaşlar Hərəkatı”nı 2011-ci ildə təsis edib. O, 2014-2017-ci illərdə Çexiyanını Baş nazirinin birinci müavini və maliyyə naziri vəzifələrində çalışıb. Babiş ilk dəfə 2017-ci ildə hökumət başçısı olub və 2021-ci ilin sonunadək bu vəzifədə çalışıb.

“Narazı Vətəndaşlar Hərəkatı” 2025-ci il oktyabrın 3-4-də Çexiyada parlamentin Deputatlar Palatasına (aşağı palata) keçirilən seçkilərdə səslərin 34,1 faizini toplayaraq qalib gəlib,

Babişin hərəkatı aşağı palatadakı 200 yerdən 80-nə sahibdir və senatda 12 senatorla təmsil olunur. Ali qanunvericilik orqanının yuxarı palatası 81 senatordan ibarətdir.

Paylaş:
Baxılıb: 711 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31