İsveçdə uşaqlar getdikcə daha ağır cinayətlərdə iştirak edirlər
07.01.2026 [15:40]
İsveçdə 15 yaşınadək uşaqlar arasında ağır cinayət əməllərində şübhəli bilinənlərin sayı kəskin şəkildə artıb.
AZƏRTAC xəbər verir ki, ölkə prokurorluğunun məlumatına əsasən, ötən il İsveç məhkəmələri 15 yaşınadək 88 uşaq barəsində işə baxıb. Bu göstərici 2024-cü illə müqayisədə iki dəfədən çoxdur. Belə ki, həmin il ağır cinayətlər üzrə fiqurant olan yetkinlik yaşına çatmayanların sayı 38 nəfər təşkil edib. Ən çox rast gəlinən hallar qətl cəhdləri və qanunsuz silah dövriyyəsi ilə bağlı olub.
Qeyd edək ki, 15 yaşınadək uşaqlar cinayət məsuliyyətinə cəlb olunmasalar da, xüsusilə ağır cinayətlər zamanı məhkəmələr onların əməldə iştirakını “təqsirin sübutu üzrə işlər” çərçivəsində araşdırır.
Ekspertlərin fikrincə, cinayətkar qruplaşmalar uşaqları və yeniyetmələri getdikcə daha çox icraçı qismində istifadə edir və onları birbaşa ağır cinayətlərə cəlb edirlər.
Kriminoloqlar bildirirlər ki, sifarişçilərin davranışında mənəvi dönüş baş verib. “On il əvvəl cinayət şəbəkələrində müəyyən şərəf anlayışı mövcud idi. Bu gün isə o, tamamilə silinib və mühit xeyli sərtləşib”, – deyə mütəxəssislər vurğulayırlar.
Bu tendensiya fonunda İsveçdə hüquqi siyasət sərtləşdirilir. Polisə 15 yaşınadək uşaqlara münasibətdə gizli müşahidə və dinləmə tədbirləri tətbiq etmək səlahiyyəti verilib. Hökumət, eyni zamanda, cinayət məsuliyyəti yaşının 13-ə endirilməsi imkanını müzakirə edir. Lakin bu planlar prokurorlar, hakimlər və tədqiqatçılar tərəfindən ciddi tənqid olunur. Onlar xəbərdarlıq edirlər ki, bu cür tədbirlər cinayətkarlığın qarşısını almaq əvəzinə, onun daha da “cavanlaşmasına” səbəb ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

