Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

08.02.2026 [17:14]

Gürcüstanın qərbində yenidən torpaq sürüşməsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, sürüşmə nəticəsində Zuqdidi-Cvari-Mestia-Lasdili magistral yolunun 52-ci kilometrliyində qaya kütləsi yol infrastrukturuna ciddi ziyan vurub. Avtomagistralda bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər davam etdirilir. Lakin qeyri-sabit hava şəraiti, qar və yağış yağması işləri çətinləşdirir, torpaq sürüşməsi riskini daha da artırır.

Paylaş:
Baxılıb: 391 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31