Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “The Times”: Starmer yaxın günlərdə istefa vermək qərarına gələ bilər

“The Times”: Starmer yaxın günlərdə istefa vermək qərarına gələ bilər

20.06.2026 [16:21]

Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın günlərdə vəzifəsində qalmaq və ya istefa vermək barədə qərar verə bilər.

AZƏRTAC xəbər verir ki, “The Times” qəzeti mənbələrə istinadla Starmerin bu həftəsonu ailəsi ilə məsləhətləşdikdən sonra yekun qərar verəcəyini yazıb. Bildirilir ki, o, baş nazir postunda qalmaq istədiyini desə də, Leyborist Partiyası daxilində istefa çağırışlarının artdığı qeyd olunur.

Məlumata görə, partiyanın bir sıra üzvləri lider dəyişikliyini müzakirə edir və mümkün namizədlərdən biri kimi Böyük Mançester meri Endi Börnemin adı çəkilir.

Hazırda partiya daxilində Starmerin istefasını tələb edən deputatların sayının artdığı bildirilir. Bununla belə, o, istefa vermək niyyətində olmadığını bəyan edib.

Qeyd olunur ki, Böyük Britaniyada son yerli seçkilərdən sonra Leyborist Partiyasında ciddi daxili siyasi gərginlik yaranıb.

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30