Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyanın Yaşıllar Partiyası Taliban nümayəndələrinin Brüsselə dəvət olunmasını tənqid edib

Almaniyanın Yaşıllar Partiyası Taliban nümayəndələrinin Brüsselə dəvət olunmasını tənqid edib

23.06.2026 [19:03]

Almaniyanın Yaşıllar Partiyası Avropa İttifaqının (Aİ) Taliban hakimiyyətinin nümayəndələri ilə təmaslara başlamasını kəskin tənqid edib.

AZƏRTAC “Deutschlandfunk” radiosuna istinadla bildirir ki, Bundestaqın bu partiyadan olan bir qrup deputatı Aİ institutlarına ünvanladığı açıq məktubda Taliban nümayəndələrinin Avropaya dəvət edilməsini ciddi səhv kimi qiymətləndirib. Məktubu imzalayanlar arasında Yaşıllar Partiyasının həmsədri Fransiska Brantner və parlament fraksiyasının lideri Britta Hasselman da var.

Sənəddə qeyd olunub ki, Talibanın hakimiyyətə qayıdışından sonra Əfqanıstanda qadınların və qızların vəziyyəti kəskin pisləşib, siyasi repressiyalar daha da güclənib.

Məlumata görə, Belçika Taliban hərəkatının beş nümayəndəsinə viza verib. Bununla belə, həmin vizaların müddəti və istifadə ərazisi məhdudlaşdırılıb.

Avropa Komissiyası Taliban nümayəndələrini sığınacaq müraciətlərindən imtina olunmuş əfqanıstanlıların geri qaytarılması məsələsini nəzərdən keçirmək məqsədilə dəvət edib.

Paylaş:
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30