Ermənistanda böhran daha da dərinləşir
09.04.2015 [10:02]
Vətəndaşlar çıxış yolunu işğalçı ölkəni tərk etməkdə görürlər
Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşir. İşğalçı ölkənin hakimiyyəti isə heç bir halda böhrandan çıxış yolu tapa bilmir. Bütün bunların nəticəsi olaraq əhali ölkəni sürətlə tərk edir. Yeri gəlmişkən, Ermənistan miqrasiya xidmətinin rəisi Qaqik Yeganyan bu yaxınlarda deyib ki, müstəqillikdən sonra Ermənistandan 1,2 milyon insan köçüb. Onun sözlərinə görə, bu da əhalinin üçdə bir hissəsi deməkdir: “Köçənlərin 75 faizi Rusiyada məskunlaşıb. Hazırda orta hesabla illik 100 min insan Ermənistanı tərk edir”.
Nəzərə alsaq ki, bu rəsmi rəqəmdir, onda Ermənistanı tərk edənlərin sayının daha çox olduğunu söyləmək olar. Çünki işğalçı ölkədə rəsmi qurumlar, adətən, real faktları əhalidən gizlədirlər. Öz növbəsində, “Armenia Today”in verdiyi məlumata görə, Ermənistanda dövlət qurumları iflası etiraf etsə də, heç bir çıxış yolu ortaya qoya bilmir. İqtisadiyyatın sürətli tənəzzülü, dövlət qurumlarının öz funksiyasını icra edə bilməməsi, xüsusilə də hakimiyyətlə xalq arasındakı problemlər demoqrafik böhrana yol açır. Mənbədə qeyd olunur ki, son 1 ildə Ermənistanın 5 min 242 vətəndaşı dünyanın 44 ölkəsindən siyasi sığınacaq istəyib.
Təbii ki, əhalinin ölkəni tərk etməsinin başlıca səbəbi sosial-iqtisadi böhrandır. Yəni, dolanışıq səbəbindən ermənilər işğalçı ölkəni tərk etməyə məcbur olurlar. Məlumatlara görə iqtisadiyyatın, biznesin məmur oliqarxların əlində cəmləşməsi səbəbdindən sadə insanlar öz məhsullarını da normal qiymətə sata bilmirlər. Məmurlara məxsus müəssisələr xammalı ucuz qiymətə alırlar ki, bu da insanlara sərf etmir. Məsələn, “Birinci informasiya” media qurumu xəbər verir ki, Ermənistanda elmi-istehsalat müəssisəsi olan “Multi Aqro” süd tədarükü üçün qiymətləri aşağı endirib. Kotayk vilayətinin sakinləri deyiblər ki, bir müddətdir südün litrini 160-170 dramdan yox, 140-150 dramdan tədarük edirlər. Onlar deyiblər ki, bu qiymət düşməsinə görə şikayət ediblər, amma problem həllini tapmayıb.
Sakinlər onu da bildiriblər ki, tədarükçü müəssisələr hər il bu cür davranırlar - qiymətləri endirirlər, aşağı qiymətə süd alırlar, narazılıq olanda isə deyirlər ki, əvvəlki qiymətə tədarük edəcəklər. Amma bir qədər sonra yenə də öz şərtlərini diktə edirlər. Qeyd edilir ki, kəndlilər süd tədarükündə qeyri-stabil qiymətlərin onlara sərf etmədiklərini deyirlər, çünki aşağı qiymətlərlə xərclər ödənmir. Amma onlar üçün alternativ variant da yoxdur, çünki onlar bazarda iri həcmlərlə süd sata bilmirlər. O da bildirilir ki, süd tədarükü ilə bağlı problem Amasya və Aşoçkada da ortaya çıxıb. Kəndlilər buna görə etiraz aksiyasına çıxıblar.
Acınacaqlı vəziyyət Gümrü şəhərində özünü daha çox büruzə verməkdədir. Qeyd edilir ki, Gümrü, Koçəryan və Sarkisyan zamanında həmişə ikinci və üçüncü dərəcəli şəhər hesab edilib, diqqətdən kənarda qalıb. Bununla bağlı çoxlu faktlar çəkilir və Gümrünün taleyinin Sarkisyan komandasının heç vecinə də olmadığı bildirilir. Qeyd edilir ki, Gümrünün ev təminatı, sosial-iqtisadi məsələlərlə bağlı ciddi problemləri var. İşsizlik və yoxsulluq, daim artan cinayətkarlıq halları şəhərin ən əsas problemləridir: “Amma bu problemləri hakimiyyət həll etmir. Öz ağır sosial-iqtisadi vəziyyətindən narazı gümrülülərin sayı hər gün artır. Çıxış yolu varmı? Var!”, - deyən Gümrü sakinləri çıxış yolunu ölkəni tərk etməkdə görürlər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30

