Sarkisyan rejimi çarəsiz vəziyyətdə
01.07.2015 [10:11]
Ermənistanda sosial tələblərlə keçirilən etiraz aksiyaları siyasi müstəviyə keçir
Məlum olduğu kimi, Ermənistan dərin sosial-iqtisadi böhran içərisindədir. Bu ölkənin məhz belə bir acınacaqlı duruma düşməsi isə ilk növbədə, onun işğalçılıq siyasəti ilə bağlıdır. Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması nəinki Ermənistan hakimiyyətinə ciddi dividend gətirmir, əksinə, vəziyyətini daha da ağırlaşdırıb. Belə ki, işğalçı ölkənin iqtisadiyyatı tənəzzül vəziyyətindədir. İqtisadi tənəzzül isə əhalinin sosial durumunun ağırlaşmasında birbaşa rol oynayır.
Yeri gəlmişkən, Sarkisyan rejiminin həyata keçirdiyi siyasət artıq ölkə əhalisinin səbrini daşırmaqdadır. Məhz bu səbəbdəndir ki, Ermənistanda insanlar kütləvi etiraz aksiyalarına başlayıblar. Bu günlərdə paytaxt İrəvanda və digər bölgələrdə etiraz aksiyalarının böyük vüsət alması bu reallığı bir daha təsdiqləyir.
Erməni ekspertlər isə siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edirlər. Qeyd edilir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.
Xatırladaq ki, etiraz aksiyalarının başlanmasına səbəb Ermənistan hökuməti tərəfindən elektrik enerjisinin qiymətinin 20 faizə yaxın artırılmasıdır. İrəvanda keçirilən etiraz aksiyasının güc strukturları tərəfindən vəhşicəsinə dağıdılması növbəti qarşıdurmalara təkan verib. Mitinqçilərə hücum edən mülki geyimli şəxslər, polis əməkdaşları və xüsusi təyinatlılar insanlara zərbələr endirib, Ermənistan prezidentinin administrasiyasının binası qarşısında etiraz edənlərə qarşı güclü su şırnağından istifadə edilib. Hadisə zamanı onlarla sənət adamı və yazıçı həbs edilib. Hadisələrin kulminasiya nöqtəsi kimi isə aksiyaya qoşulmuş Gümrü şəhərində də kütləvi həbslərin həyata keçirilməsi göstərilir. Erməni KİV-i məlumat verir ki, Gümrüdə və digər yerlərdə xeyli etirazçı həbs edilib. Ümumilikdə isə verilən məlumata görə, 240 nəfərdən çox aksiya iştirakçısı həbs edilib, 20 nəfər xəsarət səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda, Sarkisyan hakimiyyəti bu aksiyaları işıqlandıran bəzi KİV nümayəndələrinə də zor tətbiq edib.
Bu arada verilən məlumatlara görə, dünəndən etibarən İrəvanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı keçirilən mitinqin iştirakçılarının bir hissəsi Azadlıq meydanındakı oturaq aksiyanı dayandırıblar. Amma etirazçıların əksəriyyəti aksiyanı Baqramyan prospektində davam etdirirlər. “Talana yox” hərəkatının fəalı Maksim Sarkisyan bildirib ki, onların gələcək addımları ilə bağlı yeni qərar veriləcək. Hərəkatın liderlərindən olan Vaqinak Şuşanyan isə bəyan edib ki, mübarizə yeni müstəviyə keçir. Onun sözlərinə görə, fəallar ekspertlərin, iqtisadçıların və hüquqşünasların yer alacağı qruplar yaratmaq fikrindədirlər. Həmin qruplar sonra konkret təkliflərlə çıxış edəcək. Bu isə o deməkdir ki, işğalçı ölkədə sosial tələblər siyasi müstəviyə keçir. Bu isə Sarkisyan rejiminin sonu ola bilər.
Təbii ki, bütün bu proseslər Ermənistanın daxili vəziyyətinin daha da gərginləşdiyini göstərir. Daha doğrusu, Sarkisyan başda olmaqla hazırkı prezident komandası proseslərin inkişafını nəzarətdə saxlaya bilmir. Heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

