İşğalçı ölkənin “qara bazar”ı
09.12.2015 [09:48]
Saxta referendumla Sarkisyan Ermənistanda “yuxarıdan inqilab” etdi
6 dekabr müasir Ermənistanın tarixinə “qara bazar” kimi daxil olacaq. Çünki ölkənin əsas qanununa dəyişiklik edilməsini nəzərdə tutan referendumun saxta olmasını sübut edən kifayət qədər dəlillər var. Hətta “www.lragir.am” saytı bir qədər də irəli gedərək, ötən bazar günü ölkədə baş verənləri hakimiyyətin “yuxarıdan inqilab”ı adlandırıb.
Saytın yazdığına görə, dövlətin idarəetmə sistemini dəyişən həmin referendum, əslində, “güc yolu ilə hakimiyyətin ələ keçirilməsi”, başqa sözlə, “inqilab”dan başqa bir şey olmayıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bazar ertəsi günü keçirdiyi mətbuat konfransında səsvermədə iştirak edənlərin 63 faizinin (825851 seçici) referenduma “hə”, 32 faizinin (421600 seçici) isə “yox” cavabı verdiyini bəyan edib. Saytın yazdığına görə isə, əslində, referendumun baş tutması üçün heç yetərsay belə olmayıb. Səsvermə məntəqələrində “karusel” üsulundan istifadə olunub. Səsvermənin nəticələri kütləvi surətdə saxtalaşdırılıb. Beləliklə də, Serj Sarkisyan hakimiyyətin növbə ilə “prezident üçbucağı” (L.Ter-Petrosyan, R.Köçəryan və S.Sarkisyan) arasında paylaşdırılması qaydasını pozmuş olub. Yerli ekspertlərin fikrincə, bunun üçün S.Sarkisyanın əlində kifayət qədər möhkəm əsaslar olub. Belə ki, ölkənin konstitusiya quruluşunu dəyişməklə Serj Sarkisyan istənilən halda gələcəkdə hakimiyyətin ən yuxarı postlarından birində təmsil olunmasını özü üçün artıq təmin edə bilib.
Xatırladaq ki, yeni dəyişikliklərə görə, Ermənistan prezident üsul-idarəsindən parlament respublikasına keçib. Başqa sözlə, prezidentin əsas səlahiyyətləri bundan sonra baş nazirə keçir. Müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısını isə parlament üzvləri seçəcəklər. Daha dəqiq desək, 2017-ci ildə keçiriləcək parlament seçkilərini saxtalaşdırmaqla hazırkı iqtidarda olan Respublikaçılar Partiyası Serj Sarkisyanı ölkənin baş naziri etməyə hazırlaşır. Yeni referenduma görə, majoritar seçki sisteminin ləğv olunması ilə parlamentdəki 41 deputat yerinin əksəriyyətinin iqtidar partiyasına keçəcəyi nəzərdə tutulur. Başqa sözlə, istənilən halda, 2017-ci ildəki parlament seçkisinin nəticələrinin saxtalaşdırılacağı indidən gün kimi aydındır. Belə ki, S.Sarkisyanın prezidentlik müddəti hələ 2018-ci ildə başa çatacaq. Və o, bütün imkanlarından istifadə edərək seçkilərin nəticələrinin iqtidar partiyasının xeyrinə olmasına çalışacaq. Ekspertlər hesab edirlər ki, bundan sonrakı mərhələdə isə Serj Sarkisyanın hakimiyyətdə yenidən zühur etməsi üçün heç bir əngəl qalmayacaq. Nəzərə alsaq ki, konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkə prezidentinin yalnız simvolik səlahiyyətləri olacaq və Serj Sarkisyan da iki dəfə bu vəzifəni daşıdığı üçün artıq limiti tükənib, o zaman hakimiyyətin “yuxarıdan inqilab” etməsinin əsl səbəbi aydınlaşır.
Ekspertlərin qənaətinə görə, nəyin bahasına olursa olsun, S.Sarkisyan ölkədəki mövcud kriminal idarəetmə rejimini qorumağa məcbur idi. Çünki məhz bu yolla o, ölkənin birinci şəxsi olaraq ötən on il müddətində sadə ermənilərin başına açdığı oyunlara - onları necə səfalət içində yaşamağa məhkum etməsi, ölkədə indiyədək görünməmiş həddə çatan miqrasiya, korrupsiya və rüşvətxorluğun artması, hakimiyyətin kriminal üsul-idarəsi və s. kimi məsələlərə görə ədalət məhkəməsindən canını birtəhər qurtarmış olacaqdı.
O, bu yolda hətta sələfləri Levon Ter-Petrosyan və Robert Köçəryana belə xəyanət etmiş oldu. Onu hakimiyyətə gətirənləri təkrar ölkə prezidenti olmaq “arzu”larından məhrum etdi. Yerli ekspertlərin fikrincə, ölkənin konstitusiya quruluşunu dəyişmək Serj Sarkisyan üçün belə asan olsa da, bu, hələ hər şeyin bitməsi demək deyil, əksinə, hakimiyyət uğrunda mübarizə hələ bundan sonra daha da qızışacaq. Belə ki, 2013-cü ildə keçirilən prezident seçkisinin faktiki qalibi - hazırda müxalifətdə olan “İrs” Partiyasının sədri, ölkənin keçmiş xarici işlər naziri olmuş Raffi Ovannisyan, eləcə də xəyanətlə üzləşmiş sabiq prezidentlər - L.Ter-Petrosyan-R.Köçəryan cütlüyünün qarşıdan gələn parlament seçkilərində Serj Sarkisyana ciddi rəqib olacaqlarını indidən söyləmək mümkündür.
Başqa sözlə, Serj Sarkisyanın gerçəkləşdirdiyi “yuxarıdan inqilab”a qarşı Ermənistanda hakimiyyət uğrunda klassik mübarizə - “aşağıdan inqilab”ın işartıları artıq görünməkdədir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

