Seçkidən sonra işğalçı ölkədə vəziyyət daha da gərginləşəcək
05.12.2018 [09:59]
Nikol Paşinyanın indidən qanun pozuntularına rəvac verməsi Ermənistan cəmiyyətində parçalanma və qarşıdurmanın dərinləşməsi ilə nəticələnib
Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində işğalçı Ermənistanda gərginlik ən kritik mərhələyə qədəm qoyub. Bu da səbəbsiz deyil. Belə ki, təbliğat kampaniyası ilə yanaşı, rəqiblərinə qarşı qisasçılıq siyasətini genişləndirməyə başlayan Nikol Paşinyan çıxışlarını daha çox qarşı düşərgəni ittiham etmək və aclıqdan əziyyət çəkən erməni əhalisinə heç bir perspektivi olmayan vədlər vermək üzərində qurub.
Daha dəqiq desək, erməni mətbuatı yazır ki, baş nazir vəzifəsini icra edən, “Mənim addımım” seçki blokunun lideri N.Paşinyan keçirdiyi görüşlərdə qeyri-real vədlər verməklə yanaşı, öz səriştəsizliyini ört-basdır etmək üçün respublikaçılara qarşı hücumunu daha da kəskinləşdirib. Ekspertlərin fikrincə, cəmiyyətdə yaradılan qarşıdurma əhval-ruhiyyəsi Ermənistanda siyasi dözümsüzlüyün yüksək səviyyəyə çatması ilə nəticələnib. Bunu qapalı və açıq şəkildə keçirilən rəy sorğuları da təsdiqləyir. Respublikaçılara qarşı son həbs və təqib cəhdləri seçkidən sonrakı dövrdə işğalçı ölkədə vəziyyətin sabitləşəcəyi barədə ehtimalları da aradan qaldırır.
Erməniləri gözləyən yeni təhlükəyə işarə edən Respublikaçı Partiyanın mətbuat katibi Eduard Şarmazanov N.Paşinyanı cəmiyyəti “qara”lara və “ağ”lara ayırmaqda günahlandırıb. Onun sözlərinə görə, N.Paşinyan və tərəfdarları cəmiyyətdə narazı vətəndaşların sayının artması üçün son 7 ayda əllərindən gələni ediblər: “Ermənistan üçün indiki çətin durumda milli birlik çağırışlarını səsləndirmək əvəzinə, Paşinyan cəmiyyətin bir hissəsini digərinə qarşı düşmən əhval-ruhiyyədə kökləyir, onunla hesablaşmayanları “asfalta uzatmaq” barədə bəyanatlar verir, qışqırır və eyni zamanda, bizi “bədbəxtlik gətirən insanlar” adlandırır”.
N.Paşinyan isə öz ampluasındadır. Belə ki, o, son çıxışlarının birində kilsəni və dini sektaları “totalitar” metodlarla fəaliyyət göstərməkdə ittiham edib. Bu isə dindarların da ona qarşı narazılığına gətirib çıxara bilər. Digər tərəfdən, seçkiqabağı kampaniya zamanı cəmiyyətin bütün təbəqələrindən olanları və rəqiblərini hədələməklə yanaşı, N.Paşinyanın bir-birinə zidd bəyanatları da diqqət çəkir. Belə ki, dünənə qədər indiki sistemin “tam ideal” olduğunu söyləyən bu şəxs gələcəkdə parlament idarəçilik sistemindən imtina edilərək prezident üsul-idarəsinə keçilməsi yönündə konstitusiyada dəyişiklik edilməsinin mümkünlüyü barədə fikirlər səsləndirib. Çox güman, ona qarşı çıxanları “asfalta uzatmaq”la hədələyən N.Paşinyan yəqin edib ki, həmin iş prinsipini tətbiq etsə, indiki sistem köməyinə gəlməyəcək. Ona görə də o, prezident üsul-idarəsinin bərpası barədə düşünür. Erməni KİV-in məlumatına görə, qisasçılıq siyasətindən əl çəkməyən N.Paşinyan tərəfindən artıq növbəti kütləvi həbslərə start verilib. Bu xəbərlər keçmiş rejimin nümayəndələrində, habelə respublikaçıların ailələri və yaxınları arasında təşviş və narazılıq yaradıb.
Yayılan son məlumatlar isə 9 dekabr seçkiləri ərəfəsində Ermənistanın regionlarında hansı biabırçılıqların baş verdiyini göstərir. Belə ki, artıq Paşinyanın təyin etdiyi şəxslər tərəfindən qanun pozuntularına da start verilib. “Jamanak” (“Zaman”) qəzeti yazır ki, Qeqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan kənd icmalarının rəhbərlərini çağıraraq “Mənim addımım” blokundan olan namizədlərin lehinə fəaliyyət göstərməyi tapşırıb. Qeyd olunur ki, Q.Sanosyan bu fəaliyyətin yerinə yetirilməsi yönündə göstəriş verən tək vəzifəli şəxs deyil. Demək olar ki, Ermənistandakı bütün rayon və kənd icmalarından belə siqnallar alınır. Kənd icmalarının rəhbərləri Paşinyanın lideri olduğu blokun namizədlərinin qalib gəlmələri naminə çalışmağa məhkumdurlar. Çünki onları hədələyiblər ki, bu şəxslərin məsul olduqları ərazilərdəki məntəqələrin seçki qutularından başqa partiyanın namizədi qalib olaraq çıxsa, həmin vəzifəli şəxsi istefa verməyə məcbur edəcəklər.
Bir sözlə görünən odur ki, özünü “demokrat” kimi göstərməyə çalışan N.Paşinyan indidən qanun pozuntularına rəvac verməklə hakimiyyətini möhkəmləndirməyə çalışır. Bu addımlar isə Ermənistan cəmiyyətində parçalanma və qarşıdurmaya yol açan siyasi dözümsüzlük mühitinin daha da dərinləşməsinə şərait yaradır. Ekspertlərin ümumi qənaətinə görə, bu cür qeyri-müəyyən şəraitdə baş tutacaq seçkilər işğalçı Ermənistan üçün sabitlik yox, yeni qarşıdurmalar, ən nəhayət xaos vəd edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17

