Fransada bir çox şəhərlərdə polis və aksiyaçılar arasında toqquşma olub
08.01.2019 [09:54]
Son zamanlar Avropada silsilə xarakter alan etiraz aksiyalarının növbəti ünvanı kimi Fransa çıxış edir. Əhalinin sosial rifah halı ilə əlaqədar ortaya çıxan narazılıq halları özünü nümayişlər və etiraz aksiyalarında göstərməkdədir. Bu kontekstdə Fransada “sarı jiletlər” aksiyası dünya mediasının diqqət mərkəzindədir. Yeri gəlmişkən, bu ölkənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, “sarı jiletlər” aksiyasının səkkizinci mərhələsində 50 min aksiyaçı iştirak edib. Parisdəki aksiyaya 3500 insan qatılıb. Aksiya çərçivəsində bir çox şəhərlərdə polis və aksiyaçılar arasında toqquşma olub. Paris 50-yə yaxın aksiyaçını saxlayıb. Beşi polis olmaqla 38 nəfər yaralanıb. Aksiyaçılar bəzi nazirliklərə hücum etmək istəyiblər. Daxili işlər naziri K.Kastaner hər kəsi ölkə qanunvericiliyinə riayət etməyə çağırıb. Sosial şəbəkələrdə aksiyaçılar 9-cu mərhələnin gələn şənbə günü təşkil olunacağını qeyd ediblər. Onlar aksiyanı Fransanın coğrafi mərkəzi hesab olunan və kökü burjuaziya sözündən olan Burj şəhərində təşkil etməyi planlaşdırırlar.
Ekspertlər bildirirlər ki, ümumiyyətlə, ölkədə sosial-iqtisadi problemlərin çoxalması cəmiyyət daxilində gərginliyin artmasını şərtləndirib. Noyabrın 17-dən etibarən davam edən “sarı jiletlər” adlı genişmiqyaslı etiraz aksiyası yanacağın qiymətinin artması ilə əlaqədar olsa da, digər sosial-iqtisadi problemlər də diqqət mərkəzindədir. Bu ölkə mediası həyəcan təbili çalaraq narazılıqların artdığını diqqətə çatdırır. Vurğulanır ki, hökumət etirazlara səbəb olan problemlərin aradan qaldırılmasına dair müvafiq tədbirlər görməsə, böhran xarakterli proseslərin ortaya çıxması qaçılmaz olacaq. Ekspertlər, xüsusilə diqqətə çatdırırlar ki, vətəndaşların hər hansı bir məsələyə etiraz etmək, öz fikir və mövqelərini sərbəst şəkildə ifadə etmək hüquqları var, ona görə də asayiş keşikçiləri nümayişçilərə qarşı dözümlülük nümayiş etdirməli, toqquşmaların sayının artmaması üçün zorakılıqlara yol verməməlidirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44

