Ermənistanda mövcud olan xaos ölkəni daha təhlükəli məcraya doğru aparır
03.06.2021 [08:52]
Məlum olduğu kimi, seçki günü yaxınlaşdıqca məğlub Ermənistanda siyasi xaos və hakimiyyət böhranı daha da dərinləşməkdədir. Belə ki, seçkiyə 3 həftədən az müddət qalsa da, bəzi siyasi partiya və təşkilatlar yenidən mövcud hökumətin istefası, həmçinin digər müxtəlif tələblərlə paytaxt Yerevanda aksiyalar keçirirlər. Hakimiyyət isə bu aksiyaların qarşısını almaq üçün güc tətbiq etməkdən də çəkinmir.
Yeri gəlmişkən, “News.am”ın yazdığına görə, hökumət binası qarşısında keçirilən etiraz aksiyasında iştirak edən vətəndaşlara polis qüvvələri güc tətbiq edib və 16 nəfəri saxlayıb.
Qeyd edək ki, Paşinyan hökumətinə qarşı etirazlar 200-ə yaxın erməni hərbçinin cəsədinin vərəm dispanserində saxlanıldığını göstərən fotoşəkil və videoların yayılmasından sonra daha da qızışıb. Məğlub ölkədəki hərc-mərclik və anarxiyanı göstərən digər fakt son günlər dalbadal olaraq Yerevanın mərkəzində və digər şəhərlərdə törədilən sui-qəsd hadisələridir.
Hakimiyyətə qarşı qəzəbin digər səbəbi seçkiqabağı dövrdə baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bu günlərdə Avropaya səfər etməsi, öz ad gününü Fransanın paytaxtı Parisdə qeyd etməsi olub. Qeyd edək ki, Parisdəki Ermənistan səfirliyinə gedərkən Paşinyan “Kapitulyant!” şüarları yazılmış plakatlarla qarşılanıb. Məsələyə münasibət bildirən “Joğovurd” qəzeti yazıb ki, “Kapitulyant!” sədaları ilə Paşinyana qarşı etiraz aksiyaları yalnız Ermənistanda deyil, xaricdə də keçirilir. Digər tərəfdən, qəzet yazır ki, Paşinyan Fransada yerli erməni icması tərəfindən olduqca mənfi qarşılanıb.
Göründüyü kimi, seçkiyə hazırlaşan məğlub ölkədə müşahidə edilən xaos Ermənistanı daha təhlükəli məcraya doğru aparır. Seçkiqabağı dövrdə baş verən hadisələr, qalmaqallar və vətəndaşların təşkil etdiyi aksiyalar bunu deməyə əsas verir. Erməni ekspertlər, eyni zamanda, indiki siyasi böhran şəraitində cəmiyyətdəki qərarsızlıq və tərəddüdlə müşayiət edilən əhval-ruhiyyə fonunda müsbət proqnozlar ifadə etmirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

