Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kolumbiya hava limanında partlayış baş verib: ölənlər var

Kolumbiya hava limanında partlayış baş verib: ölənlər var

14.12.2021 [17:06]

Kolumbiyanın şimal-şərqində, Venesuela ilə sərhəddə yerləşən hava limanında partlayış baş verib. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Kolumbiyanın Kukuta hava limanında baş verən ikinci partlayışda iki polis əməkdaşı həlak olub.

KİV-in məlumatına görə, ilk partlayışdan sonra təhlükəsizlik qüvvələri partlayan şübhəli qutunu yoxlamaq qərarına gəlib. “Tiempo” qəzeti də yerli hakimiyyət orqanlarına istinadən iki hüquq-mühafizə orqanı əməkdaşının ölümündən yazır. Nəşr hadisənin arxasında terrorçuların dayandığına aydınlıq gətirir. İlk hücum zamanı yaraqlılardan biri partladılıb. İlkin olaraq KİV-lər uçuş-enmə zolağının yaxınlığında əlində bomba olan bir adamın göründüyünü bildiriblər.

Daha sonra ölkənin Mülki Aviasiya Xidməti hava limanının terminalı yaxınlığında güclü partlayışın baş verdiyini təsdiqləyib.

Sərnişinlərə uçuş və bilet məlumatı üçün aviaşirkətlərlə əlaqə saxlamaları tövsiyə olunub.

Paylaş:
Baxılıb: 989 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31