Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə və Yunanıstan nümayəndə heyətləri bu gün Afinada görüşəcək

Türkiyə və Yunanıstan nümayəndə heyətləri bu gün Afinada görüşəcək

16.10.2023 [11:36]

Oktyabrın 16-17-də Afinada Türkiyə və Yunanıstan arasında Birgə Fəaliyyət Planı müzakirə olunacaq və siyasi məsləhətləşmələr aparılacaq.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. XİN-in məlumatına əsasən, bu gün Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin müavinləri Burak Akçapar və Konstantinos Fragogiannisin başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü olacaq.

Tərəflər bu il martın 22-də Ankarada keçirilmiş son görüşdən sonra əldə edilən nəticələr, o cümlədən ikitərəfli ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, səhiyyə, ətraf mühit və humanitar münasibətlərin inkişafı başda olmaqla bir çox məsələlər, eləcə də prosesə daxil edilə biləcək yeni əməkdaşlıq sahələri ətrafında fikir mübadilələri aparacaqlar.

Oktyabrın 17-də isə iki ölkənin Xarici İşlər nazirlikləri arasında mütəmadi aparılan siyasi məsləhətləşmələr çərçivəsində keçiriləcək görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30