Rəngli inqilabların acı meyvələri
20.10.2023 [12:06]
Bu günlərdə Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana məktubla müraciət ünvanlayıb. Gürcüstanın dövlət başçısı məktubunda bir növ öz təcrübəsindən və aqibətindən çıxış etməklə Ermənistan rəhbərinə məsləhətlərini verib. Müraciətdə N.Paşinyanın hakimiyyəti üçün xarici və daxili təhdid riskinin yüksək olduğu, onun devrilməsi üçün müxtəlif ssenarilər hazırlandığı xatırladılır. M.Saakaşvili Ermənistan liderinə çağırış edərək vurğulayıb ki, o, ölkəsini qorumaq üçün təcili tədbirlər görməli, o cümlədən də Azərbaycanla dərhal sülh müqaviləsi bağlamalıdır.
Soros uşaqlarının kədərli etirafları
M.Saakaşvilinin Ermənistan liderinə ünvanladığı müraciəti və burada ifadə olunan fikirləri Soros uşaqlarının etirafları kimi də dəyərləndirə bilərik. Belə etirafları sonradan peşimançılıq keçirən digər sabiqlər də dilə gətiriblər. Söhbət bir neçə il bundan qabaq pik həddədək yüksələn və hazırda da imperialist güc mərkəzlərinin əl atdıqları siyasi texnologiyaların - rəngli inqilabların milli seqmentlərində yer alan inqilabçılar pleyadasından gedir. Milyarder Corc Sorosun qurduğu eyniadlı fondun qrantları ilə şirnikləndirilərək ələ alınan və xüsusi qaydada təlimatlandırılan həmin nəslin nümayəndələri öz ölkələrində təşkil olunan rəngli inqilablar ssenarilərində fəal yer alırdılar. Onların bir neçəsi hətta hakimiyyət olimpinə yüksəlməyə də nail oldular.
Bu yerdə qısa haşiyə çıxmaq istərdik. Nüfuzlu “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxslərinin siyahısında C.Sorosun adı 29-cu sırada göstərilib. Onun sərvəti 29 milyard dollar məbləğində qiymətləndirilir. Adını valyuta fərziyyələri ilə dünyaya tanıtdıran Soros haqqında “qan əmici Dracula” ifadəsi işlədilir. Malayziyalı bir dövlət başçısı onu “quldur” adlandırıb. Çinlilər isə Sorosa “timsah” ləqəbi veriblər. Əlbəttə, bu bənzətmələrdə mübaliğələrə yol verilib. Ancaq onlarda həqiqət payı da yox deyil. Verilən ləqəblər onun pula hərisliyi ilə bir assosiasiya yaradır.
Heç də şəffaf olmayan yollarla sərvətlərini artıran C.Sorosun adı həm də ayrı-ayrı ölkələrdə baş verən dağıdıcı rəngli inqilabların ssenarilərindən keçir. Başqa sözlə desək, milyarder, onun qurduğu Açıq Cəmiyyət İnstitutu həm də ayrı-ayrı ölkələrin, regionların, necə deyərlər, çağırılmamış qonağı sayılır.
Corc Soros haqqında bəhs olunan sonuncu qənaətin formalaşmasının ciddi real əsasları var. O, yaratdığı Açıq Cəmiyyət İnstitutu vasitəsilə özünü dünyada sərvətlərini xeyriyyəçiliyə, demokratik cəmiyyətlər qurulmasına yönəldən bir milyarder görüntüsü yaratmağa çalışıb. Ancaq əsas sual başqadır: O, milyonlarını, necə deyərlər, ora-bura xərcləyərkən nə dərəcədə səmimi və xeyirxah olub? Açıq Cəmiyyət İnstitutunun xətti ilə müxtəlif məkanlarda reallaşdıralan layihələrə və yaxud ssenarilərə nəzər saldıqda aydın olur ki, ortada səmimiyyət və humanizm ümumiyyətlə, yoxdur, söhbət sadəcə, güc mərkəzlərinin diktəsindən, cəmiyyətlərə ötürülən siyasi sifarişlədən və maraqlardan gedir. Bir neçə il bundan əvvəl Yaxın Şərqdə başlayan və hazırda da ayrı-ayrı ölkələrdə davam edən rəngli inqilabları, “Ərəb baharı”nı xatırlayaq. Bu inqilabların sosial sifarişləri cəmiyyətlərdən gəlmirdi. Bunlar imperialist güc mərkəzlərinin mətbəxlərində hazırlanan məkrli planların tərkib hissələrı idi. Belə ssenarilərin reallaşmasında Açıq Cəmiyyət İnstitutunun, C.Sorosun vəsaitləri əsas hərəkətverici mənbə kimi çıxış edirdi. Təsadüfi deyil ki, Türkiyənin “Qurdlar Vadisi” teleserialında C.Sorosun Asiya ölkələrində reallaşdırmağa çalışdığı planlardan da bəhs edilir. Nəticədə həyatlarını quran ölkələr, xalqlar “demokratiya” çağırışları ilə aldadılaraq onlar üçün mücərrəd yollara sövq edildilər və səfalətlə, anarxiya ilə üzləşdilər. Reallıq ondan ibarətdir ki, yaşanan dağıntılardan, humanitar fəlakətlərdən sonra bəhs olunan ölkələrdə demokratiya heç yada da düşmür. Həmin ölkələrin sərvətləri isə idarə olunan xaos və lidersizlik şəraitində bir ucdan çox asanlıqla talanır.
Cənubi Qafqaz ölkələrində üç məkrli plan və üç fərqli nəticə
C.Soros və onun həmfikirləri keçmiş ittifaqdan ayrılan müstəqil dövlətlərdə də “zəif bəndlər” axtarışında olublar. Ayrı-ayrı keçmiş ittifaq respublikalarının timsalında bu axtarışların kədərli sonluqları hər kəsə bəllidir. Açıq Cəmiyyət İnstitutunun səyləri üç Cənubi Qafqaz respublikasında - Azərbaycanda, Gürcüstanda və Ermənistanda fərqli formalarda təzahür edib. C.Sorosun səyləri ilə Gürcüstanda yaşanan rəngli inqilabın dost ölkə üçün hansısa bir faydasından danışmaq əbəsdir. Əksinə, ixrac olunan “demokratiya” bu ölkənin ərazilərinin bir qisminin itirilməsi ilə nəticələndi. C.Sorosun Ermənistanda reallaşdırdığı ssenari siyasətdə piyada olan Nikol Paşinyanın iqtidara gəlməsi ilə nəticələndi. Ancaq bu ölkə də Açıq Cəmiyyət İnstitutunun xətti ilə həyata keçirilən hakimiyyət dəyişikliyindən hansısa bir divident qazanmayıb. Hazırda bu ölkədə baş verənləri çox doğru olaraq demokratiya, insan haqları adına bir ləkə kimi səciyyələndirirlər. Hansı demokratiyadan danışmaq mümkündür ki, N.Paşinyan opponentlərini bir qayda olaraq onların həbsinə göstərişlər verməklə susdurur? İrəvanın küçələrində etiraz aksiyalarının polis dəyənəyi ilə dağıdılması demokratiya ilə bir araya sığırmı? Avropanın ayrı-ayrı qurumlarının tribunalarından auditoriyaları “demokratiya” nağılları ilə ələ almağa çalışan Nikol Paşinyana - növbəti Soros uşağına ünvanlanacaq suallar çoxdur. Onların cavabı isə yoxdur. 2018-ci ildə “demokratiya” hay-küyü ilə hakimiyyətə gələn N.Paşinyan korrupsiya və yoxsulluğun aradan qaldırıldığı “Yeni Ermənistan” quracağını vəd edirdi. Ermənistanın hazırkı miskin durumunu rəngli inqilabların ən acı və zəhərli meyvələrindən biri kimi dəyərləndirə bilərik. Xəyallarda qurulan yeni Ermənistanın heç izi-tozu da yoxdur. Əksinə, N.Paşinyanın “xidmətləri” sayəsində ölkənin forpost imici daha da möhkəmlənib. Əgər əvvəlki hakimiyyətlərin dövründə Ermənistan yalnız bir güc mərkəzinin diktəsi ilə idarə olunurdusa, indi N.Paşinyan iqtidarı fəaliyyəti ilə bağlı tezisləri müxtəlif mərkəzlərdən alır. Artıq Ermənistanda anlamağa başlayıblar ki, müxtəlif maraqların toqquşması ölkənin daha böyük faciələrinə yol açacaq.
Müraciətində M.Saakaşvili N.Paşinyanın hakimiyyətdə qalıb-qalmamasının an məsələsi olduğunu xatırlatması təsadüfi deyil. Ermənistan liderinin Avropa Parlamentində son çıxışı təsdiqləyir ki, o, hakimiyyəti üçün real təhlükə yarandığı - devrilməsi ssenarisinin masada olduğu barədə siqnalları başqa mənbələrdən də alıb. Bəli, forpost ölkədə son vaxtlarda yaşananlar, o cümlədən də N.Paşinyanın çarəsiz çırpıntıları Ermənistanda rəngli inqilab ssenarisinin finala doğru yaxınlaşmasından xəbər verir.
Açıq Cəmiyyət İnstitutunun Cənubi Qafqazın hər cəhətdən lider ölkəsi olan Azərbaycanda da layihələri var idi. Qurum ölkəmizdəki ayrı-ayrı marginal qruplara vəsaitlər ayıraraq burada da idarə olunan xaos ssenarilərini reallaşdırmaq istəyirdi. Ancaq intellektual səviyyəsi kifayət qədər yüksək olan, dövlətinə, milli maraqlara möhkəm tellərlə bağlı olan Azərbaycan cəmiyyəti Sorosa və onunla eyni sırada yer alan digər azərbaycanafob dairələrə sərt təpki göstərməyi bacardı. Beləliklə, ACİ-nun respublikamızda cəmiyyəti lidersizləşdirmək cəhdləri bütünlüklə iflasa uğradı. Azərbaycan öz yolu ilə gedərək böyük uğurlara imza atır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

