“Şərqin Aristoteli”...
18.02.2025 [08:37]
Filosof, şair və ədəbiyyatşünas Nəsirəddin Tusinin adı bəşər tarixində göstərdiyi misilsiz xidmətlərə görə həmişə öndə gəlir. Çoxcəhətli yaradıcılığı, ensiklopedik zəkası, təkzibedilməz mütəfəkkirlik qabiliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edə biləcək bir yaradıcılıq yolu keçmişdi. O, əsası Şərq dünyagörüşündən qaynaqlanan antik fəlsəfənin nəzərlərinə istinad edərək varlığın təməlində od, su, torpaq və hava kimi 4 ünsürün durduğunu iddia edirdi.
Nəsrəddin Tusinin dünyagörüşünə görə maddə heç zaman məhv olmur, sadəcə olaraq, bir formadan digər formaya keçir. Digər filosoflardan fərqli olaraq maddənin varlığının məhvi ilə onun maddiliyinin itməsi fikrinin əleyinə çıxırdı. Lakin bu məsələyə fərqli münasibətini nəzərə almasaq, Tusinin varlıq haqqındakı fikirlərinin Farabi, İbn Sina və Bəhmənyarın fikirləri ilə üst-üstə düşdüyünü görərik.
Yeri gəlmişkən, bu gün N.Tusinin anadan olmasından 824 il ötür. O, 1201-ci il fevralın 18-də Həmədan şəhərinin Bahar bölgəsində anadan olub. Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələnmək üçün bütün bilik və enerjisindən istifadə etmişdi. Bu elə bir dövr idi ki, elm, ədəbiyyat, incəsənət, mədəniyyət yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta əsr dövrünün tanınmış alimlərinin əsərləri ilə tanış olmaqdan ötrü, o, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir neçə sahəsinə dərindən yiyələnir.
“Bəşəriyyətin müəllimi” və alimlər alimi...
Nəsirəddin Tusinin 13-cü əsrin görkəmli alim, ictimai xadim və ədiblərindən biri kimi adı çox zaman elmin rəmzi olaraq çəkilir. Ensiklopedik zəka sahibi olub və öz sağlığında belə “alimlər alimi” kimi geniş şöhrət qazanıb. Onu həm də dövründə “ustad əl-bəşər” (“bəşəriyyətin müəllimi”), “sultan əl-hükəma” (“həkimlər sultanı”), “əsrin yeganəsi”, “sonuncu filosof” kimi mötəbər və möhtəşəm adlarla da çağırıblar. Hətta şagirdinin riyaziyyat sahəsində istedadını görən müəllimi heyrətə gələrək adamları arasında qürurla demişdi: “Mənim riyaziyyat sahəsində bildiklərim bu uşağınkından çox deyil. O, gələcəyin ən böyük alimi olacaq. Kim buna şübhə etsə, bir vaxt mənim sözlərimi xatırlayaraq peşman olacaq”.
Ədəbiyyat bilicisi və şair
N.Tusi həm də bədii yaradıcılığa sahib idi. Ədəbiyyatşünaslıq elmi ilə məşğul olan, poetikaya aid əsərlər yazan Tusi özünü ədəbiyyat bilicisi kimi təsdiq etmişdi. Tədqiqatçı, filologiya elmləri doktoru Yaqub Babayev onun haqqında yazıb: “Nəsirəddin Tusinin ədəbiyyatşünaslıq bacarığı və bədii talantı nəhəng və uca elmi əzəmətinin kölgəsində qalmış, daha doğrusu, alim Tusi şair və ədəbiyyatşünas Tusini unutdurmuşdur”.
Bu baxımdan görkəmli alimin “Meyarül-əşar” (“Şeirin ölçüləri”) və məntiqə dair yazılmış “Əsasül-iqtibas” risaləsinin 9-cu fəsli poetikaya həsr olunan sanballı əsərlər kimi diqqəti cəlb edir. Ona görə də Tusini görkəmli filosof-alim Aristotellə müqayisə edib “Şərqin Aristoteli” adlandırmaq olar. Bu mənada ki, dünyanın 7 müdrikindən biri kimi ad-san qazanmış Aristotel həm də dünya ədəbiyyatşünaslığının elmi cəhətdən əsasını qoyan məşhur “Poetika” əsərinin müəllifidir. Nəsirəddin Tusi öz istedadını daha çox dəqiq elmlərə həsr etməsinə baxmayaraq, zəngin şeir ənənələrindən çıxış edərək poetika haqqında sanballı kitab yazan ilk müəlliflərdəndir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

