Azərbaycanlı məktəblilər Beynəlxalq Kosmik Olimpiadada II yerə layiq görülüblər
30.05.2025 [11:54]
“Azərkosmos”un KOSMİK Akademiyasının təşəbbüsü, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi və İsrail Kosmik Agentliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Beynəlxalq Kosmik Olimpiadanın final mərhələsi uğurla başa çatıb.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, Milli mərhələnin I yer qalibi Akademik Zərifə Əliyeva adına liseyin məktəbli komandası beynalxalq mərhələdə 500 məktəb və 11000 məktəbli arasında II yerə layiq görülüb.
İlk dəfə 2000-ci ildə Təl-Əviv şəhərində keçirilmiş Beynəlxalq Kosmik Olimpiada dünyada kosmik sahə üzrə ən nüfuzlu məktəbli tədbirlərdən hesab olunur.
Olimpiada minlərlə gənci kosmosun geniş möcüzələrini kəşf etməyə ruhlandıran kosmik təhsil təşəbbüsüdür. Sərhədləri aşaraq kosmik maariflənmənin əhatəsini genişləndirməklə Olimpiada kosmosa maraq göstərən qlobal məktəbli icmasını inkişaf etdirir. Beynəlxalq Kosmik Olimpiada 3 əsas pedaqoji yanaşma - (1) İdarəolunan Kəşf və Öyrənmə (GDL), (2) Problembazlı Tədris (PBL), (3) Hesablama Təfəkkürü (CT) vasitəsilə məktəblilərin bacarıqlarını inkişaf etdirir.
Bu il olimpiadada ölkəmizin 35 ümumtəhsil müəssisəsindən 700 nəfər 7-9-cu sinif şagirdi iştirak edib. Sözügedən ümumtəhsil müəssisələrindən 70 nəfər STEAM müəllimi Olimpiada çərçivəsində fasilitator qismində məktəbli komandalarına dəstək göstərib. Beynəlxalq ekspertlərin moderatorluğu ilə 70-dən çox müəllim üçün hibrid formatda silsilə seminarlar və ölkəmizdə “Təlimçilər üçün təlim” proqramı təşkil edilib.
Olimpiadanın birinci mərhələsi 2024-cü ilin oktyabr – 2025-ci ilin aprel aylarını əhatə edib. Bu mərhələdə məktəblilər dayanıqlı inkişaf, süni intellekt, beşinci texnoloji inqilab və cəmiyyətlə kosmosun qarşılıqlı təsiri kimi mövzularda praktiki tapşırıqlar yerinə yetiriblər.
İkinci mərhələdə məktəbli komandaları bir sıra kompleks və yaradıcı tapşırıqları yerinə yetiriblər. Onlar beynəlxalq kosmik stansiyaları araşdıraraq müqayisəli təhlil aparıb, özlərinin dizayn etdikləri innovativ kosmik stansiyanı vizual infoqrafik poster vasitəsilə təqdim ediblər. Məktəblilər, həmçinin “Claude AI Artifacts” alətindən istifadə edərək dizayn etdikləri stansiya haqqında təhsilyönümlü oyun hazırlayıb və bu sahəyə marağı artırmaq məqsədilə məktəblərində maarifləndirmə tədbirləri keçiriblər.
Üçüncü mərhələdə məktəblilər “Tinkercad” platformasında 3D kosmik stansiya modelləri dizayn edib, virtual çatbotlar vasitəsilə stansiya idarəetmə ssenariləri qurub və seçdikləri materialların kosmos şəraitinə uyğunluğunu test ediblər. Bu mərhələ həm də beynəlxalq əməkdaşlıq baxımından önəmli olub, məktəblilər “səfir” rolunda çıxış edərək fərqli ölkələrin komandaları ilə layihə mübadiləsi aparıb və qarşılıqlı təqdimatlar vasitəsilə qlobal təcrübə qazanıblar.
Olimpiadanın milli final mərhələsi çərçivəsində məktəblilərdən ibarət 14 komanda orbitdə həyat dəstəkləmə sistemləri, süni intellektlə idarəetmə və kosmosda davamlı kənd təsərrüfatı kimi mövzularda innovativ layihələr təqdim edib, fiziki modellər və vizual posterlər vasitəsilə dizayn etdikləri stansiyaları təqdim ediblər. Beş dəqiqəlik ingilisdilli təqdimatlarla layihələrini təqdim edən komandaların fəaliyyəti texniki və ünsiyyət bacarıqları baxımından qiymətləndirilib.
“Azərkosmos” nəzdindəki KOSMİK Akademiya ilə İsrail Kosmik Agentliyinin əməkdaşlığı, Azərbaycan Respublikası Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyin dəstəyi ilə həyata keçirilmiş Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsi 2025-ci ilin aprel ayında uğurla başa çatıb.
Qeyd edildiyi kimi, Milli mərhələnin yekununda Akademik Zərifə Əliyeva adına liseyin məktəbli komandası I yerə, “Women in Tech” layihəsinin qızlardan ibarət yığma komandası II yerə, 161 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Beynəlxalq Kosmik Olimpiadanın beynəlxalq mərhələsi 2025-ci ilin may ayında İsrailin Təl-Əviv şəhərində Tel-Əviv Universitetində keçirilib. Olimpiadanın beynəlxalq mərhələsində Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, Azərbaycan Respublikası Kosmik Agentliyi və İsrail Kosmik Agentliyinin nümayəndələri iştirak ediblər. Olimpiadanın beynəlxalq mərhələsi üzrə təşkil edilmiş qiymətləndirmə (jüri) üzvləri sırasında İsrail və Azərbaycanın Olimpiada üzrə Təşkilat komitələrinin bir sıra üzvləri yer alıb. Beynəlxalq mərhələdə məktəbli komandaları 9 ay boyunca milli mərhələ çərçivəsində hazırladıqları kosmik stansiya modelinin interyeri və eksteryeri, eləcə də hazırladıqları poster barədə müxtəlif tapşırıqları yerinə yetiriblər. Tədbir çərçivəsində “Azərkosmos” və İsrail Kosmik Agentliyi arasında gənclər üçün kosmik təhsil proqramlarının inkişafı üzrə əməkdaşlıq perspektivləri də müzakirə olunub.
“Kosmik stansiyalar” mövzusuna həsr olunmuş Olimpiada çərçivəsində məktəblilərdən ibarət komandalar innovativ yanaşma, yaradıcı düşüncə və elmi biliklərini nümayiş etdirərək müxtəlif praktiki tapşırıqları uğurla yerinə yetiriblər. Komandalar kosmik stansiyaların həm daxili, həm də xarici dizaynına dair funksional və yaradıcı həllər təklif ediblər.
Eyni zamanda, komandalar hazırladıqları stansiyaların texniki xüsusiyyətlərini və funksionallığını əhatəli şəkildə əks etdirən vizual posterləri jüri heyətinə təqdim ediblər. Bu posterlər vasitəsilə stansiyanın hissələrinin kosmik mühitdə necə fəaliyyət göstərdiyi və hansı məqsədlərə xidmət etdiyi izah olunub.
Təşkilat Komitəsi komandaların təqdimatlarını texniki parametrlər və ünsiyyət bacarıqları baxımından meyarlara uyğun şəkildə faiz göstəriciləri ilə qiymətləndirib. Təqdimatların sonunda jüri heyəti tərəfindən məktəblilərə suallar ünvanlanıb.
Səfər çərçivəsində Akademik Zərifə Əliyeva adına liseyin məktəbliləri və fasilitator müəllimləri İsrailin yüksək texnologiyalar sahəsində bir sıra qabaqcıl elmi və texnoloji sənaye mərkəzlərinə də baş çəkiblər. Onlar peyk və raket texnologiyaları üzrə ixtisaslaşmış İsrail Aerokosmik (IAI) MABAT bölməsində olub, orada naviqasiya və rabitə sistemləri ilə tanış olub və mühəndislərlə görüşüblər. Eyni zamanda, şagirdlər İsrailin kosmosa qayıdış proqramı - Rakia Missiyası barədə məlumat alıb, astronavt Eytan Stivbenin komandası ilə görüşlər keçiriblər.
Daha sonra onlar Planetanya Kosmik Mərkəzində astronomiya üzrə interaktiv dərslər və simulyasiya oyunlarında iştirak edib, qlobal kosmik problemlər üzrə bilik və liderlik bacarıqlarını inkişaf etdiriblər. Şagirdlər həmçinin “Google”un Təl-Əviv ofisini ziyarət ediblər.
Ziyarətlər çərçivəsində şagirdlər “Kosmosdan təəssüratlarım”adlı mühazirədə iştirak edib, İsrailin ikinci astronavtı Eytan Stivanın Beynəlxalq Kosmik Stansiyada keçirdiyi 17 günlük missiyası barədə təqdimatını dinləyiblər. Mühazirə zamanı kosmosda insan psixologiyası, mikroqravitasiya şəraitində həyat və elmi tədqiqatlarla bağlı maraqlı məlumatlar təqdim olunub.
Beləliklə, KOSMİK Akademiyanın təşkilatçılığı ilə həyata keçirilən layihələr ölkəmizin kosmik təhsil və elm sahəsində nüfuzunun artırılmasına dəstək göstərir, kadr potensialının formalaşmasına və insan kapitalının inkişafına yönəlir, eyni zamanda milli kosmik ekosistemi təşviq edir.
Xəbər lenti
Hamısına bax
İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17

Dünya
13 İyun 21:53
YAP xəbərləri
13 İyun 21:29

İdman
13 İyun 21:14

Hadisə
13 İyun 20:53

YAP xəbərləri
13 İyun 20:38

Elm
13 İyun 20:36
YAP xəbərləri
13 İyun 20:12

Dünya
13 İyun 20:02

Dünya
13 İyun 19:50

YAP xəbərləri
13 İyun 19:37

YAP xəbərləri
13 İyun 19:13

Dünya
13 İyun 19:07

Siyasət
13 İyun 18:59

YAP xəbərləri
13 İyun 18:36

YAP xəbərləri
13 İyun 18:04

YAP xəbərləri
13 İyun 17:57

YAP xəbərləri
13 İyun 17:45

YAP xəbərləri
13 İyun 17:11

YAP xəbərləri
13 İyun 17:00

YAP xəbərləri
13 İyun 16:56

YAP xəbərləri
13 İyun 16:53

YAP xəbərləri
13 İyun 16:50

Dünya
13 İyun 16:41

YAP xəbərləri
13 İyun 16:37

Dünya
13 İyun 16:34

YAP xəbərləri
13 İyun 16:23

YAP xəbərləri
13 İyun 16:10

YAP xəbərləri
13 İyun 16:07

YAP xəbərləri
13 İyun 15:44

MEDİA
13 İyun 15:44

Dünya
13 İyun 15:36

Dünya
13 İyun 15:28

Dünya
13 İyun 15:28

YAP xəbərləri
13 İyun 14:39

Dünya
13 İyun 14:32

Sosial
13 İyun 14:21

Hərbi
13 İyun 14:19

Dünya
13 İyun 14:19

Dünya
13 İyun 14:17

Sosial
13 İyun 14:15

İqtisadiyyat
13 İyun 14:12

YAP xəbərləri
13 İyun 13:26

Dünya
13 İyun 12:47

Sosial
13 İyun 12:30

Siyasət
13 İyun 12:05

Xəbər lenti
13 İyun 12:03

Sosial
13 İyun 12:01

Sosial
13 İyun 11:55

YAP xəbərləri
13 İyun 11:41

Siyasət
13 İyun 11:04

Dünya
13 İyun 11:04

İqtisadiyyat
13 İyun 10:44

Gündəm
13 İyun 10:40

Siyasət
13 İyun 10:24

YAP xəbərləri
13 İyun 10:12

Siyasət
13 İyun 09:55

Sosial
13 İyun 09:53

YAP xəbərləri
13 İyun 09:46

İqtisadiyyat
13 İyun 09:38

Dünya
13 İyun 09:37

İqtisadiyyat
13 İyun 09:36

Sosial
13 İyun 09:36

Dünya
13 İyun 09:36

Dünya
13 İyun 09:35

İqtisadiyyat
13 İyun 09:20
