Multikulturalizm Mərkəzi Berlində beynəlxalq elmi konfrans keçirib
30.05.2015 [11:23]
Berlinin Brandenburq Elmlər Akademiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Almaniya- Azərbaycan Forumu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlin Humboldt Universitetinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri” mövzusunda çıxış edib və multikultural təhlükəsizlik anlayışının multikulturalizmin dövlət siyasətinə dair istiqamətində yer aldığını və ölkənin milli təhlükəsizliyi kontekstində mühüm yer tutduğunu vurğulayıb. Akademik Kamal Abdullayev bildirib ki, multikultural təhlükəsizlik milli təhlükəsizliyin vacib komponenti kimi anlaşılır və ona görə də aydındır ki, bu yeni anlayış ölkə daxilində multikulturalizm situasiyasını siyasi dayanıqlığın təminatçısı qismində nəzərdə tutur. Başqa sözlə desək, dövlət çoxmədəniyyətlilik mühitinin özündə maraqlı olduğu üçün bu mühitə qarşı yarana biləcək potensial təhdidləri milli təhlükəsizlik əleyhinə yönəlik bir məzmunda qəbul edir. Bu səbəbdən də multikultural təhlükəsizliyi ilkin olaraq şərtləndirən prinsip vahid dövlətdə yaşayan müxtəlif etnik, dini, sosial, siyasi, iqtisadi, nəsillərarası təbəqələşmələrin yaratdığı multikultural situasiyanın qorunub saxlanması və inkişaf etdirilməsidir. Əlbəttə, bu situasiyanın əsas qaynağı etnik və dini müxtəliflik amili olduğundan diqqət başlıca olaraq ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsinə yönəldilir və söhbət ilk növbədə bu maraqların vahid dövlət maraqları ilə uzlaşdırılmasından gedir.
Akademik qeyd edib ki, dünyada multikulturalizm modellərinə dair bir fenomen Azərbaycan multikulturalizmidir ki, bu nümunədə multikultural təhlükəsizlik paradiqması önəmli yer tutur. Azərbaycanda multikultural təhlükəsizliyin harmonik vəhdətdə biri digərini tamamlamalı olan prinsiplərinin uğurlu tətbiqi multikulturalizm situasiyasını problemlərdən sığortalamağa imkan verir. Həm də elə bir zamanda ki, ölkənin ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmaqdadır. Bu da simvolikdir ki, işğalçı dövlət həm də multikulturalizmin düşmənidir. O mənada ki, Ermənistan hələ sovet dövründən etibarən qeyri-erməni etnik qruplarını ərazisindən çıxara-çıxara nəticədə monoetnik tərkibli bir dövlətə çevrilib. Bu keyfiyyətdə də qonşularına qarşı sərgilədiyi aqressiyasına görə bölgədə sülhə və təhlükəsizliyə təhdid mənbəyi olaraq qalmaqdadır. Multikultural təhlükəsizlik prinsiplərinin imkanları təkcə ayrılıqda götürülmüş bir ölkənin inkişafını təmin etməklə bitmir. Multikultural təhlükəsizlik paradiqması dünyada gedən proseslərin fonunda potensial olaraq elə bir nümunəverici siyasi mahiyyət kəsb etməyə başlayır ki, bu, beynəlxalq münasibətlərin demokratikləşməsinə də, dövlətlərarası inteqrasiya proseslərinin güclənməsinə də töhfə verə bilər.
Beynəlxalq konfransda Berlin Humboldt Universitetinin professoru Eva-Maria Aux “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov “Azərbaycanın real siyasətinin nəticəsi olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Sülh içində birgə yaşam ənənəsi üçün multikulturalizmdə tolerantlıq anlayışı: Azərbaycan modeli” və AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri Möhsün Nağısoylu “Azərbaycan multukuturalizminin ədəbi mənbələri” mövzularında məruzələrlə çıxış ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Bakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Cord Meier-Klodt, Almaniya-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyer məruzələr ətrafında çıxış ediblər.
Konfransa Almaniyadan elmi, siyasi dairələrin nümayəndələri və media təmsilçiləri də qatılıblar.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

