UNEC-də konfrans: “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar”
08.06.2016 [10:09]
İyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfrans keçirilib.
UNEC-də keçirilən tədbirdə universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, elm, təhsil və təcrübənin vəhdəti olmadan biznesdə uğur qazanmaq mümkün deyil. Rektor elmi tədqiqatların aparılmadığı universitetin orta məktəbdən fərqlənmədiyini vurğulayıb: “UNEC-də elmlə təhsilin vəhdətini daha yüksək səviyyədə təşkil etmək üçün “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda konfrans keçirməyi qərara aldıq. Tədbirin əsas müzakirə mövzusu AMEA ilə UNEC arasında əməkdaşlıq olacaq”.
İstəyirik ki, müəllimin pedaqoji fəaliyyəti onun elmi tədqiqatları əsasında qiymətləndirilsin, deyən rektor bildirib ki, bunu nəzərə alaraq, UNEC-də Diskurs.az - virtual iqtisadi forumu və “UNEC ekspert” jurnalı yaradılıb. Bu resurslar müəllimlərimizə elmi tədqiqatlarının nəticələrini ictimaiyyətlə bölüşmək imkanı verir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Dövlətin elm və təhsilə qayğısından söz açan akademik, Prezident İlham Əliyevin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təşəbbüsünü alqışladığını bildirib: “Bu qərar elm və təhsildə kadr hazırlığına böyük zəmin yaradacaq, təhsildə fasiləsizliyi təmin edəcək. Tədqiqatçıların böyük əksəriyyəti qadınlardır. Yeni qərarın magistr və doktorantlar arasında oğlanların sayının artmasına da təsir edəcəyini ümid edirik”.
AMEA-nın prezidenti Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirməyin üstünlüklərindən danışıb. Bildirib ki, akademiyada universitetlər yaradılarsa, onlar gələcəkdə mükəmməl elm təhsil mərkəzlərinə çevriləcək.
Elm və təhsilin vəhdəti yeni tələblərə uyğun istiqamətdə yaradılmalıdır, deyən akademik, burada innovasiyanın da vacib faktor olduğunu bildirib.
AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, EA-nın müxbir üzvü Nərgiz Axundova “İqtisadi biliklərin tədrisinin ictimai elmlər sahəsində əhəmiyyəti” mövzusunda danışıb: “O ölkə rəqabət sistemində üstünlüyə nail ola bilər ki, orada bilik iqtisadiyyatı öz əksini tapsın. Gələcək iqtisadiyyatın təməli elm və təhsilin vəhdətindədir. Akademik təhsillə biznes biliklərinin birləşməsi iqtisadi dinamikaya gətirib çıxaracaq”.
Nəzəriyyə ilə təcrübənin bir-birindən uzaq düşdüyünü vurğulayan N.Axundova bu proseslərdə elmi tədqiqatların vacibliyini qeyd edib. Bildirib ki, elmi tədqiqatla məşğul olan müəllim iqtisadiyyatda gedən prosesləri daha yaxşı görə bilir.
UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyillər” mövzusunda məruzə ilə çıxış edib. Professor elmi fəaliyyəti gücləndirmək, alimləri beynəlxalq aləmdə tanıtmaq məqsədi ilə, dünya təcrübəsini rəhbər tutaraq, ölkədə Elmi İstinad İnstitutunun təsis olunmasının vacibliyini vurğulayıb. Z.Məmmədov, eyni zamanda, professor-müəllim heyətinin elmi tədqiqat fəaliyyətinin yüksəldilməsi məqsədilə dərs yükünün azaldılmasını və bakalavr pilləsində “Elmi tədqiqatın əsasları” fənninin tədris olunmasını, tədrisə isə AMEA-nın professorlarının cəlb olunmasını təklif edib. Professor həmçinin UNEC nəzdində Bakı Ali Bank Məktəbinin açılması fikrini də irəli sürüb.
Konfransda müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Bildirilib ki, AMEA ilə UNEC-in vahid kitabxana şəbəkəsinin yaradılması, dərslik hazırlığı və birgə tədqiqatların aparılması elm və təhsilin vəhdətini təmin etməkdə vacib rol oynayacaq.
Sonda AMEA ilə UNEC arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə birgə elmi-tədqiqatların aparılması, onların tədris prosesində tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması və digər məsələlər öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

