“Erməniçilik müasir dövrün böyük problemi kimi” əsəri dəyərli elmi vəsaitdir
14.04.2018 [10:16]
Aprelin 13-də Bakıda “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı, ONN və “Olaylar” informasiya agentliklərinin dəstəyi ilə professor Aygün Əttarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” əsərinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı Aygün Əttarın pedaqoq və ziyalı kimi Türkiyədəki fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, müəllif Türkiyədə Azərbaycan həqiqətlərinin, ölkəmizin tarixinin təbliği üçün böyük işlər aparıb. Türkiyədə yenicə çapdan çıxmış nəşrin zəngin arxiv materialları əsasında yazıldığını deyən M.Qasımlı əsərin elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi kitab olduğunu bildirib.
Kitab haqqında ətraflı məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov qeyd edib ki, əsərdə 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına məqsədli köçürülmələrinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar, XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin insanlığa qarşı törətdiyi ağır cinayətlər, onların Azərbaycan və Türkiyədə törətdikləri soyqırımları, azərbaycanlıların dəfələrlə deportasiya olunmalarının mahiyyəti, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasəti və digər məsələlərdən söz açılır. Əsərdə, həmçinin Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri bir-birinə bağlı hadisələr kimi müfəssəl təhlil olunub. Müəllif saxta “böyük Ermənistan” iddiasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb.
Tədbirdə professorlar Rəna Mirzəzadə, Qasım Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas, Adil Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri Əjdər İsmayılov, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz və digər çıxış edənlər kitabın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini diqqətə çatdırıblar. Çıxışlarda belə əsərlərin müxtəlif dillərə tərcümə edilərək yayılmasının vacibliyi vurğulanıb.
Bildirilib ki, əsərdə zaman-zaman qədim türk yurdlarına sahiblənən ermənilər tərəfindən adları dəyişdirilən, məhv edilən məkanlarımız, demoqrafik statistik məlumatlar sanballı tarixi mənbələrə istinadən təqdim olunub. Müəllif kitabın “İthaf” hissəsində 2017-ci il iyunun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə yaralanması faktlarını da diqqətə çatdırıb.
Qeyd olunub ki, əsər, həmçinin saxta “erməni məsələsi”nin Türkiyə üçün yaratdığı böyük təhlükələr mövzusunda məqalə və mətbuat üçün açıqlamaların hazırlanması baxımından, erməni din xadimləri və millətçi dairələrdən qaynaqlanaraq ortaya çıxarılan əsassız iddialara qarşı dəyərli elmi vəsaitdir.
Sonda çıxış edən Aygün Əttar bu kitabın ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin geniş ictimaiyyətə çatdırılmasında töhfə verəcəyinə ümidvar olduğunu bildirib, nəşrin təqdimatının təşkilinə görə minnətdarlığını ifadə edib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

