/ / Bakıda ərzaq təhlükəsizliyi və aqrar sahənin problemlərinə həsr olunan beynəlxalq konfrans keçirilib
Bakıda ərzaq təhlükəsizliyi və aqrar sahənin problemlərinə həsr olunan beynəlxalq konfrans keçirilib
02.06.2018 [10:11]
Tədbirdə Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyevə “Elm və sülhməramlı səfir” fəxri adı və “Türk dünyasında ilin alimi” beynəlxalq mükafatı təqdim olunub
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Tədbir Təhsil Nazirliyi, Azərbaycan Kooperasiya Universiteti (AKU), Azərbaycan İqtisadçılar İttifaqı və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq konfransda AKU-nun rektoru, Milli Məclisin deputatı, professor Eldar Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolundan danışıb. Rektor Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə şərəfli iz qoyduğunu deyən Eldar Quliyev bildirib ki, Cümhuriyyət dövründə dövlətçiliyimiz yolunda çox önəmli islahatlar həyata keçirilib, mühüm tarixi nailiyyətlər əldə olunub.
Dahi rəhbər, Ümummilli lider Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında misilsiz tarixi xidmətlərindən, siyasətinin uğurlu nəticələrindən bəhs edən rektor Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb, ölkəmizin sürətlə inkişaf etdiyini bildirib.
Eldar Quliyev konfransın aktual mövzuya həsr olunduğunu deyib: “Bu gün respublikamızda hər bir vətəndaşın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir”.
Rektor vurğulayıb ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verir. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan çoxşaxəli islahatlar ölkəmizin iqtisadi qüdrətini, siyasi nüfuzunu daha da artırıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Azərbaycanın iqtisadi inkişaf strategiyasında ərzaq təhlükəsizliyinin yeri və rolu: reallıqlar və perspektivlər”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin müdiri, professor Əli Nuriyev “Azərbaycanın müasir aqrar siyasəti zəminində ərzaq təhlükəsizliyinin istiqamətləri”, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov “Müstəqil Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzəçilər Azərbaycanda aparılan iqtisadi siyasətin uğurlu nəticələrindən danışıblar.
Sonra isveçrəli professor Mehmet Şükrü Güzel, türkiyəli professor Cengiz Güneş və digər alim və mütəxəssislərin mövzuya dair çıxışları dinlənilib.
Tədbirdə professor Eldar Quliyevə müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı səfir” fəxri adı və eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasında ilin alimi” beynəlxalq mükafatı təqdim olunub.
Beynəlxalq konfrans iyunun 2-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43

