Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfrans keçirilib

“Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfrans keçirilib

02.09.2020 [09:05]

“Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfrans keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, onlayn konfransda nazir müavini Firudin Qurbanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva pandemiya dövründə tətbiq olunan karantin rejimi çərçivəsində təhsilin təşkili məsələləri ilə bağlı “Uşaq Səfirlər Məclisi”nin üzvlərini maraqlandıran sualları cavablandırıblar.
Konfransda Aynur Sofiyeva “Uşaq Səfirlər Məclisi” üzvlərinin təşəbbüsləri əsasında bu istiqamətdə keçirilən tədbirləri müsbət qiymətləndirib. Təhsilin uşaqların həyatında mühüm rolunu, eyni zamanda, hazırda davam edən pandemiya şəraitində tədrisin təşkili məsələsinin aktual olduğunu qeyd edib. Aynur Sofiyeva bildirib ki, uşaqlar pandemiya dövründə təhsilin təşkili istiqamətində onları maraqlandıran bir çox sualları ümumiləşdirərək belə bir görüşün keçirilməsi xahişi ilə komitəyə müraciət ediblər.
Daha sonra çıxış edən Firudin Qurbanov xüsusi karantin rejimi dövründə təhsilin təşkili məsələləri barədə uşaqlara ətraflı məlumat verib. Təhsil sahəsinin pandemiya şəraitində bir sıra çağırışlarla qarşılaşdığını vurğulayan nazir müavini informasiya və kommunikasiya məsələlərinin hazırkı dövrdə daha aktual olduğunu diqqətə çatdırıb. Firudin Qurbanov uşaqlara daim öz üzərində işləmək, çalışqan olmaq kimi tövsiyələr verərək, dövlətə, valideynə hörmətin, Vətənə sevginin uşaqlar qarşısında bir vəzifə olaraq qoyulmasının əhəmiyyətini vurğulayıb.
Konfransın moderatoru, “Uşaq Səfirlər Məclisi”nin həmsədri Aydan Hacıyeva uşaqların təklifi ilə konfransın təhsil məsələlərinə həsr edilməsinin onlar üçün əhəmiyyətli olduğunu və Təhsil nazirinin müavini ilə həmsöhbət olmaq fürsəti yaratdığına görə komitə rəhbərliyinə, eləcə də Firudin Qurbanova təşəkkürünü bildirib.
Daha sonra uşaqların pandemiya şəraitində təhsildə yeni layihələrin həyata keçirilməsi, növbəti dərs ilinin təşkili qaydaları, şagirdlərin internetə çıxış imkanlarının artırılması, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların onlayn təhsilə əlçatanlığının təmin edilməsi, pandemiya dövründə xaricdə təhsil imkanları, peşə təhsilinin təşviqi istiqamətində çoxsaylı suallar cavablandırılıb.
Uşaqlar tərəfindən səsləndirilən suallara cavab olaraq Firudin Qurbanov pandemiya ilə bağlı mövcud vəziyyətə uyğun yeni və səmərəli metodların işlənib hazırlandığını, həmçinin uşaqların təhlükəsizliyi nəzərə alınaraq dərslərin növbəlilik prinsipi əsasında təşkilinin nəzərdə tutulduğunu bildirib. Nazir müavini müasir texnologiyalar vasitəsilə peşə təhsilinin təşviqinin aparılması istiqamətində görüləcək işlər və peşə təhsilinin önəmi barədə uşaqlara məlumat verib.

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30