Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakının şərti qəbul olunur

Bakının şərti qəbul olunur

06.07.2024 [10:20]

Ermənistan Konstitusiyasını dəyişməklə sülh prosesini yaxınlaşdıracaq, dövlət olma şansı qazanacaq

Son günlərdə Cənubi Qafqaz regionunun perspektiv gələcəyi ilə bağlı ortaya çıxan detallar sülh prosesinin daha dinamik şəkil almasını şərtləndirib. Regional əməkdaşlıq platformaları ilə yanaşı, artıq aktiv formada ortaya çıxan Şərq-Qərb tranziti statuslu mühüm layihələrin reallaşmasına ümid böyükdür-daha doğrusu, proses bu layihələrin gerçəkləşməsinə bir addımın qaldığını göstərir. Belə bir zamanda, bölgəsəl dövlətlərin üzərinə düşən ən mühüm vəzifə Azərbaycanın yaratdığı bu mənzərəyə dəstək vermək, təhlükəsizliyin təmini uğrunda səfərbər olmaqdır. Təbii ki, bu sırada Ermənistanın üzərinə daha mühüm bir iş düşür - rəsmi İrəvan özünün qeyri-adekvat, qeyri-konstruktiv mövqeyindən əl çəkərək sülh prosesinə daha ciddi və zaman etibarı ilə daha tez diqqət yetirməlidir. Çünki bölgənin gələcək inkişafında ən əsas şərtlərdən sayılan təhlükəsizlik seqmentinin bütün detallar üzrə oturuşması üçün Ermənistan ilə Azərbaycan arasında davamlı, sabitliyə xidmət edəcək və əbədi sülhün yaranması ən ümdə şərtdir. Bunun üçün isə rəsmi İrəvan Azərbaycanın 2022-ci ildən təklif etdiyi sülh təşəbbüslərini qəbul etməli, bölgənin azad və təhlükəsiz inkişafı prosesindən iştirakçı olmalıdır. 

Sülhün əsas şərti...

İndiki məqamda, Azərbaycanın sülh təşəbbüslərinə səmimi qarşılıq vermək, manipulyasiyaya əl atmamaq Ermənistan üçün həm yeganə, həm də ən effektiv çıxış yoludur. Çünki 2 ildən artıqdır ki, müzakirə edilən və fundamental mövzuları dəyişməsə də üzərində iş aparılan sülh şərtləri beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır - burada yer alan müddəalar Ermənistanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün şəraitin formalaşdırılması deməkdir. Eyni zamanda, bu amil Ermənistanın gələcəkdə dövlətçilik ənənəsinin yaranması üçün zəmindir - dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması Ermənistanın xilas yoludur. Ermənistanın Azərbaycan ilə sülh bağlaması, sərhədlərini müəyyənləşdirməsi rəsmi İrəvanın dövlət kimi tanınması üçün ilkin şərt rolunu oynayacaq. Təbii ki, sülhün ən birinci şərti Ermənistanın uzun illərdir ki, davam edən əsassız iddialardan geri çəkilməsidir - rəsmi şəkildə Konstitusiyasında dəyişiklik etməklə İrəvan sülhün daha da inişaf etdirilməsinə şərait yarada bilər. 

Təəssüflər olsun ki, bir yandan sülh anonsları səsləndirən Erəmnistanın siyasi hakimiyyəti digər tərəfdən də proses ətrafında spekulyativ mövqe sərgiləyir. Konstitusiya dəyişikliyinin yeganə yol olduğunu dəqiq bilən Paşinyan hökuməti bəzən referendumun “yaxın 2 il ərzində keçirilməsi perspektivi”ndən danışır, bəzən isə ümumi fikirlərlə sülh imtiasiyası tablosu formalaşdırır. Bu isə ümumi prosesə ziyan gətirir - Ermənistan anlamalıdır ki, Azərbaycanla sülh bağlamayacağı təqdirdə on illərlə məruz qaldığı problemlərdən qurtula bilməyəcək, beynəlxalq aləmdən yenə də təcrid halında yaşamaq məcburiyyətində qalacaq və ən əsası mühüm iqtisadi dividendlərə malik regional layihələrin iştirakçısı olmaq imkanını itirəcək. 

Paşinyanın qeyri-müəyyən fikirləri...

Qeyd edildiyi kimi, Ermənistan hakimiyyəti vəziyyəti özü üçün dəqiqləşdirib - Konstitusiya dəyişikliiynin yeganə çıxış yolu olduğu tam şəkildə ortadadır. Amma hər zamankı erməni məkri bu məsələdə də özünü göstərir - “zaman qazanmaq”, bəlkə də yarana biləcək “yeni siyasi situasiyanı” gözləmək kimi xülyalar onları reallqqdan kənar salır. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə müraciətində də bildirib ki, ölkəsinin yeni Konstitusiyaya ehtiyacı var. “Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - baş nazir bildirib.

Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni konstitusiya lazımdır: “Bizə xalqla - onun yaradıcısı ilə ayrılmaz şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır”.

N.Paşinyan, həmçinin qeyd edib ki, yeni konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Buna baxmayaraq, baş nazir vurğulayıb ki, ölkədə institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır. Baş nazir “real Ermənistan” xalqının maraqlarını diqqət mərkəzində saxlamağa çağırıb. O bildirib ki, məhz həmin xalq beynəlxalq birlik çərçivəsində tanınmış ərazidə azadlığı, firavanlığı və təhlükəsizliyi təmin etmək üçün Ermənistan Respublikasını yaradıb.

Göründüyü kimi, Paşinyan yenə də fikir yayındırır - düzdür, konstitusiya dəyişikliyinin vacib olmasını dilə gətirir, bununla belə, məsələyə yenə də “erməni prizması”ndan baxmağa “üstünlük” verir. Bu isə onların yeni dövrdə də manipulyativ oyunlara son vermədiyini göstərir. Amma Paşinyan unutmamalıdır ki, artıq Cənubi Qafqazda yeni siyasi, iqtisadi və hərbi reallıqlar mövcuddur. bölgənin lider dövləti Azərbaycan Vətən müharibəsində Zəfər qazanmaqla hazırki reallıqları formalaşdırıb - əgər, Paşinyan və ya hansısa revanşist “qüvvə” bu reallaqlara qarşı radikal və ya qeyri-adekvat mövqe nümayiş etdirəcəksə, yenə də cavabını alacaq...

S.İSMAYILZADƏ 

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31