Azərbaycan ümid yeridir
19.07.2024 [10:00]
Azərbaycanda Fransanın Afrikada və dənizaşırı ərazilərdə həyata keçirdiyi kolonializm siyasətinə qarşı mübarizə mövzusunda daha bir beynəlxalq tədbir baş tutub. Söhbət Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən birinci qurultaydan gedir. Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderland koloniyaları olan Bonayre və S?n-Martin adalarından 3 təşkilat qurultayın işində fəxri qonaq qismində iştirak edib.
Paytaxtımızın ev sahibliyi etdiyi beynəlxalq tədbirdə Fransanın ən ağır şərtlər əsasında həyata keçirdiyi müstəmləkəçilik siyasəti kəskin tənqid olunub . Qurultay iştirakçıları belə bir yekdil mövqe ortaya qoyublar: Müstəmləkəçilik keçmişin qalığıdır və artıq ona birdəfəlik son qoyulmasının zamanı çatıb. Azad yaşamaq, sərvətlərinin və talelərinin sahibi olmaq hər bir ölkənin və xalqın müstəsna hüququdur.
Niyə məhz Azərbaycan?
Sual yaranır: Bəhs olunan formatda birinci qurultayın keçirilməsi üçün nə üçün məhz Azərbaycan paytaxtı Bakı seçilib? Sualın cavabı olaraq bildirək ki, bu, heç də təsadüfi deyil. Məlumdur ki, bu gün Fransa dünyada müstəmləkəçilk və sümürmə siyasətindən əl çəkməyən azsaylı dövlətlərdən biridir. Bu ölkənin tarixində müstəmləkəçillk xüsusi yer tutur. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də, üzqarası siyasətin mahiyyəti dəyişməyib. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.
Təbii ki, Yelisey Sarayı müstəmləkə ərazilərində törətdiyi çoxsaylı soyqırımı cinayətlərinin məsuliyyətini yaxşı anlayır. Buna görə də rəsmi Paris müstəmləkə mövzusuna bir növ tabu qoyub və informasiya blokadası yaradıb. Müstəmləkə ölkələrində azadlıq mübarizəsinə qalxan yerli xalqlara qarşı amansız təqiblər aparılır, liderlər ya şərlənərək həbsxanalara atılır, ya da fiziki cəhətdən məhv edilərək sıradan çıxarılır. Lakin bütün bunlar barədə beynəlxalq ictimaiyyət bir qayda olaraq xəbərsiz qalırdı.
Qapalı dairədə Fransa tərəfindən insanlıq faciələrinin törədilməsi, bu cinayətlərin gizlədilməsi, xalqların azadlıq mübarizəsinin qan gölündə boğulması dözülməzdir. Dünya buna biganə qalmamalıdır. Öz növbəsində məsuliyyətli dövlət olan və həmişə ədalət mövqeyindən çıxış edən Azərbaycan Fransanın XXI əsrdə üzqarası siyasətini davam etdirməsinə qarşı çıxır. Beynəlxalq ictimaiyyət təkcə son vaxtlarda Yeni Kaledoniyada, Fransız Polineziyasında və digər ünvanlarda aboregen xalqların başladıqları azadlıq mübarizəsi barədə məhz Azərbaycan üzərindən məlumat almaq imkanı qazandı. Respublikamızın ardıcıl səyləri sayəsində artıq kolonializmə qarşı mübarizə çağırışları qlobal gündəlikdə yer alır. Yeri gəlmişkən, Bakının ev sahibliyi etdiyi qurultayda Yeni Kaledoniyada kanak xalqının Yelisey Sarayının bədnam konstitusiya “islahatları”na qarşı başladığı mübarizəyə yenidən diqqət çəkilib. Qurultayda açılış nitqi ilə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs olunublar. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalıblar. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var. Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edir.
Bütün bu kimi faktlar Fransanın müstəmləkə ərazilərinin təmsilçilərinin birinci qurultayın keçirilməsi üçün niyə məhz Bakını seçdiklərinin səbəblərinə aydınlıq gətirir. Açıq şəkildə görünür ki, onlar haqq-ədalət mövqeyindən çıxış edən Azərbaycana inanır və ölkəmizə ümid yeri kimi baxırlar.
Bakı Təşəbbüs Qrupunun fəallığı
Fransanın müstəmləkəçilik siyasətinin qanlı izlərinin ifşasında Azərbaycanın təklifləri əsasında yaranan Bakı Təşəbbüs Qrupunun aktiv fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. 2023-cü ildən fəaliyyətə başlayan Bakı Təşəbbüs Qrupu artıq beynəlxalq platformaya çevrilib. Təsisat müstəmləkəçilik və neokolonializmlə mübarizənin ardıcıl şəkildə dəstəklənməsi çərçivəsində Cenevrə və İstanbulu da əhatə etməklə Bakıdan Nyu-Yorka qədər çoxlu sayda beynəlxalq konfrans təşkil edib. Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. Bütün beynəlxalq tədbirlərdə Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında məşğulluq, mənzil təminatı sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin istismarı barədə ətraflı məlumat verilib, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya faktları diqqətə çatdırılıb. “Müasir dövrdə bu cür genişmiqyaslı tədbirlər nadir hallarda baş tutur. Bakı Təşəbbüs Qrupu olaraq biz bu Qurultayı təşkil etməklə müstəqillik hərəkatlarının təşəbbüslərinə və istəklərinə dəstək verməyi qarşıya məqsəd qoymuşuq”, - deyə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.
A.Abbasov vurğulayıb ki, paytaxt Bakı artıq müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib. Fikirlərinə davam edən icraçı director deyib: “Bu qurultay da həmin müzakirələrin beynəlxalq platformasına çevriləcək. Fransa polisi tərəfindən həbs olunmuş Yeni Kaledoniyadakı müstəqillik tərəfdarlarına, siyasi məhbuslara və onları müdafiə edən vəkillərə maddi yardım ayırmağı nəzərdə tutmuşuq. Digər ölkələrə də bu kimi yardımlar göstəriləcək. Təhsil və ailələrə gəlincə, Azərbaycan ali təhsil müəssisələrində bu regionlardan olan gənclərə xüsusi təqaüdlər ayırmaq niyyətindədir”, - deyə o əlavə edib.
İcraçı direktor qeyd edib ki, Azərbaycanda keçiriləcək COP29-da müstəmləkə dövlətlərindən olan nümayəndələrin iştirakı nəzərdə tutulub. Onlara dəvətlər göndərilib və ilkin müzakirələr başlanıb. Fransanın müstəmləkəçilik siyasətindən zərər çəkən ərazilərdə ciddi ətraf mühit problemləri var. COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupu tərəfindən keçiriləcək tədbirdə bu məsələlər də müzakirə olunacaq.
Həll yolu tapılmalıdır
Bakının ev sahibliyi etdiyi tədbirdə Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin genişləndirilməsinin zəruriliyinə qətiyyətli çağırışlar edilib. “Azərbaycan hökumətinə və bizim burada olmağımıza şərait yaradan bütün insanlara təşəkkür edirik. Fransanın koloniyaları ilə bağlı bu qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq”. Bu sözləri Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Qurultayda çıxışı zamanı deyib. “Biz plaftormalarımızı möhkəmləndirməliyik, müzakirələr aparmalıyıq. Siyasi fəaliyyətimizi elə qurmalıyıq ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu bizə imkan yaradıb, bunu dəyərləndirməliyik. Bir araya gələrək müxtəlif gələcək platformalar barədə düşünməliyik. Yeni dünya düzənində öz yerimizi tapmalıyıq”, - deyə o əlavə edib.
Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep BMT-nın çətiri altında Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə ilk dəfə Bakıda belə bir tədbir keçirilməsinə şərait yaradıldığını minnətdarlıq hissi ilə qeyd edib. O, bu qurultayın tarixi xarakter daşıdığını qeyd edərək bildirib: “Biz kolonializmə qarşı birlikdə mübarizə apara bilərik. Bizim məqsədimiz dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməkdir. Biz əlimizdən gələni edəcəyik ki, həmrəyliyimizi möhkəmləndirək, dünyada daha çox görünə bilək. Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir. Məqsədimiz dünyanı Fransaya təsir göstərmək üçün səfərbər etməkdir”.
Qurultaydakı çıxışında Yeni Kaledoniyanın parlament üzvü Maria Saliqa da Fransanın müstəmləkəçilik siyasətinə kəskin etirazlarını bildirib. Onun sözlərinə görə, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq səviyyədə müzakirə olunmalıdır. Makron Fransası bütün demokratiya qaydalarına üz çevirib. Maria Saliqa qeyd edib ki, Fransız Polineziyasında bu ölkənin atom, nüvə testlərini xatırlayırıq. Həmin ərazilərdəki xalqlar bundan uzun müddət əziyyət çəkdilər.
“Fransa terrorçu dövlətdir. Azad etmək istəmədiyi ərazilərdə hökmranlığını sürdürür”, - deyə Yeni Kaledoniyadan olan parlamentari vurğulayıb.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

