Dünyanın 30 dövlətindən biri, müsəlman ölkələri arasında 3-cü...
17.08.2024 [09:40]
İlham Əliyev: Azərbaycan güclü idman dövlətidir
“Paris -2024” 33-cü Yay Olimpiya Oyunlarında idmançılarımızın çıxışları ölkəmizdə böyük həyəcanla izlənilirdi. Gələn hər qələbə sorağına görə sevinirdik və qürur hissi keçirirdik. Artıq Paris Olimpiadası da tarixə çevrilib və idmançılarımız Vətənə dönüblər. Bu günlərdə Olimpiadada ölkəmizi layiqincə təmsil edən və yüksək nəticələr qazanan idmançılarımız mükafatlandırılıblar. Bununla bağlı dövlətimizin başçısı sərəncamlar imzalayıb.
Eyni zamanda, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib və təbriklərini çatdırıb. “Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm”, - deyə ölkə Prezidenti vurğulayıb.
“Paris -2024” - də Azərbaycan idmançılarının uğurlu çıxışları
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. “Paris - 2024” - də Azərbaycan idmançılarının çıxışları uğurlu olub. Prezident İlham Əliyev Olimpiadada Azərbaycanın dünyanın ən güclü 30 ölkəsi arasında yer almasını “çox yaxşı nəticə” kimi dəyərləndirib.
Bütövlükdə, idmançılarımız Parisdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Bununla da Azərbaycan medal əyarına görə Tokio Olimpiadasındakı nəticəsini yaxşılaşdırıblar. Xatırladaq ki, idmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular.
Həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris Olimpiadasında tarixi nəticəyə imza atıb. Belə ki, final mərhələsində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə 31.600 xal toplayıb. Daha əvvəl 5 halqa proqramında hakimlərdən 34.850 xal alan yığma iki hərəkətin cəmində 66.450 xalla 5-ci pilləni tutub.
Qeyd edək ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub. İdmançılarımızın 33-cü Yay Olimpiya Oyunlarında qazandıqları yüksək nəticələrdən məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib ki, bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. “Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə, komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizin hər yerində idmanla məşğul olmaq üçün gözəl şərait var
Getdikcə daha çox sayda Azərbaycan idmançısının Olimpiya Oyunlarına lisenziyalar qazanmaları və Paris Olimpiadasında komandamızın mövqeyinin əhəmiyətli dərəcədə yaxşılaşması ölkəmizdə idmanın inkişafına göstərilən davamlı dövlət qayğısının nəticəsidir. 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyi yeniləndi. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verildi. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 20 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.
Ölkəmizin uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi sayəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu-Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş söz söyləməlk mümkündür. Paytaxtda və regionlarda yeniyetmələr, gənclər yaradılan idman obyektlərində məşqlər edir və böyük idmana doğru irəliləyirlər. Prezident İlham Əliyev idmançılarımızın müəyyən istirahətlərdən sonra yeni yarışlara hazırlıqlara start verəcəklərinə diqqət çəkərək bildirib ki, indi bütün ölkə üzrə idmanla məşğul olmaq üçün gözəl şərait var: “Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq”.
İdmançıların yüksək nəticələrə ruhlandırılması
Respublikamızda yeniyetmələr və gənclər arasında idmana marağın artmasında, onun kütləviliyinin təmin olunmasında Prezident İlham Əliyevin hər il beynəlxalq yarışlarda yüksək nəticələr qazanan idmançılarla şəxsən görüşməsi, onları mükafatlandırması və dövlət təltiflərinə layiq görməsi mühüm rol oynayır. Bu, gənclərimizə güclü stimul verərək onları yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırır. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçular Hidayət Heydərova və Zelim Kotsoyevə telefon açaraq onları şəxsən təbrik ediblər. Bundan başqa, Birinci vitse-prezident Mehriban Əiyeva Olimpiadada medallar qazanan idmançılarımız barədə şəxsi sosial şəbəkə hesabında paylaşımlar edib. Eyni zamanda, Mehriban xanım Əliyeva sosial şəbəkə hesablarında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atması münasibətilə təbrik edib. Birinci vitse-prezidentin bununla bağlı etdiyi paylaşımında oxuyuruq: “Əhsən! Sizinlə fəxr edirəm! Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinizə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!”.
Qızıl medal qazanan idmançılara edilən zənglər, bəhs olunan paylaşımlar Azərbaycanın dövlət başçısının, birinci vitse-prezidentin xaraktercə səmimi olduqlarının, eyni zamanda, Azərbaycan adına yazılan hər uğura necə böyük həssaslıqla yanaşdıqlarının ifadəsidir. Dövlət başçısı, birinci vitse-prezident ölkəni, bütün Azərbaycan xalqını təmsil edirlər. Onların təbrikləri də xalqın adından ifadə olunan təbriklərdir. Belə səmimi münasibət idmançılarımız üçün həm böyük motivasiya, həm də böyük məsuliyyətdir. Müxtəlif meydanlarda yarışa çıxan idmançılarımız bütün Azərbaycanın gözünün və dualarının onlarda olduğunu bilərək daha əzmlə mübarizə aparırlar. Prezident İlham Əliyev qəbulda Azərbaycan idmançılarının yarışlarda əzmkarlıq göstərdikləri kimi, həm də yüksək mənəvi keyfiyyətlərə mallik olduqlarına xüsusi diqqət çəkib. Belə idmançılarımız cəmiyyətimiz, gənclərimiz üçün nümunədirlər. Onların uğurları ölkəmizdə idmanın kütləviliyinə, yeniyetmələrdə, gənclərdə vətənpərvərlik ruhunun artmasına özünün müsbət təsirini göstərir ki, dövlətin, şəxsən Prezident İlham Əliyevin istəyi, arzusu da elə budur. “Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mötəbər yarışlardan sonra yüksək nəticələr qazanan idmançıların mükafatlandırılması ənənəsinə bu dəfə də sadiq qalınıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib
- Birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat;
- İkinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
- Üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat məbləğində mükafat ayrılıb.
Eyni zamanda, İlham Əliyev Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti kimi də 33-cü Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələr göstərdiklərinə görə mükafatların müəyyən edilməsi məqsədilə Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən,
- Birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
- İkinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;
-Üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat;
- Komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat nəzərdə tutulub.
Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncamla isə Azərbaycan Milli Olimpiya komandası üzvləri müxtəlif dövlət təltiflərinə layiq görülüblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
12 Sentyabr 23:31
Dünya
12 Sentyabr 22:18
Xəbər lenti
12 Sentyabr 21:15
İdman
12 Sentyabr 21:00
Siyasət
12 Sentyabr 20:45
Hadisə
12 Sentyabr 20:30
İqtisadiyyat
12 Sentyabr 20:15
Xəbər lenti
12 Sentyabr 20:00
Siyasət
12 Sentyabr 19:45
Siyasət
12 Sentyabr 19:42
İdman
12 Sentyabr 19:30
Mədəniyyət
12 Sentyabr 19:25
Mədəniyyət
12 Sentyabr 19:15
İqtisadiyyat
12 Sentyabr 19:00
Sosial
12 Sentyabr 18:45
İqtisadiyyat
12 Sentyabr 18:25
Hadisə
12 Sentyabr 18:05
İqtisadiyyat
12 Sentyabr 17:49
YAP xəbərləri
12 Sentyabr 17:47
Dünya
12 Sentyabr 17:12
Dünya
12 Sentyabr 16:58
Dünya
12 Sentyabr 16:57
Dünya
12 Sentyabr 16:56
Siyasət
12 Sentyabr 16:55
Sosial
12 Sentyabr 16:52
Dünya
12 Sentyabr 16:50
İqtisadiyyat
12 Sentyabr 16:47
YAP xəbərləri
12 Sentyabr 16:44
Sosial
12 Sentyabr 16:43
Mədəniyyət
12 Sentyabr 15:48
İqtisadiyyat
12 Sentyabr 15:45
İqtisadiyyat
12 Sentyabr 15:44
Sosial
12 Sentyabr 15:38
Gündəm
12 Sentyabr 15:19
Gündəm
12 Sentyabr 15:01
Elm
12 Sentyabr 14:59
İdman
12 Sentyabr 14:56
YAP xəbərləri
12 Sentyabr 14:53
Xəbər lenti
12 Sentyabr 14:43
İdman
12 Sentyabr 14:30
Diaspor
12 Sentyabr 14:28
Dünya
12 Sentyabr 14:27
Sosial
12 Sentyabr 14:26
Dünya
12 Sentyabr 14:25
Elm
12 Sentyabr 14:21
YAP xəbərləri
12 Sentyabr 14:09
YAP xəbərləri
12 Sentyabr 14:06
Siyasət
12 Sentyabr 13:19
Elm
12 Sentyabr 13:03
Sosial
12 Sentyabr 12:53
Sosial
12 Sentyabr 12:47
Sosial
12 Sentyabr 12:45
Dünya
12 Sentyabr 12:44
İqtisadiyyat
12 Sentyabr 12:40
İdman
12 Sentyabr 12:38
Dünya
12 Sentyabr 12:35
Mədəniyyət
12 Sentyabr 12:06
Sosial
12 Sentyabr 12:05
İqtisadiyyat
12 Sentyabr 12:04
Sosial
12 Sentyabr 11:01
İdman
12 Sentyabr 10:54
Hərbi
12 Sentyabr 10:53
Siyasət
12 Sentyabr 10:23
Sosial
12 Sentyabr 10:20
Siyasət
12 Sentyabr 10:00
İqtisadiyyat
12 Sentyabr 09:56
İqtisadiyyat
12 Sentyabr 09:47
İqtisadiyyat
12 Sentyabr 09:37
Siyasət
12 Sentyabr 09:33
İqtisadiyyat
12 Sentyabr 09:28