Davamlı islahatlar kursu - inkişafda yeni keyfiyyət mərhələsi
29.08.2024 [10:20]
İlham Əliyev: İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin
Müstəqil Azərbaycan öz siyasətini ölkənin reallıqlarına və dəyişən çağırışlara uyğun qurur. Zaman irəlilədikcə tələblər dəyişir və ölkə həyatının ayrı-ayrı sahələrində yeni transformasiyalara ehtiyac yaranır. Azərbaycanın nümunəvi inkişaf modelinin ən səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, respublikamız qarşıya çıxan çağırışları vaxtında reallaşdırılan genişməzmunlu islahatlarla qarşılayır. Zamanında müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülmüş təməl prinsipləri - dövlətçilik, qanunun aliliyi, azərbaycançılıq, varislik və təkamül, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, sosial ədalət çoxşaxəli islahatların əsaslarını təşkil edib. Yeni Azərbaycan Partiyasının (YAP) seçki platformasında bildirildiyi kimi, sistemli və davamlı xarakter daşıyan siyasi, hüquqi və sosial-iqtisadi islahatlar Azərbaycanın tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün edib.
Heydər Əliyev yolunu uğurla və inamla davam etdirən Prezident İlham Əliyev islahatlar kursunun əhatə dairəsini getdikcə daha da genişləndirir. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi və strateji baxışları əsasında reallaşdırılan islahatlar davamlı olaraq ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ açır.
İqtisadi məzmunlu islahatlar
Hər bir ölkə strateji məqsədlərinə çatmaqdan ötrü ilk növbədə güclü, rəqabətədavamlı iqtisadiyyat quruculuğu qayğısına qalmalıdır. Siyasi müstəqilliyi, milli təhlükəsizliyin təmin olunmasını şərtləndirən əsas amil qismində məhz iqtisadi müstəqillik çıxış edir. Özünün iqtisadi müstəqilliyini tam təmin etməsi Azərbaycanın böyük uğurudur. Bu gün respublikamızın heç bir dövlətin, beynəlxalq maliyyə qurumlarının yardımına ehtiyacı yoxdur. Ölkəmiz əksər irimiqyaslı layihələri dövlət investisiyaları hesabına reallaşdırmaq iqtidarındadır. Təkcə son illərin böyük uğurlarına diqqət yetirək. Azərbaycanın qurduğu qüdrətli Ordu 44 günlük müharibəni Böyük Zəfərlə tamamladı. Müharibə başa çatandan dərhal sonra, fasilə verilmədən işğaldan azad edilmiş ərazilərin bərpasına, burada müasir infrastruktur quruculuğuna, şəhər və kəndlər salınmasına start verildi. Hazırda işğaldan azad edilmiş 11 min kvadratkilometrdən artıq ərazi böyük tikinti-quruculuq meydanını xatırladır. Azərbaycan bütün layihələri daxili imkanları hesabına reallaşdırır ki, bunun da arxasında güclü iqtisadiyyat, geniş maliyyə imkanları dayanır. Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Ölkənin investisiya cəlbediciliyi kifayət qədər yüksəkdir.
Bu qəbildən olan uğurlara gedən yol isə Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən iqtisadi məzmunlu islahatlardan keçir. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Yeni nəsil iqtisadi islahatlar çərçivəsində ölkədə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi hədəflənib. İxracın səmərəli təşviqi mexanizminin işə salınması, “Made in Azerbaijan” brendinin yaradılması və dünyada təbliğ edilməsi bu baxımdan xüsusi aktuallıq daşıyır. Yeni nəsil iqtisadi islahatlar çərçivəsində, həmçinin daxili istehsalın dəstəklənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Aparılan islahatlar çərçivəsində dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlərə əsasən ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən investisiya qoyuluşu təşviq edilir və onların qorunmasına hüquqi təminatlar verilir. Respublikamızda sahibkarlıq mühitinin daha da optimallaşdırılmasına yönələn islahatların əhatə dairəsi də kifayət qədər genişdir.
İdarəetmə islahatları yüksək vətəndaş məmnunluğunu təmin edir
Azərbaycanın yeni inkişaf mərhələsinə yüksəlməsi, müasir dövrün trendləri qarşıya, həmçinin idarəetmə strukturunun təkmilləşdirilməsi, kadr islahatları ilə bağlı ciddi tələblər qoyub. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra andiçmə mərasimində söylədiyi nitqində yeni islahatlar dalğasının anonsunu edib. İslahatların yeni mərhələsində institusional və kadr islahatları xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Bütövlükdə ölkəmizin hazırkı strateji mərhələdə hərtərəfli inkişafının təmin edilməsi müvafiq sahələrdə institusional islahatların sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. Hədəflərə çatılması böyük dərəcədə optimal idarəetmə mexanizminin qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Bu xüsusda fikirlərini nəzərə çatdıran dövlət başçımız vurğulayıb: “Yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq. Bu proses davam etdiriləcək. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər. XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin”.
Respublikamızda 2018-ci ildən sonra daha aktiv fazaya daxil olan institusional islahatlar idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İnstitusional islahatlar, həmçinin idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş meydan verilməsi, Elektron Hökumətin yaradılması müxtəlif dövlət xidmətlərinə əlçatanlığı artırıb, operativliyi və şəffaflığı təmin edib. Azərbaycanın yaratdığı “ASAN xidmət” şəbəkəsi, “DOST” mərkəzləri vətəndaşlara ictimai xidmətlər göstərilməsində bir inqilabdır. Bu şəbəkələr vasitəsilə insanlar eyni məkanda müxtəlif xidmətlərə asan və keyfiyyətli çıxış əldə edirlər. Artıq beynəlxalq səviyyədə də Azərbaycanın təcrübəsi diqqətlə öyrənilir. Qürurverici haldır ki, artıq ölkəmiz dünyada həm də intellektual brendi ilə tanınır.
Vətən müharibəsindən sonra respublikamızda idarəetmə çərçivələrinin yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, Prezident İlham Əliyev 19 yanvar 2021-ci ildə “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərman imzalayıb. Sənəddə də vurğulandığı kimi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər. Xatırladaq ki, respublikamızda Prezidentin ilk xüsusi nümayəndəsi Vətən müharibəsində işğaldan azad edilən Şuşa rayonuna təyin edilib. Oxşar idarəçilk üsulu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında da tətbiq edilib. Müxtar respublikaya rəhbərlik 2022-ci ilin sonlarından etibarən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə həvalə olunub. Yeni idarəçilik üsulunun çevikliyin, şəffaflığın və bütün bunların nəticəsi olaraq vətəndaş məmnunluğunun təmin edilməsi baxımından böyük üstünlükləri var.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanın həyata keçirdiyi struktur islahatları, ölkədə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. 2019-cu ilin iyun ayında Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin dünyada böyük maraqla izlənildiyini bir daha təsdiqləyir. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyi BMT-nin Bakıda baş tutan Dövlət Xidmətləri Forumunda da xüsusi vurğulanıb. Forum çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təqdim edib.
Ölkəmizdə yeni mərhələdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qaldırılıb. Ölkə Prezidenti dövlət orqanlarında, icra strukturlarında islahatları dərinləşdirmək istəyir. Kadrlar da məhz qarşıya qoyulan tələblərə uyğun işləməlidirlər, islahatların dərinləşməsinə öz töhfələrini verməlidirlər.
Yeni Azərbaycan Pratiyasının seçki platformasında vurğulandığı kimi, qısa müddət ərzində çoxşaxəli institusional və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikiyini təmin etməklə, vətəndaş məmnunluğuna, milli həmrəyliyin güclənməsinə , bütövlükdə Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin yaradıb. Lakin həyat bir yerdə dayanmır. Buna görə də idarəetmədə çevikliyin və effektivliyin artırılması məqsədilə institusional və struktur islahatlarının gələcəkdə də davam etdirlməsi nəzərdə tutulur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

