Bölgədə zaman “Bakı vaxtı” ilə müəyyənləşir...
24.07.2025 [07:37]
Azərbaycan sülhün və əməkdaşlığın formalaşdırılması uğrunda səy göstərir
Trampın paylaşımı Azərbaycanın diqqət mərkəzində olmasını təsdiqləyir
Azərbaycan son illərdə beynəlxalq münasibətlər sistemində qazandığı uğurlar və statusa görə diqqət mərkəzindədir. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinin ardından Bakı qlobal dünya tərəfindən regional aktor kimi qəbul edilirdisə, bu gün tamam fərqli bir mənzərə formalaşmaqdadır. Azərbaycan sivilizasiyalararası münasibətlərin inkişafında vasitəçi və tənzimləyici rolda çıxış edir, klassik rəqabətə və ya düşmənçiliyə malik ölkələr arasında sülhün və əməkdaşlığın formalaşdırılması uğrunda səy göstərir. Çox hallarda isə buna nail olur - ortadakı faktlar söylədiklərimizi əyani şəkildə sübuta yetirir. Bakının əldə etdiyi bu uğurlar isə olduqca vacib kriteriyalara əsaslanır:
- Biz bütün proseslərin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı qismində çıxış edirik;
- Münaqişə və qarşıdurmaların danışıqlar yolu ilə tənzimlənməsini təşviq edirik;
- Rasional əməkdaşlığa, praqmatik tərəfdaşlığa və qarşılıqlı milli maraqlara uyğun əlaqələrə üstünlük veririk;
- Ən əsası münasibətlərdə gərginliyə deyil, sabitliyə və dürüstlüyə istinad edirik.
Müharibələrə başlamamış yeganə ABŞ Prezidenti...
Bəli, Azərbaycanın çoxvektorlu siyasi-iqtisadi tərəfdaşlıq konsepsiyası bu kimi mühüm tezislərə əsaslanır. Bunun nəticəsidir ki, ölkəmiz dünyanın bir çox aparıcı dövlətləri, güc mərkəzləri ilə siyasi əlaqələrini gücləndirir. Son 1 illik dövrdə Çin Xalq Respublikası ilə hərtərəfli strateji əlaqələrin formalaşdırılması və rəsmiləşdirilməsi, son 6 ayda ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması bunu təsdiqləyir. Xüsusilə, Donald Trampın hakimiyyətə gəlişinin ardından Vaşinqton-Bakı münasibətlərində yeni kontentlər meydana çıxıb. Bu, Trampın bəyan etdiyi aparıcı tezislərin, söykəndiyi ideoloji əsasların müəyyən mənada bizim dəyərlərimizlə səsləşməsindən də qaynaqlanır. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Tramp bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşür: “O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür”.
Bu, olduqca vacib bir amildir - Azərbaycan dövləti hətta işğala məruz qaldığı zamanlarda belə problemin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı qismində idi. Erməni terroruna məruz qalan Azərbaycan dünyada təhlükəsizliyin təmini ilə bağlı bütün proseslərdə aktiv iştirak edirdi. Bu istiqamətdə Bakı Vaşinqtonun ən yaxın tərəfdaşlarından birinə çevrilmişdi. Dünyanın ayrı-ayrı regionlarında antiterror fəaliyyətlərdə yaxından iştirakımız bizim bu təhdidə qarşı münasibətimizi müəyyənləşdirirdi. Donald Trampın da fikirlərində müharibələrin başa çatdırılması, sülh və əmin-amanlıq, əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı kimi tezislər ana xətt kimi keçir.
Mühüm tendensiyaların davamı...
Bu gün Azərbaycan-ABŞ əlaqələrindən gözləntilər böyükdür. Diqqət yetirsək, yeni nizamın formalaşmasında Azərbaycanın rolu günü-gündən artır. İstər Avropa ilə Asiya arasında əlaqələrin daha intensiv formaya keçməsində, istərsə də Şərqin yeni iqtisadi adaptasiya prosesinə inteqrasiyasında oynadığı rol Azərbaycan üçün mühüm üfüqlər yaradıb. Bu gün ABŞ açıq şəkildə yeni dövrdə Bakıya etibar etdiyini və ölkəmizin sülh uğrunda ortaya qoyduğu səyləri dəstəklədiyini bildirir. Donald Trampın prezident seçilməsindən sonra Prezident İlham Əliyevə ünvanladığı məktublarda da əməkdaşlığın gücləndirilməsi, əlaqələrin intensivləşdirilməsi kimi mövzular açıq şəkildə ifadə olunur. Bu mənada Bakının da gözləntiləri mövcuddur. Prezident İlham Əliyevin bildirdiyi kimi, gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq: “Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq”.
Trampın paylaşımı...
Vaşinqtonun Bakıya münasibəti növbəti bir məsələdə özünü daha qabarıq şəkildə ortaya qoydu - Prezident Donald Tramp Prezident İlham Əliyevin III Qlobal Şuşa Forumunda çıxışın bir hissəni paylaşdı. ABŞ Prezidentinin özünün “Truth” sosial şəbəkə səhifəsində belə bir paylaşım etməsi Bakı-Vaşinqton əlaqələrinin yeni axarını müəyyənləşdirən faktorlardan sayılır.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib. Bu barədə dövlətimizin başçısı “X” hesabında bildirib: “Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.
Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”.
Bütün bunlar isə həm də onu göstərir ki, Azərabaycan dövləti bu gün bölgənin aparıcı siyasi aktoru kimi regional proseslərdə fəal iştirakçı kimi tanınır. Azərbaycanın təşəbbüsü ilə ortaya çıxmış sülh təşəbbüsü, Zəngəzur dəhlizi və bu kimi mühüm qlobal əhəmiyyətə malik proseslər isə yeni nizamda yeni əməkdaşlıq perspektivləri vəd edir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

