Yeni dövrün LİDER nümunəsi!
16.10.2025 [12:22]
XXI əsrin yeni reallIğında Azərbaycan fenomeni
Ədalət, sülh və bərabər tərəfdaşlıq üzərində qurulan model
XXI əsrin ilk dörddən birini arxada qoyduğumuz bir zamanda dünya da yeni bir mərhələyə qədəm qoyur. Qlobal siyasi nizamın dəyişməsi, iqtisadi güc mərkəzlərinin həm forma, həm mahiyyət, həm də güc balansı fərqlərinin meydana çıxdığı, beynəlxalq münasibətlər sistemində ədalət anlayışının yenidən formalaşması dövrü yaşanır - son illər bütün qitələrdə müşahidə olunan geosiyasi dinamika və dəyişkənlik sübut edir ki, hərbi güc artıq təkbaşına aparıcı faktor kimi qabarıq xarakter daşımır. İndiki halda dünyanın qlobal oyunçuları iqtisadi, siyasi və mədəni töhfələri ilə yanaşı, həm də bəşəri dəyərlərə, ədalətə və beynəlxalq əməkdaşlığa verdikləri dəstək ilə ön plana çıxırlar. Bu baxımdan, Azərbaycan artıq uzun illərdir ki, yeni beynəlxalq düzənin fəal iştirakçısı və təşəbbüskarlarından birinə çevrilib.
Qlobal siyasi proseslərə baxış: sabitlik və inkişaf...
Son illərdə Azərbaycanın qlobal arenada ard-arda qazandığı qələbələrə, nail olduğu beynəlxalq nüfuza və imicə nəzər saldıqda, mühüm ştrixlərlə rastlaşırıq. O baxımdan ki, qalib Azərbaycanın xarici siyasət fəlsəfəsi dünyanın qlobal əhəmiyyətə malik prinsiplərini özündə birləşdirir:
- Bərabərhüquqlu münasibətlər;
- Beynəlxalq hüquqa hörmət və onun təmin edilməsi;
- Ədalət və qarşılıqlı hörmət prinsipləri.
Məhz bu dəyərlərə əsaslanan siyasət nəticəsində Azərbaycan son 20 ildə həm regional, həm də beynəlxalq səviyyədə tanınan, hörmət edilən və nüfuz qazanan dövlət statusu əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunu sistemli şəkildə artırıb.
Azərbaycanın təşəbbüsləri artıq regional sabitliyin və qlobal əməkdaşlığın vacib dayağı kimi qəbul olunur. Bu, təkcə enerji və nəqliyyat, logistika və təminat siyasətində deyil, həm də qlobal humanitar təşəbbüslərdə, iqlim diplomatiyasında və beynəlxalq təhlükəsizlik məsələlərində özünü aydın göstərir. Azərbaycanın uğuru, əslində, yeni dünya nizamının mahiyyətini əks etdirir - yürüdülən siyasət gücə deyil, ədalətə, əməkdaşlığa, tərəfdaşlığa söykənən siyasətdir. Qlobal sistemdə sərt dəyişikliklərin müşahidə olunduğu bir dövrdə Azərbaycan həm prinsipial mövqeyi, həm də balanslı diplomatiyası ilə nümunəvi sabitlik modeli təqdim edir.
Bakı yeni mərhələ açır: hamının maraqları naminə ədalətli əməkdaşlıq...
XXI əsrin qlobal münasibətlər sistemi özündə bir çox meyarları birləşdirir. Məsələn, iqtisadi münasibətlərində əsas meyar ədalət və qarşılıqlı faydalılıq, bərabərtərəfli əməkdaşlıq kimi prinsiplər ön plana çıxır. Azərbaycan isə məhz bu prinsipləri rəhbər tutaraq özünün müasir iqtisadi münasibətlər sistemini, modelini formalaşdırıb. Bakı indi tək enerji ixracatçısı deyil - həm də qlobal iqtisadi münasibətlərin ədalətli tənzimlənməsinə yönəlik təşəbbüslərin müəllifidir. Bunu sübut edən onlarla fakt mövcuddur - məsələn, COVID-19 pandemiyası dövründə Azərbaycan beynəlxalq həmrəyliyin və humanist dəyərlərin ən real nümunəsini göstərdi. Pandemiyanın ən ağır mərhələsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının onlayn zirvə görüşü keçirildi, dünya dövlətlərinə bərabərhüquqlu yardım çağırışı edildi. Azərbaycan həm vaksin paylanmasında ədalətsizliyə etiraz etdi, həm də aztəminatlı ölkələrə real maliyyə və tibbi yardım göstərdi.
Eyni yanaşma enerji təhlükəsizliyi sahəsində də özünü göstərdi. Avropanın enerji böhranı ilə üzləşdiyi dönəmdə Azərbaycan qaz və enerji ixracını artırmaqla, qitənin enerji balansının qorunmasında strateji rol oynadı. Bununla yanaşı, Azərbaycan özünü heç vaxt “geosiyasi vasitə” kimi təqdim etmədi - əksinə, qarşılıqlı fayda və şəffaf əməkdaşlıq modelini təklif etdi.
Bu gün Bakı Asiya ilə Avropanı birləşdirən mühüm logistik və iqtisadi mərkəzə çevrilib. Orta Dəhliz, Zəngəzur dəhlizi (TRİPP) və Bakı-Tbilisi-Qars xətti kimi layihələr təkcə regionun deyil, bütövlükdə Avrasiya qitəsinin iqtisadi inkişafına təkan verir. Azərbaycanın təşəbbüsləri artıq dünya iqtisadi xəritəsində “ədalətli əməkdaşlıq modelinin” simvoluna çevrilib.
Azərbaycanın məqsədi açıq və şəffafdır: hamının maraqları naminə ədalətli əməkdaşlıq prinsipi. Bu, həm regional, həm də qlobal iqtisadi münasibətlərin gələcək işıqlı fəlsəfəsini formalaşdıran ən düzgün strateji yoldur.
Qlobal mövqe: sülh missiyası və liderlik nümunəsi
Eyni fikirləri qlobal dünyanın siyasi mənzərəsinə də şamil etmək olar - Bakı apardığı siyasi kursla qlobal təhlükəsizliyə töhfə verir, sülh və sabitliyin inkişafına dəstək göstərir, kataklizmlərin aradan qalxmasında aparıcı vasitəçi kimi çıxış edir. Beləliklə, Azərbaycanın beynəlxalq siyasətdə qazandığı mövqenin təsadüfi olmadığı bütün konturları ilə üzə çıxır. Bu, sistemli və strateji əsasları olan siyasətin nəticəsidir. Daha bir real misala nəzər salaq: bir neçə gün öncə Misirdə keçirilən Yaxın Şərq Sülh Konfransında Prezident İlham Əliyevin ilk sırada əyləşməsi və dövlət başçımıza ABŞ prezidenti tərəfindən birbaşa müraciət ünvanlanması, diplomatik protokoldan daha çox, Azərbaycanın beynəlxalq nüfuzunun rəsmi tanınması və təsdiqi idi. 30 ildən artıq bir dövrdən sonra Avrasiyanın mərkəzində yeni reallıqlar formalaşdıran Azərbaycan Prezidentinə beynəlxalq aləmdə xüsusi bir hörmət, yanaşma var - bu, həm də Azərbaycanın sülh təşəbbüslərinin qlobal miqyasda qəbul olunduğunun göstəricisidir. Çünki Azərbaycan özünün sülh strategiyasını yalnız Cənubi Qafqazla məhdudlaşdırmır - uzun illərdir ki, beynəlxalq səviyyədə sülh və ədalət ideyalarının təşviqinə çalışır. Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz 120-dən çox dövlətin maraqlarını müdafiə edən platformaya uğurla rəhbərlik edib və təşkilatıa nüfuz qazandırıb, yeni inkişaf mərhələsi imkanları açıb. Azərbaycanın vasitəçilik missiyası artıq dünya diplomatiyasında xüsusi nüfuzla səslənir. Bakı regionda sülhü qorumaqla yanaşı, həm də Qərb və Şərq, Şimal və Cənub arasında dialoqun təşəbbüskarıdır. İslamofobiyaya qarşı BMT səviyyəsində qəbul edilən qətnamə, Azərbaycanın təqdim etdiyi “Mədəniyyətlərarası dialoq” platforması və Bakı Humanitar forumları bu istiqamətdə çox böyük əhəmiyyət daşıyır.
Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi hörmətin bir səbəbi də onun praqmatik və prinsipial, ardıcıl və qətiyyətli, davamlı və qarşılıqlı hörmətə əsaslanan siyasətidir. Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn üstünlüyünü, dövlətlərin suverenliyinə hörməti əsas prinsip kimi irəli sürüb. Bu siyasət nəticəsində Azərbaycan dünya liderlərinin etimadını və hörmətini qazanıb.
Bakının öncüllüyü: beynəlxalq gündəmi formalaşdıran mərkəzlərdən birinə çevrilirik
Sirr deyil ki, son illər beynəlxalq tədbirlərin gündəliyində Azərbaycan mövzusu getdikcə daha çox yer tutur. Ötən il COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi bunun ən bariz nümunəsidir. Bu qərar, ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər sadəcə protokol xarakterli deyil - onlar real nəticələrə, yeni ideyaların formalaşmasına gətirib çıxarır. Bakı Qlobal forumları, Enerji sammitləri, Nəqliyyat və Davamlı İnkişaf konfransları, həmçinin TÜRKPA, MDB, İƏT və TDT çərçivəsində, BMT müstəvisində keçirilən zirvə toplantıları Azərbaycanın qlobal diplomatiyada aktiv iştirakının bariz sübutudur. Prezident İlham Əliyevin Çin, ABŞ, Türkiyə, Böyük Britaniya kimi dövlətlərin liderləri ilə qurduğu şəffaf və qarşılıqlı etimada əsaslanan münasibətlər Azərbaycanın nüfuzunu daha da artırır. Azərbaycanın bu münasibətlərdə əsas üstünlüyü məhz davamlı siyasətidir - bu siyasət milli maraqlar üzərində qurulan əməkdaşlığa söykənir. Təsadüfi deyil ki, bu gün dünya mediasında Prezident İlham Əliyev yeni dövrün lider nümunəsi kimi ön plana çıxarılır. Azərbaycanın dövlət başçısının qətiyyətli qərarları, çevik diplomatik yanaşması beynəlxalq münasibətlər sistemində xüsusi hörmətə layiq görülür. Azərbaycanın qlobal tədbirlərdə, o cümlədən BMT, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı kimi platformalarda fəallığı artıq ölkəmizin beynəlxalq gündəmi formalaşdıran mərkəzlərdən birinə çevrildiyini təsdiqləyir.
Dünyanın aparıcı paytaxtları ilə eyni siyasi masada...
Beləliklə, Azərbaycan artıq yalnız regional sabitliyin dayağı deyil, həm də qlobal siyasətin mühüm tərkib hissəsinə çevrildiyini sübuta yetirib. Regional liderlikdən qlobal nüfuza keçid Azərbaycanın diplomatik fəallığı, iqtisadi sabitliyi və təhlükəsizlik siyasətindəki ardıcıllığı ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin xarici siyasət kursu artıq təkcə Azərbaycanın milli maraqlarını deyil, həm də beynəlxalq ədalət və tarazlığın qorunmasını hədəfləyir. Bu gün Bakı dünya paytaxtları ilə eyni siyasi masada, ön sırada təmsil oturur. Azərbaycanın səsi beynəlxalq tribunalarda eşidilir, mövqeyi nəzərə alınır, çağırışları isə dəstək qazanır. Bu yeni mərhələdə qarşıda duran əsas məqsəd qazanılmış statusu qorumaqla yanaşı, onu daha da gücləndirməkdir. Bunun üçün iqtisadi dayanıqlığın, siyasi sabitliyin və sosial rifahın davamlılığı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq sübut edib ki, milli maraqlarına sadiq qalmaqla, beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilmək mümkündür.
Nəticə etibarilə, Azərbaycanın regional liderlikdən qlobal statusa doğru irəliləyişi təkcə ölkəmiz üçün deyil, həm də bütün region və beynəlxalq sistem üçün nümunəvi modeldir - ədalət, əməkdaşlıq və bərabər tərəfdaşlıq üzərində qurulan model.
Azərbaycanın gələcək inkişaf perspektivləri də bu istiqamətdə aydın və məqsədyönlüdür. Yeni geosiyasi reallıqlar fonunda ölkə beynəlxalq münasibətlər sistemində sabitlik və əməkdaşlığın dayağı kimi mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu isə yaxın gələcəkdə Azərbaycanı qlobal proseslərin aparıcı aktorlarından biri səviyyəsinə yüksəldəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Maraqlı
15 Oktyabr 23:55

İqtisadiyyat
15 Oktyabr 23:31

YAP xəbərləri
15 Oktyabr 23:14

YAP xəbərləri
15 Oktyabr 22:53

YAP xəbərləri
15 Oktyabr 22:51

YAP xəbərləri
15 Oktyabr 22:47

YAP xəbərləri
15 Oktyabr 22:47

YAP xəbərləri
15 Oktyabr 22:38

Dünya
15 Oktyabr 22:15

YAP xəbərləri
15 Oktyabr 21:59

Dünya
15 Oktyabr 21:30

Mədəniyyət
15 Oktyabr 21:21

Hadisə
15 Oktyabr 21:18

Hadisə
15 Oktyabr 20:55

YAP xəbərləri
15 Oktyabr 20:34

Dünya
15 Oktyabr 20:16

İqtisadiyyat
15 Oktyabr 19:50

Dünya
15 Oktyabr 19:29

Maraqlı
15 Oktyabr 19:17

YAP xəbərləri
15 Oktyabr 18:41

Maraqlı
15 Oktyabr 18:25

YAP xəbərləri
15 Oktyabr 18:03

Dünya
15 Oktyabr 17:20

Maraqlı
15 Oktyabr 16:43

YAP xəbərləri
15 Oktyabr 16:41

İdman
15 Oktyabr 16:40

YAP xəbərləri
15 Oktyabr 16:38

YAP xəbərləri
15 Oktyabr 16:38

YAP xəbərləri
15 Oktyabr 16:18

Dünya
15 Oktyabr 15:51

Gündəm
15 Oktyabr 15:50

Hadisə
15 Oktyabr 15:47

Mədəniyyət
15 Oktyabr 15:46

Sosial
15 Oktyabr 15:43

Siyasət
15 Oktyabr 15:38

Sosial
15 Oktyabr 15:27

Dünya
15 Oktyabr 15:19

YAP xəbərləri
15 Oktyabr 15:07

YAP xəbərləri
15 Oktyabr 15:04

Mədəniyyət
15 Oktyabr 15:03

Hadisə
15 Oktyabr 15:02

YAP xəbərləri
15 Oktyabr 15:00

YAP xəbərləri
15 Oktyabr 14:58

YAP xəbərləri
15 Oktyabr 14:57

YAP xəbərləri
15 Oktyabr 14:56

YAP xəbərləri
15 Oktyabr 14:55

Dünya
15 Oktyabr 14:47

YAP xəbərləri
15 Oktyabr 14:44

YAP xəbərləri
15 Oktyabr 14:43

YAP xəbərləri
15 Oktyabr 14:40

YAP xəbərləri
15 Oktyabr 14:39

YAP xəbərləri
15 Oktyabr 14:35

Siyasət
15 Oktyabr 14:22

Sosial
15 Oktyabr 14:19

YAP xəbərləri
15 Oktyabr 14:15

Dünya
15 Oktyabr 14:10

Dünya
15 Oktyabr 13:54

Dünya
15 Oktyabr 13:35

YAP xəbərləri
15 Oktyabr 13:18

YAP xəbərləri
15 Oktyabr 13:01

Turizm
15 Oktyabr 12:59

Hadisə
15 Oktyabr 12:51

Siyasət
15 Oktyabr 12:40

YAP xəbərləri
15 Oktyabr 12:36

Dünya
15 Oktyabr 12:24

Gündəm
15 Oktyabr 11:51

Gündəm
15 Oktyabr 11:49

Gündəm
15 Oktyabr 11:32

Siyasət
15 Oktyabr 11:18

YAP xəbərləri
15 Oktyabr 11:11
