Bakı-Daşkənd: dinamizm, müttəfiqlik və ardıcıllıq
15.11.2025 [11:53]
İki ölkə arasında hərtərəfli əlaqələr yüksələn xətlə inkişaf edir
Son illərdə daha da ön plana çıxmış, siyasi-iqtisadi proseslərdə ən mühüm regional oyunçulardan biri kimi xarakterizə olunan Azərbaycan mühüm əməkdaşlıq platformaları formalaşdırıb. Xüsusilə, türkdilli ölkələrlə əlaqələrin inkişafı diqqəti cəlb edir - istər ikitərəfli, istərsə də TDT çərçivəsində qurulan möhkəm münasibətlər demək olar ki, bütün sahələri əhatə etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində də bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir: “Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir.
7-ci görüşə dəvət...
İkitərəfli və çoxtərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycan dost, qardaş ölkələrlə münasibətlərin çoxşaxəli inkişafını prioritet sayır. Məsələn, Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan ilə əlaqələr buna bariz misaldır. Azərbaycan ilə Mərkəzi Asiya regionu dövlətləri son illərdə vahid orqanizm kimi çıxış edir - istər siyasi, istərsə də iqtisadi sferada koordinasiyalı münasibətlər formalaşdırırlar. Belə əməkdaşlıq platformalarından biri də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşüdür. Qeyd edək ki, indiyə qədər bu formatda 6 görüş keçirilib. 2018-ci ilin martından başlayaraq keçirilən bu görüşlərdə Azərbaycan 2023-cü ildən iştirak edir. Dövlət başçısı müsahibəsində bildirib ki, budəfəki iştirak Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakımız olacaq. “Mən dəvətə, həmçinin Azərbaycanın bu mühüm tədbirdə iştirakına göstərilən dəstəyə görə bütün həmkarlarıma, ilk növbədə isə qardaşım Şavkat Mirziyoyevə səmimi təşəkkürümü bildirirəm. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır”.
Region ilə Azərbaycan arasında münasibətlər isə durmadan inkişaf edir. Qarşılıqlı əlaqələr ən yüksək səviyyədədir - statistik göstəricilər də bunu deməyə əsas verir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər - Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Builki Məşvərət görüşünün də özündən əvvəlkilər kimi müsbət nəticələri gözlənilir.
Münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir
Azərbaycan qardaş dövlətlərlə əlaqələrin güclənməsində maraqlıdır - bu mənada, Özbəkistanla münasibətlərə xüsusi toxunmaq lazımdır. İki dost dövlət aralarında yüksək etimad mühiti formalaşdırmağa nail olublar. Burada, heç şübhəsiz ki, liderlərin şəxsi nümunələrini, onların dostluq münasibətlərinin, müxtəlif səviyyələrdə təmasların artmasının rolunu xüsusi qeyd etmək lazımdır. Dövlət başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev isə Azərbaycanda əziz qonaq kimi qarşılanırlar. İki dövlət arasında əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində münasibətlər qardaşlıq kontekstində inkişaf edir. Prezident İlham Əliyev müsahibəsində Özbəkistanın Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq olduğunu bildirib: “Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir. Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir”.
Vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanları
İndiyədək iki ölkə arasında çoxvektorlu əməkdaşlığın təməlində dayanan əsas siyasi sənədlər imzalanıb - “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, Prezident İlham Əliyevin ötən ilin avqust ayında Özbəkistana baş tutan səfəri çərçivəsində dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” dövlətlərarası əlaqələrə xüsusi bir ruh qazandırıb. Bu ilin iyulunda Özbəkistan liderinin növbəti dəfə respublikamıza səfəri çərçivəsində Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, yeni sənədlərin mübadilə edilməsi ondan xəbər verir ki, hər iki tərəf strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirməkdə maraqlıdır. Dövlət başçısı müsahibəsində qeyd edib ki, qısa müddət ərzində çox böyük işlər görülüb: “Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib”.
Qarabağın yenidən qurulmasına yardım göstərmək təşəbbüsü göstərən ilk ölkə
Özbəkistan ilə Azərbaycan arasındakı humanitar əlaqələr də durmadan genişlənir. Vaxtilə Azərbaycan işğala məruz qalan zaman Özbəkistan ərazi bütövlüyümüzü davamlı şəkildə dəstəklədi. Torpaqlarımızın işğaldan azad edilməsinin ardından isə Qarabağda aparılan quruculuq işlərinə yaxından töhfə verdi - Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi qardaşlıq münasibətlərinin ən mühüm məqamlarındandır. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub.
Əlaqələrin inkişafı...
Özbəkistan -Azərbaycan münasibətlərində hər zaman ön planda saxlanan məqamlardan biri də Türk Dövlətləri təşkilatı çərçivəsində əlaqə qurulması və inkişaf etdirilməsidir. Bu mənada, Bakı-Daşkənd əlaqələri də türk birliyi formatının ən həssas və ən möhkəm münasibətlər sistemini yaradır. Dövlət başçısı bildirib ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər: “Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir”.
O ki qaldı, mədəni-regional əlaqələrin güclənməsinə, bu istiqamətdə də vəziyyət ürəkaçandır - istər Azərbaycanda Özbəkistan mədəniyyət günləri, istərsə də Özbəkistanda Azərbaycan mədəniyyət günləri xoş təəssürat yaradır, sevinclə qarşılanır. Ölkələrimizin regionları arasında əməkdaşlığa xüsusi diqqət yetirilir. “Regionlararası əlaqələrin fəallaşması xalqların yaxınlaşmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə kömək edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

