Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin nümayəndələrini qəbul edib
30.10.2014 [09:46]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasseri, BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavini, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardjiç-Markoviçi və UNESCO baş direktorunun köməkçisi Lalla Aişa Ben Barkanı qəbul edib.
BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin baş katibi Pan Gi Munun tədbirə böyük maraq göstərdiyini vurğulayıb və baş katibin forum iştirakçılarına videomüraciətinin önəmini qeyd edib. Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun ilk dəfə Bakıda keçirilməsinin gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmli olduğunu deyib.
BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi tədbirin BMT-nin gənclər siyasəti üzrə ilk qlobal forumu olmasının önəmini vurğulayıb. O, forumun bu günədək bu sahədə ən çox ölkə və nümayəndənin bir araya gəldiyi tədbir olduğunu qeyd edib. Ahmad Rafi Mohamad Alhendavi forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Gənclər siyasəti üzrə birinci qlobal forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib. BMT-nin baş katibi Pan Gi Munun foruma ünvanladığı videomüraciətini tədbirə beynəlxalq səviyyədə verilən önəmin ifadəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini qeyd edib, bunun ölkələr və xalqlar arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

