/ / Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş Gül bayramında iştirak edib
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş Gül bayramında iştirak edib
12.05.2015 [09:50]
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.
Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu gün öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib.
Hər il təşkil olunan Gül bayramı bu il də ənənəvi təntənəsini yaşadı. Ərazi güllərdən ibarət maraqlı kompozisiyalarla bəzədildi. Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək, yarpaq və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır. Müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin parkda ucalan əzəmətli abidəsi diqqəti daha çox çəkir. Abidənin postamenti güllərlə bəzədilib.
Təxminən bir aydan sonra Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına həsr olunan guşələr xüsusi maraq doğurur. Beynəlxalq ictimai rəydə ölkəmizin davamlı imicinin formalaşdırılması üçün önəmli amil olan “Bakı-2015” Avropa Oyunları dünyanın müxtəlif yerlərindən Azərbaycana səfər edənlərə Vətənimiz, xalqımızın mədəniyyəti, mövcud multikultural mühit ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Birinci Avropa Oyunları Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin təşkilatçısı kimi mövqelərini daha da möhkəmləndirəcək, bu sahədə dövlətimizin və xalqımızın yüksək potensiala sahib olduğunu bir daha ortaya qoyacaq.
Parkda rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Fəvvarələr də güllərlə əhatə olunub. Minlərlə güldən-çiçəkdən əlvan libas geymiş bu məkanda heç nə bir-birini təkrarlamır. Elə buraya toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir. Onların gülləri xatırladan müxtəlif libasları bayram ovqatını daha da artırır.
Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayının qarşısında qurulub. Heydər Əliyev Mərkəzinin maketi üzərində yaradılan bu kompozisiyanı Ulu Öndərin portreti bəzəyir.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri parka toplaşan uşaqlarla səmimi söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.
Parkda müxtəlif dibçək və kəsilmə güllərindən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulub. Hər tərəf baharın xoş ovqatına bürünüb. Zəriflik nümunəsi olan çiçəklərin orijinal təqdimatı bayrama gələnlərin zövqünü oxşayır.
Artıq ölkəmizdə ənənə halı alan Gül bayramı dünyanın nadir gözəlliklərini təcəssüm etdirməklə ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Ümummilli Liderin doğum gününün bu cür möhtəşəm formada qeyd olunması ilə yadda qalır.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

