/ / Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21.09.2016 [10:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bu yaxınlarda Bişkekdə görüşünü məmnunluqla xatırlayıb. Azərbaycan ilə Belarusun çox yaxın və dost münasibətdə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə əməkdaşlıq etdiyini, bir-birilərinə etibar və hörmət göstərdiklərini, həmişə dəstək verdiklərini deyib. Prezident İlham Əliyev hər iki ölkə rəhbərinin münasibətlərinin bütün qurumların, o cümlədən iqtisadi blok, xarici siyasət, təhlükəsizlik və digər məsələlərlə məşğul olan strukturlar arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verdiyini vurğulayıb. Dövlətimizin başçısı indiki mürəkkəb dövrdə təhlükələrin düzgün qiymətləndirilməsinin və bu təhlükələrə qarşı qüvvələrin birləşdirilməsinin vacibliyini də bildirib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı baxımından Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın ölkəmizə səfərinin önəmini vurğulayıb və səfərin əməkdaşlığımızın inkişafı və ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin müzakirəsi və operativ həlli baxımından əhəmiyyətini qeyd edib.
Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas 1981-1985-ci illərdə Bakı hərbi məktəbində təhsil aldığını məmnunluqla xatırlayıb. Bakıda çox böyük inkişafın şahidi olduğunu deyən qonaq bütün Azərbaycanın, xüsusilə paytaxtımızın dinamik şəkildə inkişafının onda böyük sevinc hissi doğurduğunu bildirib. O, Azərbaycan xalqının qazandığı bütün bu nailiyyətlərdə şəxsən Prezident İlham Əliyevin xüsusi xidmətini ehtiramla qeyd edərək bu böyük işlərin onda dərin təəssürat yaratdığını vurğulayıb.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17

