/ / Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir
Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir
29.08.2009 [10:23]
Dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə açıb. O, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasiminə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymət kimi dəyərləndirib.
Şeyxülislam qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. Hacı Allahşükür Paşazadə ölkəmizdə vətəndaşların vicdan azadlığının təmin olunmasında böyük xidmətlərinə və 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin onu “Şərəf” ordeni ilə təltif etməsinə görə dövlətimizin başçısına dərin təşəkkürünü çatdırıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri bu gün Azərbaycanda hökm sürən sabitliyin, inkişafın, birliyin, vicdan azadlığı və tolerantlığın təməlində Ulu öndər Heydər Əliyevin müdrik siyasətinin dayandığını xüsusi vurğulayıb. O, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı, nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdıraraq deyib: “Mən cənab Prezident haqqında ən yüksək və layiqli fikirləri söyləməkdən yorulmuram: bizim Prezidentimiz bunlardan daha yüksəkdə duran şəxsiyyətdir. ölkənin ən çətin məqamlarında, iqtisadi böhranlar və ictimai gərginliklər dönəmində cənab Prezident milli dəyərlərimizə, dindarlarımızın arzu və ehtiyaclarına həssaslıqla yanaşıb, mərasimlərimizdə iştirak edib, vəd etdiyi tikintilərin - Bibiheybət, Təzəpir, Əjdərbəy, İçərişəhər Cümə məscidlərinin təmir və bərpasına diqqətini bir gün belə əsirgəməyib. Hər bir azərbaycanlı, hər bir müsəlman üçün qürur mənbəyinə çevrilmiş bu müqəddəs abidələrin hər daşında Prezidentimizin zəhməti və qayğısı vardır. O, xalqımızın qəlbində həm dini abidələrimizin, həm də zəfərli gələcəyimizin memarı adını qazanıb. Allah etdiyi bütün gözəl əməllərdə ona yardımçı olsun!”.
Şeyxülislam Allahşükür Paşazadə Moskvada yaradılan MDB ölkələri müsəlman icmalarının Məşvərət Şurasına sədrliyin ona həvalə edilməsini, Qafqaz Müsəlmanları İdarəsinin YUNESKO nəzdində dinlərarası Məşvərət Şurasının üzvü olmasını Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və ölkəmizin artan beynəlxalq nüfuzunun məntiqi nəticəsi kimi dəyərləndirib. İSESKO-nun qərarı ilə 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə xüsusi xidmətlərini diqqətə çatdıran şeyxülislam, böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpasında dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirib. Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ölkəmizdə dövlətlə din arasında ümumi amallar naminə sıx birliyin bariz nümunəsi olduğunu söyləyib. Əsası Ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indi də uğurla davam etdirildiyini bildirib. ölkəmizin son illərdə əldə etdiyi uğurların Heydər Əliyev siyasətinin düzgünlüyünü bir daha sübuta yetirdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını, bütün millətlərin bir ailə kimi yaşadıqlarını qeyd edib. Prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın islam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini deyib. Son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olunduğunu bildirən Prezident İlham Əliyev, dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğulayıb. Bunu respublikamızın durmadan artan iqtisadi qüdrətinin əyani nümunəsi kimi qiymətləndirən dövlətimizin başçısı Azərbaycanın hazırda yalnız öz hesabına yaşayan nadir ölkələrdən biri olduğunu söyləyib. Prezident İlham Əliyev respublikamızın beynəlxalq səviyyədə nüfuzunun və bizə dost ölkələrin sayının sürətlə artdığını deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı danışıqlar prosesində əldə olunan irəliləyişlərin aparılan məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirərək deyib: “Bizim səylərimiz deyə bilərəm ki, danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir. Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülübdür. Yəni danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər. Biz bütün dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ ancaq mərhələli yolla həll oluna bilər. Bu gün danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir. İşğal edilmiş bütün rayonlar ardıcıllıqla azad ediləcək, soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada bütün infrastruktur bərpa olunacaqdır və ondan sonra gələcək mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcəkdir. Biz hər zaman demişik ki, əlbəttə Dağlıq Qarabağın statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi bütövlüyündən kənarda görmürük və heç vaxt Azərbaycan dövləti buna razı olmayacaqdır”.
Prezident İlham Əliyev “Şərəf” ordeninə layiq gördüyü şeyxülislamın Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını vurğulayıb, ən xoş arzularını çatdırıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Ata və Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov Azərbaycanda dövlət ilə dini icmalar arasında konstruktiv münasibətlərin formalaşdığını söyləyiblər, təbriklərini çatdırıblar.
Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, bundan sonra da milli mənafe naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Sonra Quran oxunub, iftar süfrəsi açılıb.
İftar mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri, dini icmaların nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

