Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı təmir olunacaq
10.09.2009 [09:36]
Dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olublar.
Paytaxtımızın mərkəzində yerləşən bu möhtəşəm sənət ocağının səhnəsində uzun illər klassik və müasir əsərlər tamaşaya qoyulub. Opera və Balet Teatrının binası təxminən 100 il bundan əvvəl inşa edilib. O vaxtdan etibarən milli opera sənətində baş verən mühüm hadisələr bu bina ilə bağlı olub. Teatrda Azərbaycan və dünya bəstəkarlarının ən məşhur əsərləri səhnələşdirilib.
Opera və Balet Teatrına istər keçmiş SSRİ məkanında, istərsə də dünya miqyasında şöhrət qazandıran yalnız zəngin repertuar olmayıb. Bu teatr binasının divarları arasında Azərbaycan vokal sənətinin bir çox parlaq nümayəndəsi yetişib şöhrət qazanıb. Teatr bu gün də Azərbaycanın möhtəşəm sənət məbədi missiyasını uğurla davam etdirir.
Məhz buna görə də Prezident İlham Əliyevin tapşırığına əsasən teatr binasının tamamilə yenidən qurulması layihəsi hazırlanıb.
Dövlətimizin başçısına və xanımına binada aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin birinci mərhələsinin eskiz layihəsi təqdim olunub.
Bildirilib ki, layihəni İtaliyanın “Ekstra” şirkəti Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə birgə hazırlayıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təmir-bərpa işlərində istifadə ediləcək İtaliya istehsalı olan tikinti materiallarının nümunələrinə baxıblar. Bir-birini tamamlayan rəngli materiallar binanı daha baxımlı edəcək.
Sonra dövlətimizin başçısı layihənin maketinə baxıb. Məlumat verilib ki, teatrın binası, səhnəsi, tamaşa zalı əsaslı şəkildə yenidən qurulacaq, əlavə yeni inzibati korpus inşa olunacaq. Zal və səhnənin yenidən qurulmasına İtaliyadan peşəkar ustalar cəlb ediləcək. Səhnə ən müasir və çevik texnologiya əsasında qurulacaq, akustika sistemi müasir standartlara uyğunlaşdırılacaq, avadanlıq dünyanın ən məşhur şirkətlərindən alınacaq.
Prezident İlham Əliyev teatrın yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən videoçarxa baxıb. Videoçarxda binanın yeni görkəmi əks olunub.
Teatrın binası dünyanın ən tanınmış sənət ocaqları ilə müqayisə oluna biləcək səviyyəyə çatdırılacaq. Bu, eyni zamanda, Azərbaycanda teatr sənətinə marağın artmasında mühüm rol oynayacaq. Teatrın yenidən qurulan binası gündən-günə abadlaşan və gözəlləşən paytaxtımıza xüsusi yaraşıq verəcək.
İlkin layihə 6 ay ərzində təkmilləşdiriləcək və bundan sonra yenidənqurma işlərinə başlanacaq.
Prezident İlham Əliyev təmir-bərpa işlərinin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58

