Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində daha iki məktəb əsaslı təmir olunub

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində daha iki məktəb əsaslı təmir olunub

16.09.2009 [13:29]

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şüvəlan və Türkan qəsəbələrində orta məktəb binalarının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
Sentyabrın 15-də - “Bilik günü”ndə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidənqurmadan sonra Bakının Əzizbəyov rayonunun Şüvəlan və Türkan qəsəbələrində iki məktəb binası qapılarını şagirdlərin üzünə açıb.
Şüvəlan qəsəbəsindəki 237 nömrəli orta məktəb 1964-cü ildə inşa olunub. Bu köhnə məktəb binası Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində əsaslı təmir olunub. İlk dəfədir ki, təhsil ocağında belə yüksək səviyyədə təmir işləri aparılıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ötən ilin mart ayında bu məktəbdəki şəraitlə tanışlıq zamanı, təhsil ocağının yararsız vəziyyətdə olduğunu və burada təmir işlərinə başlanılmasının vacibliyini qeyd etmişdi. Bina Heydər Əliyev Fondunun dəstəyi ilə qısa müddətdə müasir tələblər səviyyəsində təmir edilərək, təzə avadanlıqla təchiz olunub.
Geniş və işıqlı foyedə Ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin uşaqlara qayğısını əks etdirən fotostendlər zövqlə tərtib edilib, dövlət atributları əks olunub. Həm şagirdlərin, həm də müəllimlərin açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir.  İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilib. Burada bütün fənn otaqları Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində hazırlanan əyani vəsait və plakatlarla təmin edilib. Məktəb bu təhsil ocağının məzunu, şəhid İlqar Muradovun adını daşıyır. Məktəbin həyətində şəhidin büstü qoyulub. Təhsil ocağının ətrafı abadlaşdırılaraq, gözəl görkəm alıb. Burada stadion yaradılıb.
Məktəbin müəllim və şagird kollektivi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı hərarətlə qarşılayıblar. Fondun prezidentinə gül dəstəsi təqdim edilib.
Mehriban xanım Əliyeva məktəblə tanış olub. Bildirilib ki, üçmərtəbəli təhsil ocağı 1200 yerlikdir. Burada 33 sinif otağı var. Məktəbin hər mərtəbəsində müşahidə-nəzarət kameraları quraşdırılıb. Təhsil ocağının infrastrukturu yenilənib. Məktəb kompyuterləşdirilib, internetə çıxışı var.
Heydər Əliyev Fondunun prezidenti məktəbin yeməkxanasında yaradılan şəraitlə tanış olub. Mehriban xanım Əliyeva 150 yerlik  akt zalına da baxıb. Bu zal müxtəlif tədbirlərin keçirilməsi üçün gözəl məkandır. Gənc nəslin sağlam böyüməsi üçün məktəbdə geniş idman zalı yaradılıb. Burada şagirdlərin idmanın bütün növləri ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb. Əmək otağında Mehriban xanım şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək, bu təhsil ocağında onlar üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Təhsil ocağı ilə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti məktəbin kollektivini yeni dərs ili münasibətilə təbrik edərək deyib: “Sizi bir daha təbrik edirəm. İndi bu məktəb bütün tələblərə cavab verir. Bir daha xatırladım ki,  biz 9 ay bundan əvvəl, burada olarkən, - stendlərdə fotoşəkillər də vardır, - gördük və yəqin, sizin də yadınızdadır, bu məktəb necə acınacaqlı vəziyyətdə idi. Amma, indi həm uşaqlar, həm də müəllimlər üçün gözəl şərait yaradılmışdır. ümumiyyətlə, Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Son altı ildə 1800 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Mən xüsusilə şadam ki, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində bütün məktəblər, - burada üç böyük məktəb vardır, - ən yüksək səviyyədə təmir olunub, yenidən qurulub. Hər dəfə Əzizbəyov rayonuna, qəsəbələrə gələndə xoş hisslər keçirirəm. Qısa zamanda bütün qəsəbələrin siması tamamilə dəyişmiş, rayon abadlaşmışdır”.
Məktəbin müəllimləri yaradılan şəraitə görə Mehriban xanıma minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.
Həmin gün Türkan qəsəbəsindəki 262 nömrəli orta məktəb binasının da əsaslı yenidənqurmadan sonra açılışı olub.
Təqribən 40 yaşı olan bu məktəb binası uzun illər təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdü. İndi bu məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində görülmüş işlər nəticəsində, necə deyərlər, ikinci gənclik dövrünə qədəm qoyub.
Məktəb təkcə əsaslı təmir edilməyib, onun maddi-texniki bazası da gücləndirilib. İndi burada həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məktəblə tanış olub. üçmərtəbəli binanın foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən fotostend qurulub. Burada, həmçinin məktəbin təmirdən əvvəl və sonrakı vəziyyətini əks etdirən fotostend də yaradılıb.
Mehriban xanım Əliyevaya məlumat verilib ki, məktəb 1176 yerlikdir. Burada 42 sinif otağı var. Məktəbin yenidən qurulması böyük şagird kontingentinin təhsil şəraitini tamamilə müasirləşdirməyə, tədrisin səviyyəsini yüksəltməyə imkan yaradıb. Məktəbdə geniş və işıqlı kabinetlər, müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, kompyuter və digər fənn otaqları var. Heydər Əliyev Fondunun prezidenti təhsil ocağının yeməkxanası ilə tanış olub, şagirdlərin qidalanacağı məhsullarla maraqlanıb.  Məktəbin əmək otağına gələn Mehriban xanım, şagirdlərin müxtəlif peşələrə yiyələnmələrinin vacibliyini qeyd edib.
Təhsil ocağının idman zalı da ən son tələblərə cavab verir. Qeyd edilib ki, şagirdlər burada həndbol, gimnastika və idmanın digər növləri ilə səmərəli məşğul olacaqlar. Fondun təşəbbüsü ilə məktəbin həyətində müasir idman meydançası da yaradılıb.
Məktəblə tanışlıqdan məmnun qalan Heydər Əliyev Fondunun prezidenti təhsil ocağının kollektivi ilə görüşüb.
Müəllimlər Əzizbəyov rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevanın seçicilərinə tükənməz diqqət və qayğısını yüksək qiymətləndiriblər, ona fəaliyyətində uğurlar, cansağlığı arzulayıblar.

Paylaş:
Baxılıb: 1265 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31