"Əsrin müqaviləsi" Azərbaycanın qarşısında yeni üfüqlər açıb
17.09.2009 [10:12]
Xəbər verdiyimiz kimi, sentyabrın 15-də “Buta” sarayında “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak ediblər. Salona toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.
Dövlət başçısı İlham Əliyev Azərbaycan xalqını “Əsrin müqaviləsi”nin 15-ci ildönümü münasibətilə təbrik edib: “On beş il bundan əvvəl müstəqil Azərbaycanın tarixində çox əlamətdar və böyük dərəcədə həlledici hadisə baş vermişdir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan qarşısında yeni imkanlar, yeni üfüqlər açmışdır. Azərbaycan o vaxt öz müstəqilliyinin üçüncü ilini yaşayırdı. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi. ölkə 1991-93-cü illərdə demək olar ki, total böhran yaşayırdı. İqtisadi, siyasi, hərbi böhran Azərbaycanı çox ağır vəziyyətə salmışdı və daxili çəkişmələr, özbaşınalıq, anarxiya və xaos demək olar ki, Azərbaycanın gələcəyini də şübhə altına qoyurdu. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra vəziyyət sabitləşməyə başladı, bütün xoşagəlməz halların qarşısı alındı və Azərbaycan uğurla inkişaf yoluna qədəm qoydu. Bu hadisə - “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın uzunmüddətli uğurlu inkişaf imkanlarını gücləndirdi. Azərbaycan özünü dünyaya təqdim etdi. İlk dəfə olaraq dünyada böyük transmilli konsorsium yaradıldı. Konsorsiumun iştirakçıları - müxtəlif ölkələri təmsil edən şirkətlər və Azərbaycan Dövlət Neft Şirkəti uğurlu əməkdaşlığa başlamışdır. İlk dəfə olaraq Xəzər dənizi beynəlxalq əməkdaşlıq üçün açıldı və bunu Azərbaycan etdi. “Əsrin müqaviləsi”nin imzalanması imkan verdi ki, Xəzərin neft-qaz ehtiyatları dünyada ilk dəfə olaraq Qara dəniz və Aralıq dənizləri ilə beynəlxalq bazarlara nəql edilsin. Yəni “Əsrin müqaviləsi”nin çox böyük tarixi əhəmiyyəti vardır. Azərbaycana böyük investisiya axını başlamışdır. O vaxt Azərbaycan böyük maliyyə imkanlarına malik deyildi. Bizim maliyyə imkanlarımız çox məhdud idi. Bizim imkanımız yox idi ki, “Azəri”, “çıraq” və “Günəşli” yataqlarının dərin hissəsini özümüz işləyək, özümüz investisiyalar qoyaq. Ona görə xarici kapitalın Azərbaycana gəlməsini təmin etmək çox mühüm bir vəzifə idi. O da həqiqətdir ki, o vaxt Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı. Azərbaycanda daxildə gedən xoşagəlməz hadisələr, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti Azərbaycanı çox riskli bir ölkə kimi dünyaya təqdim edirdi. Bunun qarşısını almaq, Azərbaycanı informasiya blokadasından çıxarmaq, ölkəmizi olduğu kimi dünya birliyinə təqdim etmək üçün “Əsrin müqaviləsi”nin əvəzsiz rolu olmuşdur. Mən o günləri çox yaxşı xatırlayıram. 1994-cü ildə danışıqların son mərhələsi gedirdi və Azərbaycan tərəfi çalışırdı ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun və Azərbaycana böyük investisiya axını təşkil edilsin. Bu gün, 15 il keçəndən sonra deyə bilərəm ki, bu 15 il ərzində Azərbaycanın milli maraqları tam şəkildə təmin olunmuşdur. Azərbaycan bu kontraktın icrası nəticəsində böyük və uğurlu yol keçmişdir. Bizim uğurlu gələcəyimiz böyük dərəcədə 15 il bundan əvvəl imzalanmış kontrakta söykənir. Eyni zamanda, bizimlə bərabər işləyən və o vaxt bizi yaxşı tanımayan xarici şirkətlər də gördülər ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir ölkədir, Azərbaycanla işləmək xeyir gətirir. Onlar qoyduqları investisiyaları mənfəətlə qaytardılar. Bu gün də əminəm ki, əməkdaşlıqdan həm biz, həm də ki, bizim xarici tərəfdaşlar razıdırlar. Bu, əslində beynəlxalq əməkdaşlığın çox gözəl nümunəsidir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda xarici investisiyalar çox güclü qorunur. “Əsrin müqaviləsi” və ondan sonra imzalanan bütün kontraktlar parlamentdə ratifikasiyadan keçərək Prezident tərəfindən qanun şəklində imzalanmışdır və nə biz, nə xarici tərəfdaşlar kontraktın mətnində bir cümləni belə dəyişə bilməzlər. Bu, həm bizə rahatlıq verir, həm də xarici neft şirkətləri özlərini Azərbaycanda tam arxayın və əmin hiss edirlər. Kontraktın icrası nəticəsində Azərbaycan investisiya qoyuluşu üçün çox vacib ölkəyə çevrilmişdir. Kontrakt çərçivəsində 20 milyard dollardan çox investisiyaların qoyuluşu, eyni zamanda, qeyri-neft sektorunun inkişafına da böyük təkan verdi. Azərbaycanda yerli şirkətlər kontraktın icrasında fəal iştirak etməyə başlamışdır.
Kontraktın şərtlərinə əsasən Azərbaycan kadrlarının sayı da faiz etibarilə müəyyən edilmişdi. Azərbaycan mütəxəssislərinin sayı tədricən artdı. Bu gün bu layihədə iştirak edən mütəxəssislər, fəhlələr arasında Azərbaycan mütəxəssisləri, fəhlələri əksəriyyət təşkil edir. Böyük investisiya layihələri Azərbaycanı dünya birliyinə tanıtdı. Ondan sonrakı dövrdə xarici neft şirkətləri ilə imzalanmış digər layihələr də Azərbaycana böyük uğurlar gətirdi. Kontraktın müsbət nəticələri haqqında çox danışmaq olar. Mən qeyd etmək istəyirəm ki, bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. O çətin və ağır şəraitdə həm ölkə daxilində gedən çox mürəkkəb proseslər, eyni zamanda, Azərbaycanın ətrafında cərəyan edən mənfi meyillər Azərbaycanı çox ağır bir vəziyyətə qoya bilərdi. Əgər Heydər Əliyev cəsarət, uzaqgörənlik, müdriklik göstərməsə idi, Azərbaycan çox ağır vəziyyətə düşə bilərdi. Əgər kontrakt imzalanmasaydı indi təsəvvür etmək çətindir ki, Azərbaycanın bugünkü vəziyyəti necə ola bilərdi. Tam qətiyyətlə deyə bilərəm ki, bu gün biz indiki uğurlardan danışa bilməzdik. Kontraktın icrası nəticəsində Azərbaycana dediyim kimi, milyardlarla, on milyardlarla xarici sərmayə qoyulmağa başlamışdı. Bizim bütün neft-qaz infrastrukturumuz yeniləşdi. Vaxtilə - 1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur kontraktın sürətlə icra olunmasına xidmət göstərirdi. Əgər vaxtilə dərin özüllər zavodu tikilməsə idi, kontraktın icrası çox yubana bilərdi. Deyə bilərəm ki, tarixdə ilk dəfə olaraq belə böyük, nəhəng investisiya qoyuluşunu tələb edən kontraktın imzalanmasından ilkin neftin hasilatına qədər cəmi 3 ildən az vaxt keçdi. Hesab edirəm ki, bu, dünya miqyasında misli görünməmiş sürətdir. Azərbaycanın coğrafi vəziyyəti belədir ki, bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Belə olan halda neft kəmərlərinin tikintisi gündəlikdə birinci yeri tuturdu. Ancaq əlbəttə ki, neft kəmərlərinin tikintisinə investisiyaların qoyuluşu ancaq hasilatın artırılmasından sonra ola bilərdi. Bu iki prosesi paralel şəkildə aparmaq böyük məharət, böyük diplomatiya və böyük siyasi təcrübə tələb edirdi. Mən şadam ki, bu gözəl ənənələr bu gün də davam edir. Azərbaycan Dövlət Neft Şirkətinin və bp şirkətinin rəhbərliyi altında Beynəlxalq Konsorsium vahid komanda şəklində fəaliyyət göstərmiş və bütün prosesləri ardıcıllıqla və uğurla icra etməyi bacarmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi, istismara verilməsi ikinci tarixi hadisədir. Bu tarixi hadisə artıq təkcə Azərbaycan üçün deyil, region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti daha da artır. çünki artıq Xəzər dənizinin şərq hissəsindən çıxarılan neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq dənizinə nəql edilir. Artıq Azərbaycan başqa ölkələr üçün tranzit ölkəyə çevrilibdir. Düzdür, bizim çox böyük neft-qaz ehtiyatlarımız vardır. Biz Bakı-Tbilisi-Ceyhan kəmərini öz neftimizlə tam şəkildə doldura bilərik və bunu edirik. Amma bununla bərabər, gələcəkdə kəmərin genişləndirilməsi də mümkündür və bunu etmək üçün indidən praktiki işlər aparılır. Artıq Azərbaycan etibarlı tranzit ölkə kimi də dünya birliyinə özünü təqdim edə bilibdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri ətrafında çoxlu spekulyasiyalar, çoxlu söhbətlər gəzirdi. Kəmərin çəkilməsini istəməyən tərəflər var gücü ilə çalışırdılar ki, biz buna nail ola bilməyək. Müxtəlif yerlərdə, internet saytlarında kampaniyalar aparılırdı. Xatırlayıram, “Bakı-Tbilisi-Ceyhan kampaniyası” adlı bir hərəkat da başlamışdı və buna ekoloji nöqteyi-nəzərdən yanaşmaq istəyənlər də az deyildi. Biz əlbəttə ki, bütün ekoloji məsələləri təmin edirik. Ancaq ekologiya adı altında kəmərin tikintisinə gizli və açıq şəkildə müxalif mövqedə dayanan tərəflər bu amildən istifadə etmək istəyirdilər və hətta onların səyləri müəyyən dərəcədə, müvəqqəti olaraq nəticə də vermişdi. çünki Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi böyük dərəcədə xarici maliyyə qurumlarının resurslarından asılı idi. Bizim o qədər imkanımız yox idi ki, bu kəməri özümüz maliyyələşdirək. Belə olan halda müəyyən müddətdə yubanma da olmuşdur. Mən bunu da çox yaxşı xatırlayıram. Amma buna baxmayaraq, Azərbaycan dövlətinin iradəsi, xarici neft şirkətlərinin uğurlu fəaliyyəti, beynəlxalq dəstək nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri müvəffəqiyyətlə tikildi, istismara verildi və bu gün Azərbaycan neftinin dünya bazarlarına çatdırılmasında mühüm rol oynayır”.
ölkəmizdə aparılan islahatların beynəlxalq qurumların hesabatlarında əksini tapdığını xatırladan dövlətimizin başçısı bildirib ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib: “Bizim məqsədimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Buna nail olmaq üçün islahatlar davam etdirilməlidir. Neftdən əldə olunan gəlirlər təhsilə, səhiyyəyə, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf olunur, yeni, müasir infrastruktur yaradılır. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq, bu ilin səkkiz ayında Azərbaycan iqtisadiyyatı 5 faiz artıb. Azərbaycan müasir, sabit, güclü iqtisadiyyata malik ölkədir”.
çıxışının sonunda xalqımızı “Əsrin müqaviləsi”nin 15-ci ildönümü münasibətilə təbrik edən Prezident İlham Əliyev vurğulayıb ki, qədim neft ölkəsi olan Azərbaycanda neftçilərin peşə bayramı da məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün - sentyabrın 20-də qeyd olunur. Bu, dövlət tərəfindən “Əsrin müqaviləsi”nə verilən qiymətdir.
“Əsrin müqaviləsi”nin Azərbaycan neft-qaz sektorunun inkişafına verdiyi töhfələrdən danışan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, məhz bu hadisədən sonra Azərbaycanda neft hasilatı artıb, ölkəmiz nəhəng neft-qaz kəmərlərinin çəkilməsini reallığa çevirib.
“bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir böyük siyasi və iqtisadi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin ölkəmizin müstəqilliyinin möhkəmlənməsindəki əhəmiyyətindən bəhs edib.
ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Daniel Ştayn Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun təbrik məktubunu oxuyub. Daniel Ştayn deyib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və nəql marşrutlarının həyata keçirilməsi ilə bağlı ideyaları dəstəkləyir.
“Əsrin müqaviləsi”nin Azərbaycan üçün yeni imkanlar açdığını diqqətə çatdıran Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs bildirib ki, Heydər Əliyevin uzaqgörənliyi Azərbaycanın iqtisadi inkişafını təmin edib.
Mərasimdə “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş filmin nümayişindən sonra incəsənət ustalarının ifasında konsert proqramı olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

