Türkdilli dövlətlərin birliyi və dünyanın geostrateji mənzərəsi
09.10.2009 [09:41]
O zamankı geosiyasi şərait üçün əsas anlayış Avrasiya məkanı idi. Ona görə də, böyük dövlətlər yanacaq ehtiyatı ilə zəngin “heartland”i (geosiyasi nəzəriyyələrdə işlədilən termindir - “yerin ürəyi”, yəni, mühüm strateji məkan deməkdir) ələ keçirməklə bütövlükdə dünyanın bir hissəsini idarə etmək niyyətində idilər...
Amma XX əsrdə neft sənayesinin inkişaf etməsi, kapitalizmin dünya ölkələri bazarlarına hakim kəsilməsilə oyun meydanına yeni aktorlar çıxır, bununla da, yeni geosiyasi şərait yaranır və müxtəlif maraqlar əsasında böyük oyunlar qurulmağa başlanılır. Amma əvvəlki əsrdən fərqli olaraq, XX əsr üçün artıq dünyanı idarə etmək məhz müasir mənada başa düşülməyə başlanılmışdı. Bu baxımdan da, bu dövrdə “heartland”a sahib olan Avrasiyaya, Avrasiya məkanını idarə edən isə dünyaya sahib olacaq” kimi geosiyasi nəzəriyyələr meydana çıxdı...
Göründüyü kimi, zaman ötdükcə, dünya siyasətində böyük oyunların qaydaları dəyişdikcə, meydana yeni aktorlar çıxır və yeni geosiyasi mənzərə formalaşmağa başlayır...
Bu gün də konkret olaraq Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi mənzərə yaranmaqdadır. Bu isə özünü əlbəttə ki, dünya siyasətində maraqlar prizmasını müəyyənləşdirən, resursların əksəriyyət hissəsini özündə birləşdirən, mühüm strateji yollar üzərində yerləşən türk dünyasının vahid inteqrasiya məkanı yaratmasında göstərir... Bir daha xatırladaq ki, söhbət oktyabr ayının 2-3-də Naxçıvanda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündən gedir...
Qeyd edək ki, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün məhz Naxçıvanda keçirilməsi gələcəyin “heartland”inin konturlarını cızmağa başlayır. Nə üçün?
çünki əlverişli coğrafi mövqeyi, iqtisadi potensialı və turizmi ilə fərqlənən Naxçıvan, eyni zamanda, bütün türk dünyasını birləşdirən bir dəhlizdir. Naxçıvan qədim türk diyarı olmaqla bu gün də öz qədimiliyini qoruyub saxlayır. Naxçıvanda türk dünyasının ən güclü dövlətlərinin başçılarının bir yerə toplaşması, həmçinin, qarşıya qoyulmuş məqsədlərlə yanaşı, bəzi nöqtələrə də lazımi mesajları ötürmüş oldu. Bu mesajlar türk dünyasının əhəmiyyətli bir parçası olan Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana, eyni zamanda, dünyanı idarə edənlərin Yaxın Şərqlə bağlı perspektiv planlarında yer almış oyuncaq dövlətlərin “sahiblərinə” ötürüldü...
Digər tərəfdən, qeyd edilməlidir ki, Naxçıvan görüşündə qəbul edilmiş qərarlar Türkiyədən tutmuş çinə qədər olan ərazini sülh, əməkdaşlıq və vahid inteqrasiya məkanına çevirəcək. Daha doğrusu, əhəmiyyətliliyinə görə, bu bölgə “heartland” mövqeyini alacaq...
Əbəs yerə Rusiyanın bir çox siyasətşünasları bu ölkəni türk dünyası ilə sıx əməkdaşlıq etməyə çağırmır. Həm elmi araşdırmaların, həm də təcrübi təhlillərin nəticəsi olaraq görünür ki, həqiqətən bir müddətdən sonra Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan və ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan - Türkiyə - Qara dəniz regionu dünyanın ən əhəmiyyətli geostrateji rayonuna çevriləcək.
Bunun əlbəttə ki, səbəbləri mövcuddur:
- Xəritəsini cızdığımız region ilk növbədə Avropanın enerji təhlükəsizliyini təmin edəcək karbohidrogen resurslarının böyük bir hissəsinə sahibdir,
- Neft və qaz resurslarını Avropaya nəql etmək üçün əsas mənbə və strateji əhəmiyyətli kommunikasiya vasitələri burada yerləşir,
- Həmçinin, bu region çindən Böyük Britaniyaya qədər uzanan “İpək yolu”nun əsas tranzit məkanı hesab olunur,
- Eyni zamanda, regionu idarə edən liderlərin təfəkkürünün məhsulu olan Şərqlə Qərbi birləşdirən yolun dəmir relslərlə əhatələnməsi layihəsinin icrası da bu regiona məxsusdur,
- Avropaya inteqrasiya prosesində, bütövlükdə Avrasiya geosiyasi məkanında əməkdaşlıq və sülhün əsaslı şəkildə bərqərar olunmasında “heartland”in böyük rolu ola bilər və s.
Beləliklə də, bir daha sübut olunur ki, Naxçıvanda keçirilmiş zirvə görüşü türk dünyasının qarşısında böyük vəzifələr qoyub. Türkdilli ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrə keçmədən öncə vurğulamaq istərdik ki, Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan və ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan - Türkiyə - Qara dəniz regionu dünyanı idarə etmək üçün mühüm bir məkana çevrilir.
Bu isə öz növbəsində yenidən XXI əsrdə yeni “heartland”in yaranmasına gətirib çıxaracaq.
Türkdilli dövlətlərin siyasi gücü onların iqtisadi birliyindədir
Bu bir həqiqətdir ki, türkdilli ölkələr dünyada əlverişli geocoğrafi, strateji mövqeyi və zəngin iqtisadi resurslara malik olması ilə seçilir. Xüsusilə də, Türkiyə, Azərbaycan və Qazaxıstan lider dövlətlər kimi Avropanın geoiqtisadi siyasətində, enerji təhlükəsizliyində başlıca rol oynayır. Bu ölkələrin son 15 ildə həm siyasi, həm iqtisadi, həm də mənəvi bağlılığı möhkəmlənib və bu dövlətlərin nümayiş etdirdiyi qətiyyət digər türkdilli ölkələrin də sıx inteqrasiyasına impuls verməkdədir. Son dövrlərdə dünyada qloballaşmanın dərinləşməsi türk dövlətlərinin inteqrasiyası, onların ortaq layihələrdə möhkəmlənməsini və vahid iqtisadi-siyasi güc nümayiş etdirməsini zərurətə çevirib.
Türkdilli ölkələrin dövlət başçılarının Azərbaycanda keçirilən IX zirvə görüşü və yeni yaradılan Türkdilli ölkələrin Əməkdaşlıq Şurası onu ehtiva etmiş olur ki, türkdilli dövlətlərin siyasi gücü, eyni zamanda, onların iqtisadi gücündədir. Vahid türk iqtisadiyyatı, türk iqtisadi ittifaqı, vergi, gömrük, maliyyə, bank birliklərinin olması onların siyasi qüdrətini də gücləndirə bilər. çünki bu dövlətlər dünya maliyyə böhranı fonunda daha sıx birləşərək iqtisadi proqramlar və konsepsiyalar hazırlayıb dünya iqtisadiyyatında aparıcı yerə sahib olmaq iqtidarındadır. Xatırladaq ki, hazırda türkdilli dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatında çəkisi təxminən 2 faizə bərabərdir. Azərbaycan, Qazaxıstan, Türkiyə, özbəkistan, Qırğızıstan və Türkmənistanın birgə istehsal etdiyi ümumi Daxili Məhsulun həcmi 700 milyard dollardan bir qədər çoxdur. 2008-ci ildə bu dövlətlərdə üDM-in artım tempi 8-9 faiz olub. üDM-in çəkisində Türkiyə 510 milyard, Qazaxıstan 85 milyard, Azərbaycan 45 milyard, Türkmənistan 35 milyard, özbəkistan 25 milyard, Qırğızıstan isə 4 milyard dollar paya malikdir. Bu ölkələrin dünya dövlətləri ilə illik ticarət dövriyyəsinin məbləği 1 trilyon dolları ötüb. Türkdilli dövlətlərin ticarət dövriyyəsində Avropa və Asiya ölkələri əsas yer tutur.
Bütün bunlara rəğmən türkdilli ölkələrin öz aralarındakı mal mübadiləsi isə azdır. Bu, təxminən 12 milyard dollar təşkil edir. Bu isə o deməkdir ki, onların əsas ticarət tərəfdaşları Almaniya, Rusiya, İtaliya, İngiltərə, İsveçrə, çin, Cənubi Koreya, Ukrayna, ABŞ, İran, Afrika ölkələridir. Məsələn, Qazaxıstan, Azərbaycan, özbəkistan və Türkmənistanın ən sıx ticarət tərəfdaşları Rusiyadır. Hətta yüz milyardlarla dollar ticarət dövriyyəsi aparan qardaş Türkiyənin idxalında Rusiya İtaliyadan sonra ikinci yeri tutur. Bu tendensiya türkdilli ölkələrin qarşılıqlı ticarət əməliyyatlarının artırılmasını şərtləndirir. Və əksər ekspertlərin də qeyd etdikləri kimi, məhz bu məqsədlə türkdilli ölkələr arasında vahid Gömrük Birliyinin təsis olunması vacibdir.
Türkdilli dövlətlərin inteqrasiyasını dərinləşdirmək üçün onlar arasında sərbəst gediş-gəlişin təmin olunması və viza rejiminin götürülməsi də zəruridir. Qeyd edək ki, artıq bu istiqamətdə də pozitiv meyillər müşahidə olunur. Yeri gəlmişkən, Azərbaycan və Qazaxıstan bununla bağlı bir neçə gün əvvəl saziş imzalayıb. Türkiyə ilə də bu sənədin gerçəkləşməsi istisna olunmur.
Türkdilli ölkələr vahid maliyyə sistemini formalaşdırmaqla bölgədə yeni tədavül vasitəsini-valyutanı dövriyyəyə buraxmaq imkanı qazana bilər. Onların vahid iqtisadiyyatı buna əhəmiyyətli dərəcədə maliyyə bazası yaratmış olur. Sözügedən layihənin reallaşması bəzi türkdilli ölkələrin maliyyə sıxıntısının həll edilməsinə, xüsusilə də, xarici maliyyə institutlarından kredit asılılığının qarşısının alınmasına kömək göstərə bilər.
Azərbaycan və Türkiyə türkdilli dövlətlərin iqtisadi flaqmanı kimi çıxış edir. Maraqlı tendensiya ondan ibarətdir ki, indiyədək regionda investisiyaların əsas təşəbbüskarı və təşkilatçısı kimi Türkiyə çıxış edirdisə, hazırda Azərbaycan bu sırada liderliyi ələ almaqdadır. Respublikamız qardaş ölkədə iri investisiya layihələrinin müəllifi kimi çıxış etməyə başlayıb. Azərbaycanın maliyyə qüdrətinin artması türk dövlətlərinin investisiya bazarına daxil olması üçün əlverişli imkanlar yaradıb və respublikamız öz kapital resurslarını həmin ölkələrin ən iri neft-kimya, yanacaq və nəqliyyat layihələrinə yönəltməkdədir. Türkiyənin ən nəhəng neft-kimya müəssisəsi olan “Petkim” şirkətinin səhmlərini alan Azərbaycan bu layihə çərçivəsində ən yeni texnologiyalar tətbiq etməklə qardaş ölkənin kimya bazarında 40 faizlik paya sahib olacaq. Azərbaycan “Petkim”lə yanaşı, Türkiyədə neft emalı və neft sənayesi kompleksləri tikməklə bu ölkənin iqtisadiyyatına milyardlarla dollar investisiya yatırmağı planlaşdırır.
Türkdilli dövlətlər dünyanın enerji təminatçısı rolunda
Bu gün türkdilli dövlətlər, eyni zamanda, dünyanın enerji təminatçısına çevrilməklə mühüm siyasi-iqtisadi üstünlük əldə etmək imkanları qazınıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri nəinki bu ölkələrin yerləşdiyi regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və çoxşəbəkəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində strateji əhəmiyyət kəsb edir. Bu layihələr Azərbaycan və Türkiyənin dünya dövlətləri sırasında mövqeyinin möhkəmlənməsinə təkan verməklə bərabər, digər türkdilli dövlətlərin - Qazaxıstan və Türkmənistanın da Avropaya çıxışı üçün əlverişli imkan yaradır. Qeyd edək ki, artıq Qazaxıstan da bu istiqamətdə aktivlik nümayiş etdirir və TransXəzər marşrutunun çəkilməsinə dair saziş imzalayıb. TransXəzər Türkmənistanın və Qazaxıstanın neft və qaz ehtiyatlarının Azərbaycandan keçməklə Avropaya çatdırılmasını təmin etməklə daha sərfəli və region üçün iqtisadi əhəmiyyət kəsb edən marşrut hesab edilir. Xəzər dənizi-Qara dəniz-Avropa Birliyi layihəsi kimi də səciyyələndirilən TransXəzər enerji dəhlizinin yaradılması türkdilli ölkələri daha sıx birləşdirməklə yanaşı, dünya dövlətləri ilə sıx bağlantısını təmin edən ən əhəmiyyətli enerji dəhlizi sayıla bilər.
Hazırda çəkilişinin həlledici mərhələsində olan Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin reallaşması isə Avropanın yanacaq təminatının böyük bir hissəsinin respublikamızın ehtiyatları hesabına ödənilməsi demək olacaq. Qeyd olunan layihə TransAdriatik qaz kəməri ilə birləşdikdən sonra daha geniş miqyas alacaq və başqa layihələrin də bu marşruta birləşməsini təmin edəcək. Beləliklə, ölkəmiz 2012-2015-ci illərdə təkcə Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya kəməri ilə ildə 20 milyard kubmetrdən çox qazı Avropaya nəql edəcək. Bundan başqa, bu gün Avropa Birliyinin və ABŞ-ın xüsusi dəstək verdiyi NABUCCO layihəsinin reallaşması da türkdilli dövlətlərin siyasi qərarından daha çox asılıdır. Türkmənistan, Qazaxıstan və Azərbaycan qazının nəqli hesabına reallaşması planlaşdırılan NABUCCO bütünlüklə Mərkəzi Avropanı, eləcə də, Qərbi Avropanın böyük bir hissəsinin yanacaq ehtiyacının təmin olunmasını nəzərdə tutur. Göründüyü kimi, Avropanın etibarlı və təhlükəsiz şəkildə neft və qazla təmin olunmasında başlıca mənbə Xəzər regionu ölkələri hesab olunur ki, yanacağın əsas mənbəyi də məhz türk dövlətlərinin akvatoriyasında yerləşir.
“Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti isə türkdilli dövlətlərin çoxşaxəli nəqliyyat şəbəkəsinin “qan damarı” sayıla bilər. BTQ Mərkəzi və Şərqi Avropa regionu ilə bərabər, Asiyanın inkişaf etmiş dövlətlərinin yerləşdiyi ərazini də əhatə edir və gələcəkdə çin, Hindistan və digər dövlətlərin bu dəmiryolundan istifadə etməsi istisna olunmur. Beləliklə, perspektivdə BTQ-nin çindən başlayaraq Mərkəzi Avropaya, oradan Böyük Britaniyaya qədər uzanması onun dünya əhəmiyyətli layihə kimi iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Bu layihə “Şərq-Qərb” marşrutu sistemində ən çox rentabelli nəqliyyat dəhlizinə çevriləcək.
Türkdilli dövlətlərin informasiya-kom
munikasiya layihələrində də birgə planı strateji əhəmiyyətinə görə seçilir. Hazırda fiberoptik informasiya sistemini gerçəkləşdirən türk ölkələri bu Trans-Avropa-Asiya dəhlizini yaratmaqla Qərblə Şərq arasında superinformasiya magistralının başa çatmasına nail olacaqlar. Qərbi Avropadan Sakit okean hövzəsi ilə Şərqi Asiyaya qədər uzanan magistral rabitə dəhlizi ən azı 20 ölkəni əhatə edəcək. İkinci TransXəzər adlandırılan bu layihə Qərblə Şərq arasında yüksək sürətli informasiya magistralının qurulmasını təmin edəcək. Bütün bu layihələr türk dövlətlərinin iqtisadi gücünün Avropa Birliyində qəbul olunması ilə nəticələnəcək və Avropa bu dövlətlərin iqtisadi imkanlarından faydalanmaqla siyasi-iqtisadi sabitlik vəd edən Türk birliyilə əməkdaşlığı prioritet vəzifə hesab edəcək.
Bölgədə siyasi istiqrarın təmin olunmasına töhfə...
Bu gün bölgədə uzun illərdir həllini gözləyən müharibələr, siyasi gərginliklər mövcuddur və bu problemlərin həll edilməmiş qalması regionda sülhə və sabitliyə ciddi hədədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda ötən ilin avqust ayında baş verən hadisələr və onların fəsadlarının hələ də aradan qaldırılmamış olması, eyni zamanda, türk dövlətlərinin özlərinin aralarında mövcud olan və etiraf olunmayan bəzi siyasi gərginliklər yekun olaraq əməkdaşlığın inkişafına ciddi əngəl təşkil edir. Daha qlobal mənada yanaşsaq, bu gun dünyanın özünün problemləri “boğazdan yuxarıdır”. Dövlət başçılarının sammitində də ifadə olunduğu kimi, qlobal silahsızlaşdırma, kütləvi qırğın silahlarının yayılması, dünyanın başı üzərində “qara buludlara” çevrilən beynəlxalq terrorizm ictimaiyyəti ciddi şəkildə hədələyir. Sevindirici haldır ki, türk dövlətləri qlobal sülhə, regional təhlükəsizliyə töhfə verirlər. Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı rol, Türkiyənin yerləşdiyi coğrafi bölgədə mövcud münaqişələrin həllində üzərinə götürdüyü missiya, Qazaxıstanın ATƏT-ə sədrlik etməsi təşəbbüsü ilə çıxış etməsi və təhlükəsizliyin təmin olunmasına töhfələr vermək istəyi, Qırğızıstanın mübahisələrin aradan qaldırılmasında göstərdiyi iradə və arzu dünya birliyi tərəfindən təqdir olunur və dəstəklənir. Belə bir şəraitdə türk dövlətləri arasında birliyin formalaşdırılması həm də qlobal mənada təhlükəsizliyin, regionda sülh və sabitliyin təmin olunmasına töhfələr verə bilər. Bu birliyin möhkəmlənməsi barış dənizi olan Xəzər dənizi ətrafında yaradılmağa çalışılan siyasi təxribatların qarşısının alınmasına və nəticə etibarilə bölgədə siyasi istiqrarın təmin olunmasına şərait yaradacaq. Sirr deyil ki, bu gün yerləşdiyimiz regionun çox böyük siyasi, iqtisadi imkanları var. Regional əməkdaşlıq bu imkanlardan səmərəli istifadəni daha da inkişaf etdirə və regionun gələcək taleyini sözün həqiqi mənasında təminat altına ala biləcək yeni qlobal layihələrin ərsəyə gəlməsinə şərait yarada bilər. Əgər qüvvələr birliyi tam mənada təmin olunarsa, yeni nəqliyyat dəhlizləri, yeni kommunikasiyalar açıla bilər, regionda yerləşən bütün ölkələr qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə bilər. Amma o da vurğulanmalıdır ki, bütün bunların baş verməsi üçün ilk növbədə regionda sülhün və sabitliyin təmin olunması başlıca şərtdir.
Eyni zamanda, bu gün region dövlətləri öz milli, tarixi dəyərlərini saxlamaqla Qərbə inteqrasiya etmək siyasətini həyata keçirirlər. Türkiyə Avropa Birliyinə üzv olmaq yolunda önəmli məsafə qət edib, Azərbaycan Avropa İttifaqının “Yaxın tərəfdaşlıq” proqramı çərçivəsində qurumla əməkdaşlıq etməkdədir, digər dövlətlər də müxtəlif proqramlar çərçivəsində avroməkana sürətlə daxil olmaqdadır. Lakin bir sıra hallarda qarşıya çıxan əngəllər region dövlətlərinin inteqrasiyası işini ləngidir. Bu baxımdan, birgə əməkdaşlıq bu əngəllərin də “əridilməsinə” əhəmiyyətli dərəcədə kömək edə bilər. Bunu nəzərə alaraq, qətiyyətlə söyləyə bilərik ki, türk dövlətləri arasındakı birlik region dövlətləri ilə Qərb institutları arasında əməkdaşlığı da genişləndirə bilər. Bu da nəticədə region dövlətlərinin Avropaya inteqrasiya prosesinin daha da intensivləşməsinə əlverişli zəmin yaradacaq. Beləliklə, tam əminliklə söyləyə bilərik ki, türk dövlətləri arasında möhkəm birliyin formalaşması bu birliyin üzvü olan dövlətlərlə yanaşı, həm də dünyada sülh və barışın təmin olunmasında maraqlı olan böyük güc mərkəzlərinin də marağına xidmət edir.
Mədəniyyətlərimiz bir-birinə sıx bağlıdır
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsinin başqa bir əhəmiyyəti də var. Bu da qədim Azərbaycan torpağı olan Naxçıvanın qədim tarixə və mədəniyyətə malik olması ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının böyük istedadının nümunələridir. Eyni zamanda, çox böyük tarixə malik olan Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri türk dünyasının böyük dəyəri, böyük sərvətidir. Və türk dünyasının bu qədim tarixə malik diyarında keçirilən IX zirvə görüşündə ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq üçün çox gözəl perspektivlərin olduğunu bir daha təsdiqlədi. Qeyd olundu ki, mədəniyyətlərimiz bir-birinə çox bağlı olduğuna görə, humanitar sahədə əməkdaşlıq daha da sürətlə inkişaf etməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin TüRKSOY Fondunun yaradılmasına dair təklifi də məhz bu amala xidmət edir. çünki bu Fond bütün türk dövlətlərində və eyni zamanda bütün türk diyarlarında tarixi abidələrin bərpası, mədəniyyətlərarası əlaqələrin inkişafı ilə məşğul ola, praktiki cəhətdən səmərəli işlərlə xalqlarımızı daha da sıx birləşdirə bilər. Digər tərəfdən sözügedən Fond türk xalqlarının tarixinin daha dərindən və daha geniş şəkildə tədqiq etməlidir. Eyni zamanda, bu mədəniyyət dəyərlərimizi dünya ictimaiyyətinə tanıtmalıyıq. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təklif etdiyi kimi, Fond çərçivəsində Türkdilli Akademiyanın yaradılması türkdilli xalqların dilinin, mədəniyyətinin araşdırılması və öyrənilməsinə dəstək ola bilər.
Türk birliyi üçüncü dövlətlərə qarşı olmayacaq
Və sonda bir məqamı xüsusi olaraq vurğulamaq vacibdir. Bu məqam isə türkdilli ölkələrin bir araya gəlməsindən, onlar arasında inteqrasiyanın güclənməsindən narahat olanlarla bağlıdır. Hesab edirik ki, bu narahatlığın heç bir əsası yoxdur. çünki türklər tarixdə ədalət, sülh və əmin-amanlıq carçıları kimi tanınıblar. Türklərin hökmranlıq etdiyi ərazilərdə hər zaman ədalətli idarəçilik mövcud olub. Eyni zamanda, müasir dünyada türkdilli ölkələrin təmsil olunduqları beynəlxalq təşkilatlarda sülh çağırışları da daha çox məhz bu ölkələrin təmsilçiləri tərəfindən səsləndirilib. Məhz bunlardan yola çıxaraq bir daha bu birliyin kimlər üçünsə hədə törətmədiyini vurğulmaq yerinə düşər. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də qeyd etdiyi kimi, türkdilli dövlətlər arasında sıx münasibətlərə əsaslanan birlik üçüncü dövlətlərə qarşı olmayacaq. Biz hədələrə qarşı ümumi mübarizə aparmalıyıq və bu gün tam aydındır ki, qlobal sabitliyə hədə və təhdidlər mövcuddur.
Sonda onu da qeyd etmək vacibdir ki, bu birliyin formalaşması təkcə türkdilli ölkələrin inteqrasiyası baxımından deyil, həm də regionda mövcud olan digər ölkələrin də iqtisadi və təhlükəsizlik maraqları baxımından olduqca cəlbedicidir. Hesab etmək olar ki, regionda işğalçı mövqelərindən əl çəkərək siyasi-iqtisadi inkişafı və sabitliyi arzu edən hər bir dövlət bu birlikdə öz maraqlarını təmin edə biləcək əsaslar tapa bilər.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

