Prezident İlham Əliyev Çinin nümayəndə heyətini qəbul edib
31.08.2018 [08:53]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Çinin Azərbaycan üçün etibarlı tərəfdaş və dost ölkə olduğunu vurğulayaraq, özünün Çin Xalq Respublikasına rəsmi səfəri və ölkə rəhbərliyi ilə görüşlərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev həmin səfərdən keçən dövr ərzində ikitərəfli münasibətlərimizin bütün istiqamətlərdə daha da inkişaf etdiyini, Çinin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfər etdiklərini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, bu dövr ərzində siyasi və iqtisadi əlaqələrimiz daha da möhkəmlənib. Prezident İlham Əliyev xanım Li Syaolinin Azərbaycana səfərinin maraqlı və səmərəli keçəcəyinə, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, Prezident İlham Əliyevlə görüşməsindən böyük şərəf hissi duyduğunu vurğulayıb. O bildirib ki, Bakıya gəldikləri qısa müddət ərzində paytaxtda gördüyü inkişaf prosesləri nümayəndə heyətinin üzvlərinə dərin təəssürat bağışlayıb. Xanım Li Syaolin rəhbərlik etdiyi qurum haqqında dövlətimizin başçısına məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdiyini və bunun hər yerdə hiss olunduğunu qeyd edib. Qonaq Heydər Əliyev Fondu ilə birgə fəaliyyəti haqqında məlumat verib, maraqlı layihələrin həyata keçirilməsi ilə bağlı imkanların mövcud olduğunu deyib.
Söhbət zamanı iqtisadi, humanitar sahələrdə əməkdaşlıq barədə danışılıb, çinli turistlərin Azərbaycana böyük maraq göstərdikləri qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

