Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan enerji əməkdaşlığında bütün tərəfdaşları ilə sülh və sabitliyə, qarşılıqlı hörmətə xidmət edən siyasətə sadiqdir

Azərbaycan enerji əməkdaşlığında bütün tərəfdaşları ilə sülh və sabitliyə, qarşılıqlı hörmətə xidmət edən siyasətə sadiqdir

22.10.2009 [10:34]

Əməkdaşlıq zamanı hər iki tərəfin milli maraqları qorunmursa onun perspektivləri şübhə altına düşmüş olur
Azərbaycanın yerləşdiyi Xəzər regionu dünyanın enerji təchizatında mühüm yer tutur. Xüsusilə də mövcud nəqliyyat-kommunikasiya və enerji marşrutları infrastrukturuna görə fərqlənən respublikamız dünya dövlətlərinin karbohidrogen resursları ilə təmin edilməsində enerji mənbəyi kimi diqqəti cəlb edir. Avropa İttifaqının yanacaq-enerji konsepsiyasında Azərbaycan Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqlində əsas tədarükçü ölkə kimi qeyd olunur. Eyni zamanda, respublikamız bölgədə ədalətli enerji tərəfdaşlığının və təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilməkdədir. Son illərdə dünya bazarına yanacaq ixracını genişləndirən Azərbaycanın nüfuzu və mövqeyi daha da möhkəmlənib.
Azərbaycanın Xəzər regionunda həm enerji resurslarının tədarükçüsü, həm də strateji dəhlizlərin kəsişdiyi mərkəz olması respublikamızla tərəfdaşlıq etmək istəyən dövlətlərin sayının hər il artmasına səbəb olub. Bu gün Avropa dövlətlərinin yanacaq təminatını həll edəcək layihələrin mərkəzi nöqtəsi Azərbaycandır. Respublikamızın enerji resurslarının dünya bazarlarına çatdırılmasında 3 neft, 4 qaz kəməri mövcud olsa da, ölkəmizin zəngin neft və qaz ehtiyatlarının həcminin artması yeni ixrac marşrutlarının yaradılmasını da zəruri edir. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti yürütməklə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumla yanaşı, Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək kəmərlərin - Odessa-Brodı-Qdansk-Plotı, Bakı-Şirvanovka-Qazıməmməd-Mozdok və digər marşrutların gerçəkləşməsində qətiyyəti ilə diqqəti cəlb edir.
Azərbaycan enerji siyasətini həyata keçirərkən neft və qaz amilindən heç vaxt siyasi məqsədləri üçün istifadə etməyib və tərəfdaşları ilə qarşılıqlı səmimiyyət prinsiplərinə söykənib. Bunu daha açıq şəkildə ölkəmizin neft və qaz ixrac etdiyi dövlətlərə olan münasibətlərinin fonunda müşahidə etmək olar. Azərbaycan enerji siyasətini həyata keçirərkən və bütün tərəfdaşları ilə sıx əməkdaşlıq qurarkən milli maraqların qorunmasını ali məqsədlərdən biri hesab edir. Respublikamızın enerji diplomatiyası dostluğa və əməkdaşlığa xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji siyasəti millətləri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir.
Respublikamızın neft və qaz siyasətinin başlıca istiqamətlərindən bəhs edən Prezident İlham Əliyev bəyan edib ki, respublikamızla əməkdaşlıq etmək istəyənlərin sayı artır. Avropa dövlətlərinin ölkəmizdən neft və qaz almaq üçün müraciətləri artır. “Azərbaycan bu gün hazırdır ki, Avropa İttifaqı bazarına öz qazını ixrac etsin. Bunu etmək üçün bizim resurslarımız və infrastrukturumuz vardır. Avropa ölkələri isə, öz növbəsində, bizim qazımızı gözləyir. Mən şəxsən və bizim nümayəndələrimiz, sənaye və energetika naziri, Dövlət Neft Şirkətinin rəhbərləri dəfələrlə Avropa rəsmiləri ilə bu barədə söhbətlər aparmışıq. Bizim potensial tərəfdaşlarımız arasında Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, İsveçrə kimi ölkələr vardır. Bəzi ölkələr bizim sərhədlərimizə daha yaxın yerləşir, bəzi ölkələr daha uzaq. Ancaq bu ölkələr Azərbaycan qazını dünya qiymətinə almaq istəyirlər. Biz də bunu dünya qiymətinə satmaq istəyirik”.
Dövlət başçısının qeyd etdiyi kimi, bir neçə ildən sonra ənənəvi qaz mənbələri tükəndikcə Azərbaycan qazına tələbat daha da artacaq.
Proqnozlara görə, 2012-ci ildə Azərbaycan “Şahdəniz” yatağından 18 milyard kubmetr qaz çıxaracaq. Sonrakı 5 il ərzində bu rəqəm 22 milyard kubmetrə çatacaq. Proqnozlara görə, 2015-2020-ci illərdə respublikamızın ixrac gücü ildə ən azı 20 milyard kubmetr təşkil edəcək. Digər yataqlardakı, məsələn, “Bahar”, “İnam”, “Alov”, “ümid” kimi perspektiv yataqlardakı qaz ehtiyatlarını da nəzərə alsaq ölkəmizin davamlı şəkildə uzun müddət qaz bazarında ən potensial ixracatçı olacağı şübhəsizdir. Buna görə də Azərbaycan yanacağın nəqli üçün yeni marşrutlar və bazarlar barədə düşünməyə başlayıb. Təbii ki, bütün qaz ixracatçıları kimi respublikamız da yanacağın nəqli ilə bağlı qərar qəbul edərkən ilk növbədə iqtisadi səmərəliliyi, qiymətlərin kommersiya cəhətdən, dünya bazar qiymətləri baxımından sərfəli olmasını da vacib amillərdən hesab edir.
Qiymətlərin dünya səviyyəsinə uyğun olması və ixracla bağlı digər şərtlər, xüsusilə də tranzit tarifləri beynəlxalq təcrübəyə uyğun olduğu təqdirdə yanacağın nəqli üçün heç bir problem olmayacaq. Məsələn, Rusiya hökuməti neçə il idi ki, respublikamıza müraciət edərək qaz alqı-satqısı barədə sazişin imzalanmasını təklif edirdi. Azərbaycan Rusiyanın təklif etdiyi şərtlərin iqtisadi cəhətdən səmərəli və mövcud qaz kəmərinin rentabellilik baxımından məqsədəuyğun olmasını nəzərə alaraq yanacağın nəqlinə dair saziş imzaladı.
Hazırda Türkiyənin tranzit məsələsində öz maraqlarını diqtə etməsi respublikamızın Şərq-Qərb marşrutu ilə Avropaya qaz nəqlini həyata keçirməsini gecikdirmiş olur. Buna görə də Azərbaycan alternativ vasitələrdən istifadə edilməsini nəzərdən keçirir. Xatırladaq ki, enerji ehtiyatlarının ixracı üçün 3 neft, 4 qaz kəməri mövcuddur və onların hər biri tam işlək vəziyyətdədir. Bu isə Azərbaycanın qazı şimal və cənub marşrutları ilə nəqlinə imkan verir. Yəni, ölkəmiz Rusiya və İran vasitəsilə də qaz nəql etmək imkanlarına malikdir. Onu da qeyd edək ki, hər iki ölkə yanacağın nəqli ilə bağlı Azərbaycana müraciət edib və şimal marşrutu ilə qaz nəqli artıq gələn ilin yanvarından reallaşacaq. Eyni zamanda, cənub marşrutu ilə də qaz ixracı istisna olunmur. Azərbaycan limanlar vasitəsilə də Avropaya çıxış imkanlarına malikdir. Gürcüstandan Qara dəniz vasitəsilə Ukrayna, Baltik regionu və Mərkəzi Avropaya Azərbaycan qazının ixracı realdır. Beləliklə, Azərbaycan diversifikasiya siyasəti yürüdərək öz yanacaq ehtiyatlarını bir neçə marşrutla nəql etməyə qadirdir.
Azərbaycan hər bir tərəfdaşı ilə sülh və sabitliyə, qarşılıqlı hörmətə, dərin əməkdaşlığa xidmət edən siyasətə sadiq qalaraq sıx münasibətlər qurmağa çalışır. Yəni, əməkdaşlıq zamanı hər iki tərəfin milli maraqları qorunmalıdır. Əks halda əməkdaşlığın perspektivləri şübhə altına düşmüş olur. Onu da qeyd etmək lazımdır ki, hazırda respublikamıza Şərqi və Qərbi Avropanın, demək olar ki, bütün ölkələrinin hökumət başçılarının ardıcıl səfərləri reallaşmaqdadır və bu səfərlər zamanı fikirlərin məzmunu eynidir: Azərbaycan regionda ən etibarlı tərəfdaşdır və rəsmi Bakı ilə enerji sahəsində möhkəm təməllərə söykənən əməkdaşlıq sazişlərinin imzalanması gələcək təhlükəsizliyə etibarlı təminat yaratmaq deməkdir.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1095 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31