Azərbaycan-Sloveniya əlaqələrinin inkişafı üçün yaxşı potensial var
10.11.2009 [09:46]
Sloveniya Respublikasının Prezidenti Danilo Türk ölkəmizə rəsmi səfərə gəlib. AzərTAc-ın verdiyi məlumata görə, dünən Sloveniya Respublikasının Prezidenti Danilo Türkün rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sloveniya Prezidenti Danilo Türkü və xanımı Barbara Mikliç Türkü səmimiyyətlə qarşılayıblar.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Sloveniya Respublikasının Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk ilə birgə görüşü olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün təkbətək görüşü keçirilib.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulanıb.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinin qeyd edildiyi görüşdə Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfərinin də ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik bildirilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Cənab Prezident! Mən Sizi Azərbaycanda bir daha salamlayıram. Sizi görməyimə çox şadam. Bu, Sloveniya Prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər uğurlu olacaqdır. Biz ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəyik və onların daha da inkişaf etdirilməsi yollarını araşdıracağıq. Potensial çox böyükdür və əminəm ki, Azərbaycana səfərinizin praktiki nəticələrini gələcəkdə görəcəyik. Bu gün bizim ikitərəfli münasibətlər və regional inkişafla bağlı artıq müəyyən müzakirələrimiz oldu. Sabah işgüzar dairələr görüşəcək. Bir sözlə, hesab edirəm ki, səfərinizin əməkdaşlığımızda praktiki nəticələrini görəcəyik. Apardığımız fəal siyasi dialoq gələcəkdə də davam edəcəkdir. Azərbaycanda Sizi bir daha salamlayıram və uğurlu səfər arzulayıram”.
Sloveniya Prezidenti Danilo Türk səmimi qəbul üçün təşəkkür edərək deyib: “çox sağ olun, cənab Prezident. Burada olmağımızdan çox şadam. Şəxsən mən Azərbaycanda olmağımdan çox məmnunam. Hətta, Sloveniya Prezidenti seçildiyim ilk günlərdən Azərbaycana səfər etmək istəyirdim. Nəhayət, çox şadam ki, bu səfər artıq baş tutub. Cənab Prezident, bildiyiniz kimi, Sloveniya ilə Azərbaycanın yaxın keçmişdəki tarixi oxşar olub. Hər iki ölkə gənc müstəqil dövlətdir. Xalqlarımız çətin siyasi sınaqlardan keçib. Hər iki ölkə daha geniş Avropanın formalaşmasına çalışır. Budəfəki səfərimiz Berlin divarının yıxılması tarixinə təsadüf edir. Həmin tarixi hadisə Avropada böyük dəyişikliklərə səbəb oldu və qarşımızda geniş imkanlar açdı. Təbii ki, bizim münasibətlərimiz müstəqillik dövrü ilə məhdudlaşmır. Biz yaxşı bilirik ki, Azərbaycanın qəhrəman oğulları İkinci Dünya müharibəsi dövründə Sloveniya torpağında faşizmə qarşı mübarizə aparıblar. Biz həmin faktları ölkələrimizin ictimaiyyətinin diqqətinə geniş çatdırmalıyıq. çünki bu, ortaq tariximizin ən mühüm hissələrindən biridir. Bu cür hadisələr tədqiq edilməli və daimi olaraq öyrənilməlidir. Hesab edirəm ki, biz belə bir bünövrə əsasında münasibətlərimizi daha da inkişaf etdirə bilərik”.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün iştirakı ilə Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk “Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat”ı imzalayıblar.
“Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) və Sloveniya Respublikası Minatəmizləmə və Minalardan Zərər çəkmiş İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondu arasında Əməkdaşlıq Memorandumu”nu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru Nazim İsmayılov və Sloveniya Respublikası Minatəmizləmə və Minalardan Zərər çəkmiş İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondunun direktoru Qoran Qaçnik, “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari, “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari, “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari imzalayıblar.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Danilo Türk mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, Azərbaycanla Sloveniya arasında çox yaxşı siyasi münasibətlər mövcuddur: “ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı potensial vardır və Sloveniyadan Sizi müşayiət etmək məqsədi ilə gəlmiş iş adamlarının burada olması bizim ikitərəfli iqtisadi münasibətlərə göstərdikləri maraqdan irəli gəlir. Bu, eyni zamanda bizim birgə iqtisadi fəaliyyətimizin potensialını göstərir. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, onlar bir-birini dəstəkləyən iqtisadiyyatlardır. İqtisadi sahədə nə qədər çox təmaslarımız olarsa, biz özümüzü bir o qədər yaxşı tanıyacağıq və bu əməkdaşlığın praktiki nəticələrinin şahidi olacağıq. İqtisadi fəaliyyət çərçivəsində bir çox sahələr mövcuddur ki, onlar bizim sərmayələr üçün cəlbedici ola bilər. Eyni zamanda, biz turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, sənaye, energetika və digər sahələrdə sərmayə imkanlarını araşdırdıq. Biz bütün sahələrdə əməkdaşlıq edə bilərik və əminəm ki, bunun yaxşı nəticələrini görəcəyik. Əməkdaşlığımızın mühüm sahələrindən biri, həmçinin energetika sahəsidir və hesab edirik ki, bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər mühüm əhəmiyyət kəsb edir. çünki biz artıq bir neçə ildir ki, enerji təhlükəsizliyi məsələləri, enerji nəqlinin şaxələndirilməsi sahəsində avropalı tərəfdaşlarımızla işləyirik. Azərbaycan nəhəng neft və qaz yataqlarına və çox müasir nəqletmə infrastrukturuna malik olan ölkə kimi enerji təchizatının şaxələndirilməsində artıq mühüm rol oynayır. ümidvaram ki, biz gələcək illərdə bu istiqamətdə daha mühüm addımlar atacağıq. Bu həm Avropanın, həm də Azərbaycanın marağındadır. Ona görə enerji amili bizim münasibətlərimizdə çox mühüm önəm daşıyır”.
Sloveniya Prezidenti Danilo Türk bəyanatla çıxış edərək söyləyib ki, biz bundan sonra da çalışmalıyıq ki, əlaqələrimiz daha geniş şəkildə inkişaf etsin: “Mən sadəcə onu deməliyəm ki, siyasi əlaqələrimiz sayəsində biz bir-birimizi daha yaxşı anlayırıq. Biz bir-birinə oxşar ölkələrik. Bizim mədəniyyətimizdə, adət-ənənələrimizdə də oxşarlıqlar vardır. Təbii ki, eyni zamanda, suverenlik və müstəqillik uğrunda siyasi tariximizdə də oxşarlıqlar mövcuddur və bu da tariximizin vacib hissələridir. Biz bir-birimizi yaxşı tanıyırıq, anlayırıq və çox şadam ki, bu anlaşma əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı çərçivəni təmin edir. Bu gün məlumat aldıq ki, ötən həftə mədəniyyət sahəsində, ölkələrimizin mədəni həyatında mühüm tədbirlər keçirilib. Sloveniya mədəni irsin qorunmasına xüsusi diqqət yetirir. Bizim kimi ölkələrdə və yerləşdiyimiz regionlarda bu addımları atmalıyıq ki, Avropa Şurasının və Avropa İttifaqının amalları daha lazımi şəkildə tətbiq edilsin. Biz bu regiondakı mədəni irsdən xəbərdar olmalıyıq. Fəaliyyətimizi təkcə bununla məhdudlaşdırmalı deyilik. Biz mədəni irsin qorunması və inkişaf etdirilməsində iştirak etməliyik. Bu, eyni zamanda, sülhün möhkəmləndirilməsinə də xidmət edə bilər. Əminik ki, gələcəkdə bu münasibətlər daha geniş şəkildə inkişaf edəcəkdir. Avropa İttifaqına gəldikdə, Siz bildiyiniz kimi, Avropa İttifaqı nəinki iqtisadi bir klubdur, iqtisadi məkan və ya sırf iqtisadi sistemdir. Bu təşkilat, eyni zamanda, yeni mədəniyyətin formalaşmasına və mədəni adət-ənənələrinin bu tərzdə təşviq edilməsinə xidmət edən bir təşkilatdır. Ona görə də, bu baxımdan biz qarşımızda duran həmin məqsədlərə doğru getməliyik. Bir çox iqtisadi və praktiki məsələlər var ki, biz bugünkü görüşlərimizdə onları nəzərdən keçirdik və gələcəkdə də bu cür müzakirələr davam edə bilər. ümid edirik ki, biz artıq vacib əməkdaşlığımızın çərçivəsi üzərində razılığa gəldik. Biz, cənab Prezident, Sizinlə Birgə Bəyanatı imzaladıq. Mən bunu xüsusilə qeyd edirəm ki, bu bəyanat bizim gələcək əməkdaşlığa dair gündəliyimizin konkret mexanizmlərini əks etdirir. Bu gün biz digər mühüm sənədləri imzaladıq. Burada energetika sahəsində, iqtisadi nazirliklərimiz arasında əməkdaşlıq nəzərdə tutulur. Hesab edirik ki, bu, bizim gələcəkdə işlərimizə kifayət dərəcədə yardım edəcəkdir”.
Azərbaycanda rəsmi səfərdə olan Sloveniya Prezidenti Danilo Türk noyabrın 9-da Şəhidlər Xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Danilo Türk Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Sloveniyanın və Azərbaycanın dövlət himnləri səslənib.
AIi qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Prezident Danilo Türk Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sloveniya Prezidentini və xanımını Ulu öndərin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar və fotoşəkillərlə tanış ediblər.
Dövlətimizin başçısı bildirib ki, bugünkü qüdrətli və zəngin Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilib, xalqımızın ümummilli lideri adını qazanıb. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Sloveniya Prezidenti və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin verdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar.
Prezident Danilo Türk Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Qarşılıqlı hədiyyələr təqdim olunub.
Dövlət başçıları və xanımları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxıblar. Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
Bildirilib ki, artıq səfərin ilk günü ölkələrimiz arasında beş mühüm sənəd imzalanıb. ölkələrimizin coğrafi mövqeyinin əlverişli olduğunu söyləyən Milli Məclisin sədri, Azərbaycanın Cənubi Qafqaz, Sloveniyanın isə Balkan regionunun inkişafında mühüm rol oynadığını vurğulayıb. Sədr deyib ki, Azərbaycan bir sıra regional layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Sloveniyanın Avropa İttifaqına üzvlüklə əlaqədar keçdiyi yol bizim üçün maraqlıdır və yaxşı təcrübə ola bilər.
Milli Məclisin sədri ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Şərq Tərəfdaşlığı” Proqramının uğurla icra edildiyini diqqətə çatdırıb.
Parlamentlərimiz arasında əlaqələrdən danışan O.Əsədov bildirib ki, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları fəaliyyət göstərir və bu yaxınlarda bizim dostluq qrupunun üzvləri Sloveniyaya səfər ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inkişafa yeganə və ciddi təhlükə olduğunu bildirən sədr, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnaməyə indiyədək məhəl qoymadığını və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını diqqətə çatdırıb. Sloveniya Prezidenti Danilo Türk Azərbaycana ilk rəsmi səfərinin onda böyük təəssürat oyatdığını bildirib. Yeni müstəqil ölkələr olan Sloveniya ilə Azərbaycan arasında tarixi inkişaf baxımından oxşarlıqların olduğunu qeyd edən Prezident Danilo Türk bu səfərinin ölkələrimizin mövcud əlaqələrinin daha da inkişafına yaxşı töhfələr verəcəyinə əminliyini bildirib. Sloveniya Prezidenti Milli Məclisin əsas iclas zalına baxıb, deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olub. Ali qonaq parlament binasının yüksək mərtəbəsindən şəhərimizin mənzərəsini seyr edib. Sonra Heydər Əliyev Muzeyi ilə tanış olan Sloveniya dövlətinin başçısı Xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxElm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51

