Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Muğam sənəti Azərbaycanın milli sərvəti olmaqla yanaşı, dünya musiqi xəzinəsinin incisidir

Muğam sənəti Azərbaycanın milli sərvəti olmaqla yanaşı, dünya musiqi xəzinəsinin incisidir

14.11.2009 [10:59]

Mehriban xanım Əliyeva: Siyasi, ictimai və yaxud iqtisadi vəziyyətdən asılı olmayaraq, muğam sənəti öz xüsusi yerini qoruyub, saxlayıb və yaşayıb
Məlum olduğu kimi, bu günlərdə Heydər Əliyev Fondu xalqımızın milli musiqi incisi sayılan muğam sənətinin qorunub saxlanılması və inkişaf etdirilərək dünyaya tanıdılması istiqamətində növbəti tədbirini rellaşdırıb. Əlbəttə, söhbət “Azərbaycan muğamı” multimedia toplusu və “Muğam aləmi” nəşrindən gedir. Şübhəsiz ki, bu, Fondun köklü tarixi olan Azərbaycan muğamının perspektivli gələcəyi naminə gördüyü ilk iş deyil. Heydər Əliyev Fondu hələ 2005-ci ildə həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifalarından ibarət “Qarabağ xanəndələri” adlı möhtəşəm musiqi albomu təqdim edib. Böyük uğur qazanan bu layihənin davamı olaraq ötən il qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilən “Muğam ensiklopediyası” hazırlanıb.
Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir ki, bu da muğamın sirlərindən agah olmaq istəyənlərə ən gözəl tədris vəsaitidir. Belə ki, “Azərbaycan muğamı” multimedia toplusunda musiqi irsimizin ən qiymətli incisi olan muğamın növləri, janrları, mənşəyi, habelə, quruluşu, musiqi məzmunu və kompozisiya xüsusiyyətləri cəm olunub. Azərbaycan və ingilis dillərində hazırlanan “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusuna 8 disk daxildir. “Muğam aləmi” toplusu isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə cari ilin martında ölkəmizdə reallaşan Beynəlxalq Muğam Festivalına həsr olunub. Sözügedən topluya Azərbaycan, rus, ingilis dillərindəki kitab və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, o cümlədən tanınmış xarici musiqiçilərin çıxışlarının və etnocaz nümunələrinin toplandığı 33 DVD yerləşdirilib.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva təqdimat mərasimində çıxış edərkən xüsusi bir məqama diqqət yetirdi. Mehriban xanım Əliyeva heç bir dərsliyin, heç bir vəsaitin müəllimləri, ustadları, canlı ünsiyyəti əvəz edə bilmədiyini qeyd etdi: “Xüsusən də muğam sənətində. Muğam sənəti, muğam bütün dövrlərdə ölkəmizdə yaşayıb, səslənib, duyulub və sevilib. Siyasi, ictimai və yaxud iqtisadi vəziyyətdən asılı olmayaraq, muğam sənəti öz xüsusi yerini qoruyub, saxlayıb və yaşayıb. Muğam mədəniyyətinin yaşamasında, nəsildən-nəslə, ustaddan tələbəyə, müəllimdən şagirdə, ağsaqqaldan gəncə çatdırılan sənətkarlıq, ifaçılıq sirləri əvəzsizdir. Bu sirləri öyrənmək üçün canlı təmas, canlı ünsiyyət lazımdır. Belə bir mürəkkəb prosesdə, təbii ki, heç bir kitab, ya dərslik, ya videoyazı, audioyazı canlı təması əvəz edə bilməz. Məhz bu canlı ənənə əsrlər boyu bizim məşhur xanəndələrimiz və ustadlarımız tərəfindən qorunub saxlanıb və yaşadılıb. Bu ənənələr bu gün də yaşadılır və mən bizim bütün ustadlarımıza, xanəndələrimizə bir daha öz dərin hörmətimi və təşəkkürümü bildirmək istəyirəm”.
Muğam sənətinə töhfə olan yeni layihələrin dəyərindən danışan sənətkarlar isə Heydər Əliyev Fondunun milli musiqimizin, incəsənətimizin inkişafı, dirçəlişi yönündə gördüyü hər bir işin tarixə qızıl hərflərlə yazıldığını diqqətə çatdırdılar. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın son illərdə gördüyü işlərin əvəzsiz olduğunu vurğulayan Xalq artisti Arif Babayev muğamın yaşadılması ilə bağlı həyata keçirilən layihələrin icrasına görə ilk əvvəl minnətdarlıq bildirdi: “Bu cür topluların ərsəyə gəlməsi nəticəsində muğam xəzinəsinə yeni əsərlər daxil oldu. Tədqiqatçılar, alimlər, gələcək nəsillər bu layihələrdən çox məlumatlar öyrənə biləcəklər. Belə kitabları ərsəyə gətirmək milli musiqimiz, muğamımız üçün böyük inkişafdır. Muğam sənətinin inkişafı, qorunması, zənginləşdirilməsi istiqamətində Heydər Əliyev Fondu misilsiz, irimiqyaslı layihələr icra edib. Onu da qeyd etmək lazımdır ki, bu gün muğama, mədəniyyətə dövlət qayğısı çox böyükdür. Bu isə sözdə deyil, əməldədir”.
Tədris prosesində müəllim ilə canlı ünsiyyətin vacib şərt olduğunu da etiraf edən A.Babayev Heydər Əliyev Fondunun muğamla bağlı ərsəyə gətirdiyi virtual tədris vəsaitlərinin hər kəs üçün yararlı olduğunu dedi: “Odur ki, hər iki layihə - “Azərbaycan muğamı” multimedia toplusu və “Muğam aləmi” nəşri böyük əhəmiyyətə malikdir”.
Xalq artisti Mənsum İbrahimov da Heydər Əliyev Fondunun muğam sənətinin qorunması istiqamətindəki yeni işlərini tarixi, həm də qlobal layihə adlandırdı: “çox nəfis şəkildə hazırlanan “Azərbaycan muğamı” multimedia toplusunu və “Muğam aləmi” nəşrini hüquqi sənəd də adlandırmaq olar. Belə ki, toplularda muğamlarımız çox düzgün analiz olunub. Musiqiçi olmayan istənilən şəxs, hətta əcnəbi tədqiqatçılar belə, muğamın incəliklərini, muğam haqqında hər bir məlumatı tədris formasında bu toplulardan dolğun şəkildə əldə edə bilər”.
O ki qaldı layihənin həm də hüquqi məna kəsb etməsinə, M.İbrahimov aşağıdakıları söylədi: “Bu toplular bir faktdır. Hüquqi sənəd kimi təsdiq edir ki, muğam Azərbaycana məxsusdur. üçpilləli təhsil prosesi, Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, dünyanın 10-dan artıq ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi, müsabiqənin Qran-Pri mükafatçısının azərbaycanlı olması kimi amillər sübut edir ki, muğam elə Azərbaycana aiddir. Və muğamın mərkəzi də Azərbaycandır. Mən şəxsən öz adımdan və bütün muğamsevərlər adından Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya milli sərvətimizə bu qədər dəyər verdiyi üçün, bizləri bu sahədə qlobal əhəmiyyətli layihələri ilə yaxşı mənada təəccübləndirdiyinə görə minnətdarlığımı bildirirəm”.
TURANƏ

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31