"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayı keçirilib
21.11.2009 [08:50]
AzərTAc-ın məlumatına görə, dünən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin təsis qurultayı keçirilib.
Təbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.
Sonra tələbə gənclər Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Təsis qurultayında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər və dövlət komitələrinin nümayəndələri iştirak ediblər.
Qurultayı giriş nitqi ilə açan “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin yaradılması üzrə təşkilat komitəsinin sədri Şahin İsmayılov bildirib ki, məqsədimiz ölkəmizdə təhsil alan gənclərin vahid bir qurumda birləşməsini rəsmiləşdirməkdir: “Bildiyiniz kimi, 2005-ci ildən etibarən respublikanın bütün ali təhsil müəssisələrində tələbə gənclər təşkilatları yaradılıb. ötən müddət ərzində bu təşkilatların işində müəyyən uğurlar müşahidə edilib, tələbələrin bu qurumlar ətrafında birləşməsinə qismən nail olunub”.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səslənib.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsis qurultayına ünvanladığı təbrik məktubunu oxuyub.
Qurultayın işini aparmaq üçün sədr və katib, eləcə də hesablama komissiyasının üzvləri seçilib, reqlament müəyyən edilib, gündəlik təsdiq olunub.
Tədbirdə Azərbaycan Milli Aviasiya Akademiyasının tələbə gənclər təşkilatının sədri Zafiq Xəlilov, Bakı Avrasiya Universitetinin tələbə gənclər təşkilatının sədri Qabil Quliyev, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbə gənclər təşkilatının sədri Səadət İmanova, Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Aygün Allahverdiyevanın çıxışı maraqla dinlənilib.
Qurultayda Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, YAP Gənclər Birliyinin sədri Ramil Həsənov, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Gənclər üçün Təhsil Mərkəzinin sədri Vüsal Quliyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev çıxış edib.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev geniş nitq söyləyib.
Bütün iştirakçıları salamlayan Ramiz Mehdiyev deyib ki, sizin hər birinizin həyatında bu, tarixi bir hadisədir. 20 noyabr günü sizin üçün bundan sonra təqvimin xüsusi bir günü olacaq. Məhz bu gün siz özünüzü 200 minə yaxın tələbə ordusunun öncülləri kimi hiss edirsiniz. Əminəm ki, bu anlarda hər biriniz böyük qürur hissi keçirirsiniz. Dövlətimizin gənclərə göstərdiyi qayğıdan danışan natiq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin əsas məqsədi, qayğısı yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gəncliyin formalaşdırılmasıdır. Məhz bu məqsədlə Azərbaycanın dövlət büdcəsinin xərclərində təhsilin inkişafına hər il daha böyük vəsait ayrılır. Ordu quruculuğuna ayrılan xərclərdən sonra təhsil ikinci yerdə qərarlaşır. Bu isə onu göstərir ki, cənab Prezident məsələyə olduqca konseptual səviyyədə yanaşaraq təhsili, o cümlədən, savadlı gənc mütəxəssislərin hazırlanması məsələsini ölkənin strateji təhlükəsizliyi baxımından daim diqqət mərkəzində saxlayır. Gənclərin təhsili ilə bağlı problemləri diqqətə çatdıran Prezident Administrasiyasının rəhbəri deyib: “Siz həyatınız boyu təhsil almağı, daim öz mənəvi dünyanızı yeni elmi biliklərlə zənginləşdirməyi qarşıya məqsəd qoyduğunuz zaman ahəngdar şəxsiyyət kimi formalaşa bilər, ölkəniz və mənsub olduğunuz cəmiyyət üçün faydalı vətəndaşa çevrilə bilərsiniz. Prezident İlham Əliyev yeni gənc nəsli belə xarakterizə edir: “Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi, savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil, vətənpərvər gənc nəsil...”
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan Prezident Administrasiyasının rəhbəri söyləyib ki, hər bir cəmiyyət dövrün tələblərinə uyğunlaşmağa, bu tələblərə cavab verməyə çalışır. Əvvəllər bəşər tarixində dövlətin inkişafı onun coğrafi və təbii resurslarından asılı idi. Məlumdur ki, sonrakı dövrdə bunu kapital əvəz etdi. Lakin həm təbii resurslar, həm də kapital tükənə bilər. Tükənməz bir resurs var. O da insan zəkası və insanın yaradıcı və intellektual qabiliyyətidir. İnformasiya cəmiyyətində zəkadan başqa bütün resurslar insan potensialının və intellektinin inkişafı üçün bir vasitədir.
Prezident İlham Əliyev gənc nəslin geniş elmi-yaradıcı təfəkkürə malik olmaq üçün onun ən yüksək standartlara uyğun təhsil almasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edib. Bu isə cənab Prezidentin həyata keçirdiyi uzunmüddətli inkişaf konsepsiyasının tərkib hissəsidir və Onun gənclərə göstərdiyi xüsusi qayğı və diqqətin təzahürüdür. Ali məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsinin təhsilin keyfiyyətinin artırılması üçün ciddi əsas yaratdığını deyən Ramiz Mehdiyev vurğulayıb ki, son beş il ərzində bu istiqamətdə böyük işlər görülüb: ölkəmizdə bütünlükdə 1600-dən çox müasir tipli məktəb tikilib və yaxud təmir edilib istifadəyə verilib. Məktəblərin böyük bir qismi ən yeni avadanlıqla və kompyuterlərlə təchiz edilib və internet şəbəkəsinə qoşulub.
Bu gün bəzi təhsil ocaqlarımızda tədrisin keyfiyyətinin aşağı olmasının sonrakı mərhələdə gənclərin peşəkarlığının və yaradıcı qabiliyyətinin zəifləməsinə gətirəcəyini söyləyən akademik Ramiz Mehdiyev deyib ki, ali təhsil məktəbləri gələcək fəaliyyət istiqamətlərini elə qurmalıdırlar ki, onlar təhsil və peşəkar fəaliyyət arasında ixtisaslı kadrlar yetişdirən mühüm vasitəyə çevrilsinlər. Bunun üçün ilk növbədə tədrisin keyfiyyəti artırılmalı, ixtisaslaşmış gənc məzunların peşəkar mühitə inteqrasiyası təmin edilməlidir. Sözsüz ki, təhsilin modernləşdirilməsi ölkəmizin ən aktual problemlərindən biri olaraq qalır. Lakin bu modernləşmə formal xarakter daşımamalıdır və burada çox məsələlər siz təhsil alanlardan da asılıdır. Prezident Administrasiyasının rəhbəri deyib ki, biz artıq azad insanların azad cəmiyyətini qururuq. Belə bir cəmiyyətdə intellektual, xarici dil bilən, Azərbaycanı beynəlxalq arenada təmsil etməyə qadir, ölkəmizin rəqabətə davamlılığını artıra biləcək insanlar lazımdır. Ona görə də bu gün hər bir gənc öz məsuliyyətini dərk etməli və vətənpərvərlik nümayiş etdirməlidir. Bu anlayışlar fərqli olsa da, yaradıcı və intellektual gəncliyin formalaşması baxımından bir-birini şərtləndirir. Bu işdə tələbə gənclər təşkilatlarının rolu çox böyükdür. Bu təşkilatlar 2005-ci ildən etibarən formalaşmağa başlayıb və ali məktəblərdə tələbələr arasında nüfuzu ilə seçilirlər.
Tələbə gənclər təşkilatlarının qarşısında duran əsas vəzifələrini şərh edən natiq bildirib ki, bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yaradılması ilə tələbə gənclər təşkilatlarının inkişafında yeni bir mərhələ başlayır. Bu yeni qurum müxtəlif təşkilatlar arasında əlaqələndirici rolunu oynamaqla, ümumi məqsədlərə nail olmaq üçün səylərin və imkanların birləşdirilməsini təmin edəcək.
Hər bir təhsil qurumunun milli mənəvi dəyərlərə bağlı və Azərbaycanın inkişafı naminə çalışan savadlı, bilikli gənclərin formalaşmasında iştirak etməsini xüsusi vurğulayan akademik Ramiz Mehdiyev diqqətə çatdırıb ki, biz bununla millətin gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi işinə öz töhfəmizi vermiş oluruq. çünki bu gün dövlətin və cəmiyyətin qarşısında ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş prinsiplər əsasında ölkənin gələcək inkişafı naminə yüksək təhsilə, mədəniyyətə və intellektə malik insanlar yetişdirmək vəzifəsi durur.
Qurultayda “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “ İctimai Birliyinin təsis edilməsi barədə qərar qəbul edilib.
Birliyin nizamnaməsi təsdiq edildikdən sonra təşkilatın əlaqələndirmə şurasına üzv seçilmiş 59 tələbənin adı açıqlanıb və nəzarət-təftiş komssiyasının 7 nəfərdən ibarət olması qəbul edilib.
Namizədliyi irəli sürülmüş Şahin İsm
ayılov səsvermə yolu ilə “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin sədri seçilib.
Sonda qurultayın nümayəndələri adından Azərbaycan Prezidenti İlham Əliyevə və ölkə gənclərinə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

