/ / Bakıda Azərbaycan və Rusiya prezident administrasiyaları rəhbərlərinin iştirakı ilə "Rus kitabı evi"nin açılış mərasimi keçirilib
Bakıda Azərbaycan və Rusiya prezident administrasiyaları rəhbərlərinin iştirakı ilə "Rus kitabı evi"nin açılış mərasimi keçirilib
24.11.2009 [11:25]
Mərasimdə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər. Qonaqlar əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedevin prezidentlik fəaliyyətini əks etdirən stendlərlə yaxından tanış olublar. Məlumat verilib ki, “Rus kitabı evi”ndə 30 min nüsxədən çox kitab var. Burada oxucuların ixtiyarına tarix, detektiv, psixologiya, fəlsəfə, din, elmi, bədii və uşaq ədəbiyyatına dair nümunələr təqdim olunur. İki həftədən bir kitab evindəki nəşrlər Moskvadan gətirilən kitablarla təzələnir. Buradakı kitabların qiyməti digər mağazalarla müqayisədə 15-20 faiz ucuzdur. “Rus kitabı evi”ndə Rusiya müəllifləri ilə yanaşı, xarici yazıçıların da əsərləri təqdim olunur. Gələcəkdə burada oxucuların yazıçılarla görüşlərinin keçirilməsi də nəzərdə tutulub. Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin bildirib ki, kitab evinin açılışı iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına daha da təkan verəcək. O, Azərbaycan hökumətinin rus dili və mədəniyyətinə xüsusi münasibətini vurğulayaraq qeyd edib ki, bu ilin sonunadək Moskva Dövlət Universitetində MDB ölkələri üçün “Azərbaycan dili” kitabı nəşr olunacaq. Rusiya Prezidenti Administrasiyasının rəhbəri deyib: “Azərbaycanın orta və ali məktəblərində 140 minə yaxın gənc rus dilində təhsil alır. Yaxın vaxtlarda burada Moskva Dövlət Universitetinin filialı açılmışdır. Həmin filialda 4 fakültə fəaliyyət göstərir. Rusdilli mətbuat və rusdilli proqramlar kütləvi informasiya vasitələri sektorunda mühüm yer tutur. Azərbaycan bazarında rusdilli 50 qəzet və jurnal nəşr edilir, 7 informasiya agentliyi fəal iş aparır”.
Bakıda “Rus kitabı evi”nin açılışı ilə Azərbaycanın mədəni həyatında böyük hadisə baş verib. Bu sözləri isə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib. ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiyini xatırladan Ramiz Mehdiyev bildirib ki, məhz Ulu öndərin müdrik siyasəti nəticəsində bu əlaqələr yeni inkişaf mərhələsinə daxil olub. Sıx dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında isə hazırki prezidentlər İlham Əliyev və Dmitri Medvedevin xüsusi rolu var. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri deyib: “Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri və Bakıda aparılmış danışıqların yekunları bir daha təsdiq etdi ki, bu gün Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyədədir və bu, hər iki ölkənin mənafelərinə uyğundur. İki ölkə liderlərinin Bakı Sammitinin ən mühüm yekunu dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması olmuşdur. Bu Bəyannamədə iki dövlət arasında qarşılıqlı münasibətlərin strateji xarakteri və perspektivləri dəqiq qeyd edilmişdir. üstəlik, Bakı Sammiti əyani şəkildə nümayiş etdirdi ki, ölkələrimiz arasında yaranmış münasibətlər regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün mühüm amildir. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük ehtiramla yanaşırlar. Bu məqam burada da qeyd edildi və tamamilə düzgündür. Əlamətdar haldır ki, Azərbaycanın 21 məktəbində tədris yalnız rus dilində, 335 məktəbdə isə iki dildə - Azərbaycan və rus dillərində aparılır”.
Bu gün Azərbaycanda rus əhalisinin sayının 160 min nəfərdən çox olduğunu deyən Ramiz Mehdiyev bildirib ki, onlar digər milli azlıqlar kimi ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar.
Qeyd edək ki, “Rus kitabı evi”ndə toplanan 30 min nüsxədən çox kitab Rusiyanın “Astrel” nəşriyyatında çap olunub. “Astrel” nəşriyyatının rəsmisi Oleq Barsenyev layihənin həyata keçməsindən məmnunluğunu bildirərək, nəşriyyatın Azərbaycanın tanınmış yazıçısı çingiz Abdullayevlə əməkdaşlıq etdiyini söyləyib.
“Bakinski raboçi” qəzetinin baş redaktoru Ağabəy Əsgərov, “Avrasiya Tədqiqatlar İnstitutu” İnkişaf Fondunun prezidenti Valeri Tursunov, Azərbaycan Yazıçılar Birliyinin katibi çingiz Abdullayev, Bakı və Xəzəryanı mitropolit Aleksandr, “Kitab” Cəmiyyətinin idarə heyətinin sədri Zərifə Salahova “Rus kitabı evi”nin əhəmiyyətindən danışıblar.
Zərifə Salahova hazırladığı xüsusi miniatür kitabları Sergey Narışkinə təqdim edib. Sonda Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin “Rus kitabı evi”nin xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

