Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Avropa Şurasının üzvlərinin bir-birilərinə dəstək vermələri vacibdir

Avropa Şurasının üzvlərinin bir-birilərinə dəstək vermələri vacibdir

26.11.2009 [09:41]

Prezident İlham Əliyev “Aqo” monitorinq qrupunun sədri, Rumıniyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən “Aqo” monitorinq qrupunun sədri, Rumıniyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Stelian Stoyan monitorinq qrupu üzvlərinin ölkəmizə zəngin səfər proqramının həyata keçirilməsinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyevin Avropa Şurasındakı məhsuldar fəaliyyətini xatırlayan qonaq təmsil etdiyi təşkilatın Azərbaycana yaxın münasibət bəslədiyini bildirib. Avropa Şurasının növbəti illər üçün də Azərbaycanla əməkdaşlığının intensivləşdirilməsi imkanlarını araşdırmağı zəruri hesab etdiyini bildirən Stelian Stoyan Avropa Şurasına üzv olan ölkələrin bir-birilərinə dəstək vermələrinin vacibliyini qeyd edib.
“Aqo” monitorinq qrupunun Azərbaycana geniş proqramla səfər etməsinin önəmini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu səfər ölkəmizlə yaxından tanış olmaq, insanlarla görüşüb müxtəlif fikirlər eşitmək, Azərbaycan haqqında həqiqətləri daha dolğun şəkildə öyrənmək üçün yaxşı imkan yaradır.
Görüşdə Azərbaycan ilə Avropa Şurasının “Aqo” monitorinq qrupu arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1133 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31