Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanla Koreya arasında əlaqələr son illər uğurla və dinamik inkişaf edir

Azərbaycanla Koreya arasında əlaqələr son illər uğurla və dinamik inkişaf edir

11.12.2009 [09:54]

Prezident İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Li Ci-Hanın etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Ci-Hanın etimadnaməsini qəbul edib. Li Ci-Han fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı  ölkələrimiz arasında əlaqələrin son illər uğurla və dinamik inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Onun Koreya Respublikasına və Koreya Prezidenti mərhum Ro Mu Hyunun Azərbaycana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıb. ölkələrimiz arasında iqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı Azərbaycanda çoxlu sayda Koreya şirkətinin müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində, infrastruktur və bir sıra digər investisiya layihələrində iştirakını bu əlaqələrin yaxşı göstəricisi kimi qiymətləndirib. Li Ci-Han Koreya Prezidenti Li Men Bakın salamlarını, Azərbaycan xalqına firavanlıq və ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf etdirilməsi ilə bağlı arzularını dövlətimizin başçısına çatdırıb. Səfir kimi ölkəmizdə fəaliyyətə başlamasından şərəf duyduğunu deyən diplomat, Koreyanın ikitərəfli münasibətlərimizin inkişafından məmnun olduğunu  bildirib. Dövlətimizin başçısı Prezident Li Men Bakın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Koreya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1065 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31