Milli Məclis ABŞ Konqresinin Nümayəndələr Palatasının qərarını kəskin tənqid edib
16.12.2009 [09:49]
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov ölkədəki bütün siyasi partiyaların, ictimai təşkilatların, medianın ABŞ Konqresinin məlum qərarına etiraz etdiklərini bildirib. Onun sözlərinə görə, separatçılara 8 milyon dollarlıq yardım ayrılmasından ən çox zərəri elə ABŞ özü görəcək. Rəsmi Vaşinqton bununla ədalətli dövlət mövqeyini itirəcək. Komitə sədri qərarın Konqresdəki erməni lobbisinin təsiri ilə qəbul olunması barədə iddialara da münasibət bildirib. Onun fikrincə, bu məsələ ABŞ-a haqq qazandırmır. Əksinə, baş verənlər ABŞ Konqresindəki siyasi korrupsiyadan xəbər verir.
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Dağlıq Qarabağın azərbaycanlı icmasının Konqresin qərarından narazı qaldığını bildirib: “Niyə ABŞ tərəfindən bu cür maliyyə yardımları yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqınlara da edilmir? Niyə bizim öz yurd-yuvamıza qayıdışımız üçün ABŞ tərəfindən müvafiq addımlar atılmır?”
Millət vəkili deyib ki, uzun müddətdir ağır şəraitdə yaşayan Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri Azərbaycanda üçüncü dəfə keçiriləcək bələdiyyə seçkilərində də iştirak edə bilməyəcəklər. Bütün bunlar nəzərə alınmaqla həmin insanların öz torpaqlarında yaşamaq hüququ təmin edilməlidir.
ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də həmkarlarıyla həmrəy olduğunu bildirib. Onun sözlərinə görə, Minsk qrupunun digər həmsədrləri olan Fransa və Rusiya tərəfindən də zaman-zaman bu kimi addımlar atılıb.
Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc Azərbaycandakı bütün siyasi partiyaların məsələ ilə bağlı eyni mövqedən çıxış etməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb. Z.Orucun fikrincə, ABŞ Konqresinin məlum qərarı separatizmin maliyyələşdirilməsidir və bu dövlətin ədalətli vasitəçiliyinə kölgə salır. Millət vəkili deyib ki, son 17 ildə ABŞ Dağlıq Qarabağdakı qondarma rejimə üst-üstə 200 milyon dollardan artıq yardım edib. Bu yardımlar Qarabağdakı hərbi xuntanın ayaqda qalmasına kömək edir. üstəlik, Dağlıq Qarabağa ayrılan yardımlar təyinatı üzrə - humanitar məqsədlər üçün xərclənməyib. Millət vəkili son 17 ildə ABŞ-ın Ermənistana da ümumilikdə 2 milyard dollardan artıq bu tipli yardımlar etdiyini bildirib. Onun fikrincə, ABŞ-ın Ermənistana ayırdığı bu yardımlar Rusiyanın Yerevana əvəzsiz silah satmasından heç nə ilə fərqlənmir. Əksinə, Azərbaycandakı neft yataqlarının işlənməsində iştirak edən ABŞ şirkətləri gəlirlərindən Amerika büdcəsinə vəsait ödəyir, bu vəsait hesabına isə Ermənistana yardım edilir. “Belə çıxır ki, Ermənistana yardım bizim öz pulumuz hesabına edilir” - deyə millət vəkili vurğulayıb.
Onun fikrincə, ABŞ-ın MDB regionundakı digər separatçı qurumlara - Dnestryanı Respublikaya, Şimali Osetiyaya bu cür yardımları etməməsi də diqqətdən yayınmamalıdır. Millət vəkili təklif edib ki, parlamentdə xüsusi işçi qrupu yaradılsın, həmin qrup parlamentin etirazını ifadə edən müraciət hazırlasın.
Millət vəkili Aynur Quliyeva ABŞ-ın məlum qərarı ilə separatçıları himayə etdiyini bildirib. Onun sözlərinə görə, Amerika yaddan çıxarmamalıdır ki, Dağlıq Qarabağdakı separatçı rejimin başında duranlar cinayətkarlardır. “ABŞ Azərbaycanın başı üstündən Dağlıq Qarabağ ermənilərinə yardım ayırmaqla bizim suveren hüquqlarımıza hörmətsizlik edir. Əgər bu yardımlar humanitar xarakter daşıyırsa, onda niyə Dağlıq Qarabağın azərbaycanlı icmasına da edilmir” - deyə millət vəkili sual edib. O əlavə edib ki, məsələnin digər acınacaqlı tərəfi bu addımı atan dövlətin münaqişənin həlli ilə bağlı danışıqlarda vasitəçi olmasıdır. A.Quliyevanın fikrincə, Azərbaycan bütün bu haqsızlıqları nəzərə alıb ATƏT-in Minsk qrupunun mövcud həmsədrlər formatından imtina etməlidir. çünki həmsədrlər artıq faktiki olaraq Ermənistanın vəkili kimi çıxış edirlər.
“Müsavat” Deputat Qrupunu təmsil edən millət vəkili Pənah Hüseyn də həmkarları ilə həmrəy olduğunu bildirib: “Dağlıq Qarabağ münaqişəsində iqtidarla müxalifət arasında heç bir fikir ayrılığı yoxdur”.
Millət vəkili Əli Məsimli Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. Onun fikrincə, bu mərhələdə parlamentin fəallığı artmalıdır.
Müzakirələrə yekun vuran spiker Oqtay Əsədov Dağlıq Qarabağa 8 milyon dollarlıq yardımın ayrılmasında ABŞ Konqresinin Nümayəndələr Palatasını da günahlandırıb. Onun qeyd etdiyinə görə, prezident Barak Obama 2010-cu ildə göstəriləcək xarici yardımlarla bağlı büdcə layihəsini parlamentə göndərərkən orada qondarma “DQR”-ə yardım ayrılması nəzərdə tutulmayıb. Bu məsələ layihəyə Nümayəndələr Palatasındakı müzakirələr zamanı daxil edilib. “Düşünürəm ki, məsələ hələ bitməyib. ABŞ prezidenti bu sənədi imzalamayacaq” - deyə spiker vurğulayıb. O qeyd edib ki, parlament ABŞ-a deyil, Konqresdəki ermənipərəstlərə etiraz edir. Spiker təklif edib ki, Milli Məclis adından ABŞ prezidenti Barak Obamaya da müraciət qəbul edilsin. Orada ABŞ prezidentindən xahiş olunsun ki, qondarma “DQR”-ə yardım ayrılmasını nəzərdə tutan sənədi imzalamasın. “Bu yaxınlarda Barak Obama Nobel sülh mükafatını aldı. Biz ABŞ prezidentinin apardığı sülh siyasətinə inanırıq” - deyə spiker vurğulayıb.
Müzakirələrin yekununda parlament 8 nəfərdən (Elman Məmmədov, Rövşən Rzayev, Əli Hüseynov, Musa Quliyev, Nəsib Nəsibli, Fəttah Heydərov, Gülər Əhmədova və Yevda Abramov) ibarət işçi qrupu yaradılıb. İşçi qrupuna tapşırılıb ki, parlament adından ABŞ prezidentinə və Konqresinə etiraz müraciəti hazırlasın.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20

