/ / Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19.09.2019 [09:35]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Siz artıq ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizin hər səfəriniz qarşılıqlı maraq doğuran məsələlər haqqında danışmaq üçün yaxşı imkandır. Münasibətlərimizin xarakteri və ruhu haqqında danışmağa ehtiyac yoxdur. Biz onları çox yüksək qiymətləndiririk. Onlar dostluğa, qarşılıqlı anlaşmaya, qarşılıqlı dəstəyə əsaslanır. Əminəm ki, sizin bu səfəriniz də münasibətlərimizin gələcək inkişafına töhfə verəcək.
Bizim siyasi qarşılıqlı fəaliyyətimizin səviyyəsi çox yüksəkdir. Demək olar ki, dövlət başçılarının, digər rəsmi şəxslərin müntəzəm səfərləri, ticari-iqtisadi sahədə yaxşı irəliləmələr, birgə layihələr, birgə istehsal, təhlükəsizlik sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq mövcuddur. Belə ki, münasibətlərimiz dərin məzmunla zəngindir və nəticəyə yönəlib. Bir də demək istərdim, münasibətlərimizin fərqli xüsusiyyəti ondadır ki, biz qərar qəbul edirik, qərarların həlli yollarını müəyyənləşdiririk və nəticəsini görürük. Düşünürəm ki, bu müsbət dinamika gələcəkdə də saxlanılacaq, münasibətlər uğurla inkişaf etdiriləcək, ölkələrimizə və xalqlarımıza fayda gətirəcək. Sizi bir daha Azərbaycanda salamlayıram”.
Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas deyib: “Sağ olun, hörmətli cənab Prezident, hörmətli İlham Heydər oğlu. Bugünkü görüşə görə sağ olun. Sizinlə görüşmək, söhbət etmək mənim üçün böyük şərəfdir”.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21

